superkompensasiya mesqleri

Futbolda superkompensasiya + Bərpa

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazımda superkompensasiya haqqında , bərpa haqqında , bərpa müddətləri haqqında yazacam sizə. Elə buna görə də superkompensasiyadan başlayaq. Deyək ki, mən A adlı birindən 20$ almışam və bunu sonra geri qaytarıram. Aldıqımı geri qaytardığım üçün bu kompensasiya sayılır. Birdə ola bilər ki, mən 20 dolların yerinə , 20 dollar 20 sent qaytarıram və bu artıq superkompensasiyadır. İndi gələk bu mövzunun futbolda olan əksinə.

Kompensasiya o zaman ola bilər ki, hər hansı bir performans, yüklənmə olsun. Yəni hansısa bir yüklənmə olmadan , kompensasiya olmur. Belə deyək, əgər sən borc almasan, borcun da olmayacaq. Sadə bir məntiq. Yüklənmənin necə olması haqqında isə təsəvvür yaratmaq üçün , aşağıdakı qrafikə baxaq.

Qrafikdə fikir versəniz görərsiz ki,  yüklənmə olduqca performans aşağı düşür. Və yüklənmənin sonunda performans ən aşağı səviyyədədir. Sonra isə qrafikdən aydın şəkildə görünür ki bərpa başlayır. Bərpa tam üst səviyyəyə çatır və azacıq geriləmə başlayır. Bu üst səviyyə, bərpanın ən yaxşı səviyyəsi olduqda , siz gərək komandaya yenidən məşqləri verməyə başlayasınız. Əgər məşq olmasa, bərpadan sonra performans yenədə gerililəyəcək, və əvvəl verilən məşqlər faydasız olmuş olacaq başqa sözlə desək.

Bərpa zamanı oyunçuların çoxlu maye qəbul etməsi, su içməsi və yatması sübhəsiz ki bərpa üçün ən yaxşılardan sayılır. Və qida olaraq isə suda bişmiş toyuq əti, balıq , soyutma kartof , makaron bərpanın sürətli getməsinə daha çox kömək edir. Bunların hər üçünün dadı pis olsa belə,bərpa zamanı böyük rol sahibləridir bu qidalar.

Bundan başqa tonusu (əzələ sərtliyi) “öldürəndə”, hormonların tarazlanması lazımdır. Stress hormonları olan testestron, adrenalin, noradrenalin , kortizol kimi hormonlar tarazlaşdırılmalı, xoşbəxtlik hormonları , serotonin, endorfin kimi hormonları yüksəltmək lazımdır. Bunun üçün isə elə adam var ki , pivə içəndə özünü yaxşı hiss edir, eləsi varki biraz çaxır içsə yaxşı hiss edir, eləsi var evlidir, uşaqı var, uşaqı qucaqına alıb oynayanda özünü yaxşı hiss edir. Bu hormonların tarazlaşdırılması məsələndə oyunçulara individual yanaşmalar etməniz lazımdır yəni. İndi burda bərpa zamanı pivə içmək olar yazmışam deyə oyundan sonra çıxıb komandanın yarısı “lül piyan” olmasın ha “hörmətli” məşqçilər.

İndi biraz qısaca da olsa bərpa müddətlərindən danışaq. Bərpa müddətləri isə aşağıdakı kimidir.

Ümumu dözümlülük  –  24/30 saat
Dözümlülük (Güc elementləri ilə) – 40/48 saat
Maximal güc – 40/48 saat
Anaerob alaktasid (məsələn: sürət məşqi)  – 24 saat
Anaerob laktasid (məsələn: sürət dözümlülüyü) – 72/48 saat
Partlayıcı güc  –  24/36 saat


Soldakı mövzularda verilən məşqlərdən , görülən işlərdən sonra , oyunçularınız hər mövzunun qarşısındakı müddət qədər bərpa keçməlidirlər.

Bu mövzuda da bu qədər. Bəlkə görüşdüksə.. Gələn yazılaradək..=) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir