Futbolda aut atışı

Futbolda aut atışı

Məşqçilər üçün

Futbolda oyun gedərkən topun meydanın yan xətlərindən çıxması zamanı, yenidən oyuna topun qaytarılması üçün autdan istifadə edilir bildiyiniz kimi. Və bu davranış sonrasında, oyun yenidən “başlar”.  Autu atan futbolçular əksər hallarda həmin cinahın müdafiəçiləri olur. Bunun bir o qədər önəmi yoxdur əslinə qalsa. Ancaq əksər hallarda bu missiyanı cinah müdafiəçilər icra edilir. Autdan bəzən birbaşa rəgib cərimə meydançasına “əllə ötürmə” də edilir ki, bunu da qolları güclü futbolçular edir və rəgib qapısı üçün real təhlükə olur. Bu yazımda sizə , düzgün aut atışından danışacam.. Və düzgün olmayandan təbii ki..


Əlbəttə ki uşaq futbolunda məşqçilər diqqət etməli mövzulardan biridə budur. Uşaqlar əksər hallarda autları düz ata bilmirlər. “Məşqçi”lər də qıraqdan qışqırır ki “ay bala autu düz at”.. Belə çıxır ki o “düz at” deyəndə nəyi demək istəyirsə, gərək körpə uşaq özü başa düşsün.

Demək istədiyim budur ki siz aut atışını yalnış icra edən oyunçunuza “düz at” deyə korrektirovka verməyin. Nəyi düz etmirsə, həmin hərəkətini doğruya yönəldin.. Yan xətdən topun oyuna daxil edilməsi zamanı, uşaq futbolunda hakimlər

Autu düzgün atmaq dedikdə, ayaqları birləşdirərək , xəttin çölündən , ayaqları yerdən çox qaldırmamaq şərti ilə atmaq nəzərdə tutulur. Bu zaman top əl ilə, boyunun arxasından önə doğru gətirilir və meydana atılır. Bunu da geyd edim ki , aut zamanı offside nəzərə alınmır.

Əgər autdan topun atıldıgı oyunçu, oyundan kənar vəziyyətdədirsə, bu offside oyunu durdurmur və bu zaman oyundan kənar vəziyyət nəzərə alınmır..

Əksərən kiçik futbolçular, futbola yeni başlayan uşaqlar aut atan zaman ya ayaqlarını çox qaldırırlar (oppanırlar) , yada ayaqlarını meydanın içinə basaraq autu icra edirlər. Bu cür atılan autlar , qaydalara ziddir. Futbolçularınızın bu cür autlar atmasına maneə olun, onlara düzgün aut atışı icrasını göstərin və  öyrədin.

Bu mövzu haqqında elədə uzun uzadı danışılacaq bir mövzu deyil. İzləyicilərimdən birinin istəyi ilə yazdım. Ümid edirəm faydalı ola bilmişəm.

Növbəti yazılarımda görüşərik. Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir