Futbol mesqlerin realliq

Futbol reallığını məşq etdirmək ?!

Nəzəri Hissə (B məşqçilik kursları)

Bundan əvvəlki yazımda prinsiplər belə gəldi , elə getdi deyərək, başları yormuş ola bilərəm düşünürəm ki, ona görə də “Oyun reallığı” , “Futbol reallığı” dedikdə nəyi nəzərdə tutduğumu, və məşq etdirmək üçün nə etmək , nələrə fikir vermək lazım olduğundan danışacam azdan çoxdan.

Elə də uzun mövzu olmayacaq. Daha öncəki yazılarımı diqqətlə oxumayanlar üçün təkrar izah kimi düşünmək olar bu mövzunu əslində..

1.ZONA – Məşqinizdə hər zaman mövzunuza uyğun zona seçilməsinə diqqət edin. Futbol reallığı ilə birbaşa, birəbir əlaqəli bir mövzudur. Hər şeyi düz edib, zonanı düz götürməmisizsə, elə bilin ki, bütün gün etdiyiniz məşq “kocaman bir sıfır” oldu. O məşq olmasa daha faydalı olardı bəlkədə.

2.OYUNÇU – B kursu materiallarına baxanda görürük ki, qrup taktiki davranışı mövzuları olduğu üçün, gərəkdir ki , hər oyunçu öz missiyasını yerinə yetirmiş olsun. Çünki komandamız əvvəlki kimi kiçik uşaqlar deyil, artıq yeniyetmələrdir. Bu da o deməkdir ki, artıq hər kəs öz mövqeyində formalaşmış oyunçulardır. Məşqinizdə bundan başqa oyunçuların hansı nisbətdə, hücumdakının sayının neçə olması, müdafiədəkinin sayının neçə olması kimi “oyunçu” sayı mövzusunda həssas olun.

3.TOP – Məşqlərin hazırlanması üçün 9 kriteriya vardı C kursunda yadınıza gəlirsə. Elə bilin ki bu mövzuda B kursunun 9 kriteriya mövzusudu. Amma 9 yoxdu burda). Futbol meydanda topla oynanır. Ona görə də məşqdə oyun reallıqı yaratmaq üçün ən lazımlı nəsnə topdur.

4.RƏQİB – Meydanda heçkim azad olaraq “şellənmir”. İstənilən halda rəqib mütləq qarşılayır oyunçunu. Ona görə də məşqlərdəcə oyunçularınızı rəqibə öyrəşdirməli, o təzyiqi onlara göstərməlisiniz.

5. KOMANDA YOLDAŞI – Oyunda komanda şəklindı oynayırıq. Məşqdə də çalışın ki komanda şəklində olsun oyunçularınız.

6.QAYDALAR – Bundan bir əvvəlki yazımda da yazmışdım bu haqqda. İşlədiyiniz mövzunun təkrarlanması üçün təhrikedici qaydalar qoyun və elə qaydalar olsun ki, futbol reallıqından hədsiz kənara çıxarmasın məşqiniz..

Bu mövzuda da deyəcəklərim elə bunlar idi. Çox danışmaq istəmirəm. Yorulmuşam) Növbəti yazılarımda görüşdük ola bilsin =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir