B-kursu

B kursunu izlədim və …

B məşqçilər kursları (Ümumi)

Neçə neçə yazılardır ki deyirəm, bəs B kursundan başlayacağıq , nəzəri hissə belə gəldi , praktiki hissə elə getdi filan falan. Düzdü az qalıb başlamaqıma, ancaq C kursunun tam standartlarına uygun bir mövzunu sizin üçün paylaşdıqdan sonra başlamağı düşünürəm sözün açığı.

Hələki isə gəlin bir mövzuda danışım. Bu yazıda B kursu haqqında danışmayacam. B kursundakılar haqqında danışacam. Hal hazırda B kursu gedir AFFA-da, bəlkədə xəbərdarsınız. Məndə bir neçə dəfə B kursu iştirakçılarının Bayıl stadionunda keçirilən praktiki imtahanlarını izləmək üçün, onların məşqlərinə baxmaq üçün stadiona getmişəm. Biri də bu gün daxil olmaqla, 6 məşqçinin məşqini izləmişəm. 

Mən hər zaman yeni bilgilər almaq, yeni yeni məşqlər görmək və öyrənmək istəyən bir adamam. Elə əslində bu səbəbdən gedirəm ki stadiona, ən azından bəlkə kiminsə məşqindən nələrsə öyrənə bilərəm. Nəzərə alsaq ki, B kursu iştirakçılarından söhbət gedir. Daha çox , daha böyük şeylər öyrənəcəyimi düşünürdüm məşqçilərin praktiki imtahanlarından. Amma gördüm ki heçnə də öyrənməyəcəm deyəsən.

B kursunda iştirak edən məşqçilərin 50%-dən yuxarı kursdan B lisansı almaq üçün mənim fikrimcə hazır deyillər. Yəni onların bir hissəsinin kapasitesini və praktiki olaraq da imtahan məşqlərini gördüyüm üçün bu qənaətə gəlmişəm. Əslində demək istəyərdim ki, 55-60 yaşında B kursunda iştirak üçün gələn bir məşqçini çoxda qınamalı deyil. Amma nisbətən cavan və orta yaşlı məşqçilər ki var, onlar gərək ki savadlı olsunlar, təcrübəli olsunlar, sonra B kursunda iştirak etməyi düşünsünlər. Yoxsa, keçmişmə futbol oynamışam, ay nə bilim 10 il qapıçı durmuşam, kiminsə köməkçisi olmuşam deyərək , heçnə öyrənmədən kursa gedirsiz , ürəyimnən daş sallanır elə bil.

Mən bütün məşqçilərimizin bilikli və təcrübəli olmasını istədiyim üçün bu blogu açmışam. Mənim kimi düşünüb xarici dillərdə açılan minlərlə saytlar , minlər materiallar var. Bundan başqa Azərbaycanda kifayət qədər güclü məşqçilər var ki, B kursuna getməzdən öncə onlarla 1 sezon çalışsanız , həgigətən də çox şey öyrənmiş olarsız və nisbətən daha yaxşı hazır olarsınız B kursuna.

Əvvəl oxumaq, öyrənmək, praktiki olaraq hazır olmaq, sonra isə kursda iştirak etmək lazımdır. Çox qısa zaman ərzində B kursunun izahına başlayacam.

Sonda isə Bayıl stadionunda çəkdiyim 3 şəkli də sizin üçün paylaşıram. Məşq gedirdi şəkil çəkdiyimdə. İndi siz özünüz düşünün məşq necə gedirdi )

Növbəti yazılarımda görüşərik. Hələlik.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir