Koqnitiv məşqlər necə olmalıdır

Koqnitiv məşqlər nədir ?

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazımda sizə ağıllı oyunçudan, koqnitiv məşqdən danışacam. Bütün məşqçilər ağıllı oyunçunu komandasında hər zaman arzulayırlar. Hər bir məşqçinin komandasında ağıllı oyunçuya yer verməsi normal, adi bir haldır. Baxsaq müasir futbola, görərik ki, hər komandada ləng olsa belə, ağıllı oyunçular bir neçə dənə var. Bu başqa bir mövzu, ancaq bu ağıllı oyunçunu “meydana gətirmək” başqa bir mövzudur. Bunun üçün koqnitiv məşqlərə ehtiyac duyulur.

Məşqlər kreativ və koqnitiv ola bilər. Kreativ adından da göründüyü kimi , yaradıcı məşqlərdən söhbət gedir. Yəni burada daha çox fantaziya rol oynayır. Uydurulmuş, məşqçi tərəfindən hazırlanmış kreativ situasiyalarda edilən məşqlər nəzərdə tutulur. Kreativ yəni bir uydurma, koqnitiv isə , birbaşa ağılla bağlı olan anlamını verir, Yəni koqnitiv məşqlər düşündürür.

Bəs koqnitiv məşqləri hazırlamaq üçün olan prinsiplər nələrdir ? İstərdim ki qısaca bu haqqda da məlumat verəm..

Bu prisiplərə nəzər salsaq, görərik ki, “daim dəyişən situasiyalar, daim yerdəyişmə”  mütləqdir. Hər halda tünd hərflə yazılan sözlər qaranlıq qalmaz sizə, çünki situasiya haqqında danışmışam daha öncələr. Məşqlərinizdə elə etməniz lazımdır ki, oyunçularınız daim yerdəyişmə etsinlər, fərqli situasiyada mübarizə aparsınlar. Axı oyunda da məhz belə olur.. Bundan başqa daha bir diqqət edilməli məqam, “seçim və ya qərar imkanı” olmasıdır. Məşqlərdə elə etməniz lazımdır ki , oyunçularınız daim “eyni şeyi” təkrar etməsin. Məşqlər elə qurulmalıdır ki, qərar verib , istədikləri yerlərə oynasın oyunçular. Məşqlərdə koqnitivlik üçün, “hərəkətin top gedən yerdən fərqli istiqaməti seçməsi”ni də eləmək olar. Məsələn, top məşqdə göy “fışka”ya gedərsə, oyunçu “qırmızı” fışkaya gedməlidir və sair kimi. Və bir də koqnitiv məşq üçün oyunçunuz “eyni vaxtda birdən çox elementə fikir verməlidir”. Məsələn bu həm topa, həm hansısa mövge komanda yoldaşına və hansısa mövqe rəqibə baxmaq ola bilər. Dediklərim, tünd rənglə işarələnən hər bir detal, məşqlərdə xaos yaradır. Futbolda bir xaos olduğunu nəzərə alsaq, əsil oyun reallığını məşq etdirmək dediklərim oldugu zaman mümkündür. Bu beyini işlədəcək məşqlər deməkdir.. Beyini işlədəcək məşqlər isə koqnitiv məşqlər sayılır.

Bu yazımda da danışacaqlarım elə bunlardan ibarət idi.. Növbəti yazılaradək..=) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir