CV formaları

CV yazarkən diqqət nələrə diqqət etməli ?!

Internet

CV nədir ?

CV hazırlamadan öncə birinci növbədə hər bir insan özündə dəqiq təsəvvür  yaratmalıdır ki, CV nədir və ən əsası bu sənədin əhəmiyyəti və məqsədləri nədir ?

Bu yazıda bu və digər sualların cavablarını sizlərə təgdim edəcəm,həmçinin bir neçə CV nümunəsi də yükləməniz üçün link yerləşdirəcəm.

CV nədir ?

  • Sizi şəxsən tanımayan bir insanın sizin həm peşəkar, həm də şəxsi keyfiyyətləriniz haqqında məlumat alacağı ilk mərhələdir;
  • Sizin peşəkar bacarıqlarınıza əlavə olaraq CV həm də insanın detallara qarşı olan yanaşmasını göstərir;
  • CV hər birinizin vizitkasıdır, şəxsi brend, stil və özünüzü təqdim etmə bacarığınızı göstərən sənəddir;
  • CV-ni “soyuq satışlarla” müqayisə etmək olar və burada məqsəd bir sonrakı mərhələyə, müsahibəyə dəvət əldə etməkdir;
  • CV vasitəsi ilə potensial işə götürənin diqqətini özünüzə cəlb edə bilərsiniz ki, sizi tanımayan insan, sizi görmədən görüşmək istəsin.

Əvvəldən deyim ,  CV hazırlayıb əgər iş başvurusu edəcəksinizsə CV-ni öz “ciddi” e-mail adresinizdən göndərin.  Bəzən aşağıdakı kimi e-mail adreslərindən CV-lər göndərirlər işə qəbul üçün.

  • zor_oglan1992@yandex.ru
  • canabakinka1994@mail.ru
  • tənhadovsan1992@mail.ru
  • mestanka1994@yandex.ru
  • yedinka1987@yahoo.com

Bu mail adresləri real deyil. Varsa – sadəcə təsadüfdür. Bu mail adreslərindən gedən cv-ni kim ciddiyə alar ki ? =)

Mütəxəssis Fəxri Ağayev deyir ki, CV hazırlayanda bu xüsusiyyətlərə diggət etməlisiniz.. 

Müşayiət məktubu
CV rəsmi bir sənəddir və özünüz haqqınızda demək istədiyiniz hər şeyi ona daxil edə bilməzsiniz. Misal üçün, CV-də “niyə məhs bu şirkətdə işləmək istəyirəm” yaza bilməzsiniz. CV-də emosiyaları göstərmək mümkün olmur. Müşayiət məktubu Sizin özünüz haqqınızda danışmaq və əlavə məlumat vermək imkanlarını artırır. Müşayiət məktubunun əsas məqsədi işəgötürənin diqqətin cəlb etmək və yadında qalmaqdır.

CV məzmunu
CV məzmunu aydın, dəqiq şəkildə bölünmüş, Sizin peşəkar məqsədləriniz  və bacarıqlarınız haqqında məlumat verməlidir.

Hər gün onlarla CV analiz edən insanlar CV-də yazılmayanları təsəvvür edə bilməzlər.  Siz özünüz CV-ni sistemli şəkildə özünüz haqqınızda təqimat olaraq düşünməlisiniz.

Dəqiq məqsəd
Məqsədinizi dəqiq və aydın şəkildə ifadə edin – hansı sahədə hansı vəzifə məqsədinizdir.

“Maraqlı iş tapmaq” və “öz bilik və bacarıqlarıma uyğun iş tapmaq” kimi ümumi ifadələr ciddi qarşılanmayacaq.

Məqsədiniz Sizi digər iş axtaranlardan fərqləndirən xüsusiyyətlərdən biri olacaq, çünki çox insan öz məqsədlərini yazmır.

Forma
Eyni yazı stilini istifadə edin. Mən hər zaman “Arial” məsləhət edirəm : rahat oxunan və rəsmi bir yazı şriftidir. Amma bu o demək deyilki elə Arial istifadə etməlisiniz. Başqa da rahat oxunan ciddi şriftlərdən istifadə edə bilərsiniz..

Çərçivələri, hərflərin qalınlaşdırılması və altlatının vurğulanmasını doğru istifadə edin.

Qrammatik səhvlərin olmamasına diqqət edin
CV incələrkən mütəxəssisləri ən çox narahat edən məsələlərdən biri qrammatik səhvlərin olmasıdır. Mətndə çox sadə qrammatik səhvlərə yol verən insan səliqəsiz insan olaraq görünür və bu cür qəbul edilir.

İş təcrübəsi
Işlədiyiniz şirkətlərin adlarını yazanda hansı sahədə fəaliyyət göstərdiyiniz və hansı məhsul və xidmətləri təklif etdiyini də yazın.

Iş təcrübəniz haqqında yazanda ümumi vəzifə öhdəliklərinin geniş şəkildə yazılması yerinə əsas  3 işi yazqdıqdan sonra əldə etdiyiniz nəaliyyətləri rəqəmlərlə (mümkünsə əgər) qeyd edin. Bu çox vacib xüsusiyyətdir : insanın nəyinki lakonik və dəqiq olmasını göstərir – bu həm də iş axtaranın müvəffəqiyyəti ölçə bildiyinin nümunəsidir.

Şəxsi keyfiyyətlər
CV-ləri analiz edəndə bəzən mütəxəssislərə elə gəlir ki, ölkəmizdə  insanların  hamısı eynidir : hərkəsin kommunikasiya bacarığı güclüdür, hamı disiplinlidir və özünü inkişaf etməyə hazırdır.

Bəzən müsahibə zamanı bu xüsusiyyətləri yazan insanlara sual verirəm – z.o. bu keyfiyyətləri nümayiş etdirdiyiniz real vəziyyət haqqında danışıq. Bu xüsusiyyətlər yazılıbsa CV-də, o zaman bunları sübut edəcək halları da düşünmək lazımdır.

Hobbi
Hobbilər də, şəxsi keyfiyyətlər kimi – eyni : “müsiqi dinləmək, kitab oxumaq, istirahət”. İstirahət hobbidir ?

Real maraqlarınız haqqında yazın və bilin ki, hər bir insanı digərlərindən fərqləndirən həm də maraqlarıdır.

Müsahibələrdə sual verirlər :

  • CV-də yazmısınız ki, özünüzü inkişaf etdirirsiniz. Son 3 ayda inkişafınız üçün nə etmisiniz ?
  • CV-də yazmısınız ki, kitab oxumaq hobbinizdir ? Indi hansı kitabı oxuyursunuz ?
  • Hobbi olaraq idman yazmısınız. Hansı idman növü ilə məşğul olursunuz ?

Foto
Şəklinizi rəsmi olmaldır.  Yeni çəkilmiş olmalıdır , 3 il öncəki yox. Bəzən işə götürən şəxsə elə gəlir ki, otağa girən və CV-dəki şəkildə olan insanlar fərqli insanlardır.

Bunları etməyin!!

  • CV-nizi dövlət qurumlarının hazır formalarında hazırlamayın. Bu formlar çox uzun və mənasız məlumatlarla dolu olur. Ya siz onları doldurmalı olursunuz, ya da boş buraxırsınız. Nəticədə isə görüntü ya məntiqsiz olur, ya diqqət yayındırıcı. CV-nin əsas məqsədi sizin xüsusiyyətlərinizi, keyfiyyətlərinizi, bacarıqlarınızı qısa, konkret, məntiqli və ardıcıl şəkildə göstərmək. Bir xanım üçün isə “Əsgərlik” bölümündə “olmamışam” yazılması çox da mühim məlumat deyil məncə =)
  • İngiliscə bilmirsinizsə, CV-nizin bu dildə hazırlanmasının heç bir mənası yoxdur. Dəfələrlə şahidi olmuşam ki, ingiliscə CV-si olan bir insan CV-də yazılanlar haqqında məlumatlı deyil;
  • Unutmayın ki, 21-ci əsrdə yaşayırıq. CV-də “kompyuter bilikləri” bölməsində “internet bilirəm” yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim” var da yazmaq olar; Yox əgər İnternetdən istifadə bacarığınızın həqiqətən də normaldan daha yüksək səviyyədə olduğunu düşünürsünüzsə,geyd edə bilərsiniz.
  • Real təcrübə və bacarıqlarım olmamasını ümumi vədlərlə doldurmayın : “tez öyrənirəm”, “qarantiya edirəm”. CV emosinal vədlərdən ibarət olmamalıdır;
  • Elanları oxuyun. Sıx sıx elanı oxumadan iş üçün müraciət edən insanlarla qarşılaşıram. İnsan müsahibəyə dəvət edilir, və görüş vaxtı elanda yazılan tələbləri və maaşı oxumadığı müəyyən olunur. Bir insanın dərman aldığını düşünək. Dərmanı ancaq “dərman” olduğuna görə alıb və tərkibini, hansı xəstəlikləri və nə qədər zamana müalicə etməsini oxumadan içmək nə qədər məntiqli olar ?
  • Səhv və doğru olmayan məlumatları CV-də yazmayın. Bir insanın işlədiyi firmada 5 nəfərə şirkət haqqında məlumat verməsi o demək deyil ki, təlimçi işləyib. CV-də yazılan hər söz və hər kəlimə doğru olmalıdır. Müsahibə vaxtında verilən suallara tam və dolğun cavab verməyiniz və ya verməməyiniz bütün REAL təcrübənizi ortaya qoyacaq. Unutmayın ki, hər gün onlarla insanlarla görüşlər keçirən HR mütəxəssisi artıq bu mövzularda kifayət qədər təcrübə toplamış olurlar. CV-də yazdığınız hər bir cümləyə görə məsuliyyət hiss edin.

Yuxarıda geyd edilənlər İnsan Resusrları mütəxəssisi Fəxri Ağayev tərəfindən yazılmışdır, yazı isə onun blogundan alıntıdır. Düşünürəm ki bu mövzuda çox faydalı məlumatlar yazıb. Bir var ki bu haqqda hansısa veb dizayner, futbol məşqçisi və ya taksi sürücüsü danışsın , bir də var sahə üzrə master danışsın. Ona görə mən Fəxri Agayevin yazısını sizə təgdim etdim ki , həgigətən də o ən dogruları geyd edib və həgigətən də işinizə yarayacaq.

İş həyatınızda hər birinizə uğurlar..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir