Qapya zərbələr

Ayağın üstü ilə qapıya zərbələr

Metodika və Təqdimatlar (C)

Bu yazımda sizə futbolçuların ən çox sevdiyi mövzulardan biri, “Ayağın üstü ilə qapıya zərbələr”  mövzusunda təqdimat paylaşacam. Ola bilər ki sizə AFFA C kursunda bu mövzu düşmüş olsun və siz təqdimat hazırlamağı bacarmayasınız. O zaman bu təqdimatı götürün, kef eliyin =) Bu fayldakı olan təqdimat kursda olduğum zaman, özümün istifadə etdiyim təgdimatdır.. Bundan başqa həmçinin bu yazımda sizə “Ayağın üstü ilə qapıya zərbələr” mövzusundakı metodiki göstərişləri də yazacam. Hərçənd ki presentasiya faylında var, amma mən yenədə burada da sizin üçün yazacam..

Ayağın üstü ilə qapıya zərbələr (METODİKi GÖSTƏRİŞ)

1) Dayaq ayaq topun yanında olmalıdır. 

2) Dayaq ayaq dizdən azacıq bükülmüş vəziyyətdə olmalıdır.

3) Dayaq ayağın ucu, zərbə vurulan istiqamətdə baxmalıdır.

4) Zərbə ayağın üst hissəsi ilə (butsun ipləri olan yer) TOPUN ORTASINDAN vurulmalıdır.

5) Zərbə vuran zaman , zərbəni vuran ayağın ucu yerə baxmalıdır.

6) Zərbə vurulan zaman bədən azacıq önə doğru əyilməlidir. 

7) Zərbəni vuran ayaq da dizdən azacıq bükülməlidir.

8) Zərbə vurarkən ayağı topuqdan bərkitmək lazımdır. (gərgin olmalıdır)

9) Zərbə çanaqdan gəlməlidir və zərbə anında ayağın üstü dartılmalıdır.

10) Zərbəni vurduğunuz ayaq, zərbə sonrası topun arxasınca gedib topu itələməlidir. 

Bu mövzuya aid olan metodika , metodiki göstərişlər düşünürəm ki bu qədər kifayətdir. Daha xırda detallar da əlavə etmək olar ki, mən bu qədərin yetərli olacagını düşünürəm.

Bu mövzuda da sizə paylaşacaqlarım bunlardan ibarət idi. Gələn yazımda görüşərik =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir