Məşqçilərdən qəribə qadağalar

Məşqçilərdən qəribə qadağalar

Məşqçilər üçün

Futbol o qədər böyük bir oyundur ki, bir oyundan o qədər daha çoxdur ki , burada baş verənlər izləyənləri ağladır, sevindirir , güldürür, milyon haldan milyon hala keçirir.

Bu yazıda sizə futbol məşqçilərinin qəribə qadağalarını təgdim edirəm.

Dünyaca məşhur məşqçilərin , öz oyunçularına goyduğu qəribə qadağalar yazının ardında…

Ser Alex Ferguson: Bu gün rəngli buts geyinmək olmaz
2010-cu ildə ser Alex Fergüson ehtiyat oyunçuların yalnız qara rəngli buts geyinmələrini tələb edən qərar qəbul etdi və onlar yalnız əsas heyətə düşmək üçün istənilən səviyyədə oyun göstərəndə, istədikləri rəng buts seçə bilərdilər.

David MoyesGünah məndə deyil, çipslərdədir.
Manchester United-də Fergie-nin gedişi ilə , postu təhvil alan David Moyes komandanın pis oyununda günahı özündə yox, oyundan bir gün əvvəl oyunçuların klub ənənəsinə sadiq qalaraq yağsiz çips yemələrində görmüşdü. Bu ənənəyə qadağa oyunçular tərəfindən birmənali qarşılanmamiş, Rio Ferdinand isə bunu qeyri peşəkarlıq adlandırmışdı.

Raymon Domenek: Ulduzlar deyir əqrəbdən yaxşı futbolçu çıxmaz.
Fransa yığmasında karyerasının bəlkə də ən pis dönəmini keçirən Domenek öz işinə qeyri-adi yanaşması və astrologiyaya bağlılığı ilə seçilirdi. Belə ki, bu baglılıq Robert Piresin komandadan uzaqlaşdırılması ilə nəticələndi.  Səbəb isə onun əqrəd bürcündən olması idi. Bundan bir qədər sonra isə, artıq Domenekin özünü uzaqlaşdırdılar.

Juande Ramos: Məni aparmırsızsa siz də gedə bilməyəcəksiz..
“Tottenhem Hotspur”un baş məşqçisi olan vaxtlarında Juande Ramos oyunçuların oyundan sonra fast-food restoranında nahar etmə ənənəsinə qadağa qoymuşdu. Oyunçulara xoş olmayan bu qərar Juande Ramosun getməsi ilə aradan qalxmışdı..

Nil Lennon: Papaq isti yada soyuq üçün deyil, namus üçündür.. 
“Bolton”un hal-hazırki baş məşqçisi Nil Lennon qış aylarında məşqdə oyunçularının papaq geyinmələri ilə bağlı qadağa qoymuşdu. O qeyd etmisdi ki: “Mən istəmirəm ki, oyunçularım papaqda məşq etsinlər, axı onlara oyun zamanı heç kim papaqla oynamağa icazə verməyəcək.”

Giovanni Trappatoni: Göbələk yemə, qarnın ağrıyar.
Irlandiya millisini çalışdırdığı vaxtlarda Trappatoni oyunçularına oyundan əvvəl qarnın ağrımasına səbəb olan göbələklərin yeyilməsinə qəti etirazini bildirmişdi və qadağa qoymuşdu.

Paolo di Canio: Bir-bir deyim yaz.
Heç də təəccüblü deyil ki, Paolo di Canio niyə “Sanderlend”in başında cəmisi 5 ay tab gətirə bildi. Onun komanda ilə işlədiyi vaxtlarda müəyyən etdiyi və komandanı qələbəyə gətirəcək qadağalar siyahısı bunlar idi: Yemək zamanı ketçup istifadə etmək olmaz. Qəhvə, mayonez, qazli içkilər və buzdan istifadə etmək olmaz.  Yeməkdə Mobil telefondan istifadə etmək olmaz. Yemək zamanı lətifə danışmaq olmaz.  Və hətta duşda mahnı oxumaq qadağası da Paolo di Canio tərəfindən oyunçularına qoyulmuşdu =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir