Futbolda təməl texnika

Futbolda təməl texnika

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu yazıda təməl texnika nədir və bu texnikaya nələr aiddirsə o haqqda danışacağıq. Təməl texnikası haqqında yazının başlağıcında deyim ki, bu mövzuda danışacağım hər bir xususiyyət futbolçuda mütləq şəkildə olmalıdır.

İndi isə bu təməl texnikaya aid olan xüsusiyyətlərdən, keyfiyyətlərdən danışım.

Futbolçuların mütləq sahib olmalı olduğu xüsusiyyətlərə futbolçunun təməl texnikası deyilir. Və təməl texnikası özündə aşağıdakı tərkib hissələrini saxlayır.

1) Ötürmələr (qısa məsafələrə, uzun məsafələrə, orta məsəfalərə)
2) Dribbling (rəqibi keçmək məqsədli, top saxlamaq məqsədli, zona keçmək məqsədli)
3) Başla oyun (hücumda, müdafiədə, birəbirlərdə)
4) Topun qəbulu və aparılması 
5) Zərbələr 
6) Fintlər
7) Aut texnikası
8) Qapıçı texnikası

Məşqçi olaraq futbolçularımızın bu xüsusiyyətlərə sahib olmaları üçün , əvvəlcədən planlaşdırılmış şəkildə , mövzulara uyğun olaraq işləməyimiz lazımdır.  Bilirsiniz ki bu kategoriyanı əldə etdikdən sonra sizə , 14 yaşlılar da daxil olmaqla daha aşağı yaşlarla işləməyə icazə veriləcək. Buna görə də , təməl texnikasını futbolçulara öyrətmək elə məhz sizin üzərinizə düşəcək. Bunları ona görə deyirəm ki,  Azərbaycanda 90% məşqçi bilmir ki neyniyir. Nə aylıq planı var, nə həftəlik, nə də yarım illik planı. Siz amma elə məşqçilərdən olmayın, plan əsasında işləyin. Məndə belə işləyirəm. Əmin olun ki həm özünüz üçün rahat olacaq. Həmdə oyunçularınızın gözlə görüləcək dərəcədə inkişafı ortaya çıxacaq. Planı da tərtib etmək barədə mövzularımızın birində ətraflı izah verəcəm inşallah. İndi isə təməl texnikasının 8 tərkib hissəsindən danışım biraz.. 

1) Başlayaq elə ilk olaraq 1-ci sırada yazdığım,  ötürmələrdən. Futbolu ötürməsiz, passız təsəvvür etmək mümkün deyil. Futbol oynamaq üçün oyunçular, top, meydan və birdə məncə pas lazımdır. Hər bir futbolçu ötürmə verməyi bacarmalıdır. Bu təməl texnikasına aiddir və futbolçuların , qısa , uzun , orta məsafəli pas verə bilmə  bacarıqları  mütləq olmalıdır. Ötürmə edə bilməyən futbolçu təsəvvür edin. Bu mümkünsüzdür .. Çünki oyun ötürmələrin üzərində qurulur. Ötürmə edə bilməyən futbolçunun meydandakı faydası ola bilməz..  

2) Təməl texnikasının ikinci tərtib hissəsi – Dribbling , Bunu da çox zaman fintlərlə qarışdırırlar insanlar. Düzdü fintlər dribblingə aiddir. Amma ki dribbling deyiləndə,  təməl texnikasında topu fintsiz aparmaq nəzərdə tutulur. Yəni  meydanda müəyyən bir hissəni, oyunçunu keçmək üçün topu ayağın üstü ilə, içi ilə aparmaq, dribblingdir.  Dribbling isə öz növbəsində fərqli məqsədlərə xidmət edə bilər. Rəqib keçmək məqsədi ilə, Boş zona keçmək məqsədi ilə, Top saxlamaq məqsədi ilə olmaqla dribbling də üç hissədən ibarətdir desək səhv demiş olmarıq. Rəqibi keçmək məqsədli dribbling məsələsi yəgin ki qaranlıq deyil. Adi bir şeydi, futbol oynanan zaman rəqibi keçmək üçün edilən top aparma hərəkətləri, dribblingin “rəgib keçmək üçün”  olan növünü meydana çıxarır. Boş zonanı keçmək məqsədli dribbling isə, oyunda elə məqamlar yaranır ki, topla olan oyunçunun önündə 10-15 metrlik məsafə boş olur və o hissəni top aparır və rəqibə gədər gəlir çatır. Oyunçunun bu 10-15 metrlik dediyim məsafəni keçmək məqsədi ilə olan top daşımağı, boş zonanı keçmək məqsədli dribbling adlandırırlar. Bundan başqa “top saxlamaq məqsədli” dribbling də var. Deyək ki , hücumçumuza əks hücum zamanı pas verilir və o meydanın rəqibə aid hissəsində topu qəbul edib rəqib qapısına getməyə çatdırmır. Top hücumçumuzda olsa da , rəqibin artıq 3 müdafiəçisi gəlib mövqelərini alır. Bu zaman tək qalmış və topla olan hücumçumuzun komanda yoldaşlarının gəlib ona kömək edənə qədərki vaxtda topla etdiyi hərəkətlər “top saxlamaq məqsədli” dribbling adlanır.

3) Başla oyun bəzi futbolçularda daha yüksək, bəzilərində isə daha zəif şəkildə olsa da , bu da təməl texnikasına aid bir xüsusiyyətdir və hər bir futbolçu mütləq bacarmalıdır. Başla oyun hücumda və müdafiədə ola bilər. Məşqçilərin üzərinə başla oyununun futbolçularına ən yüksək səviyyədə öyrətmək düşür ki , bu da məşqlər zamanı mövzuya uyğun məşqlərin keçilməsindən əmələ gələn bir məsələdir.  

4) Topun qəbulu və aparılması da önəmli xususiyyətlərdən biridir ki, bu da təməl texnikasında , ayağın içi və ya çölü ilə qəbul nəzərdə tutularaq aparılmanı əks etdirir. Yəni bir futbolçu mütləq olaraq ayağın içi və ya çölü ilə topu rahat qəbul edib aparmağı bacarmalıdır.

5) Zərbələr ayağın üstü , içi , dabanla və s. və s. ola bilər. Bilirik ki ayağın üstü ilə zərbələr ən effektiv zərbələrdir. Təməl texnikasında isə, zərbələr dedikdə nəzərdə tutulan, oyunçunun ayağın üstü və ya içi ilə topa zərbə vura bilməsidir. Hər bir futbolçu mütləqdir ki zərbə vurmağı bacarsın. Zərbə vurmasan qol şansları çox aşağı olar. Ona görə programınızın ayda 4 gününü bu mövzuya ayırsanız heçdə pis olmaz düşünürəm ki.

6) Fintlər dedikdə hər hansı çətin hərəkətlər nəzərdə tutulmur əslində. Sadə fintlər mövzu ola bilər bu bölümdə. Hər bir futbolçu rəqibi keçmək üçün ən az 4-5 fint bilməlidir. Sağı göstərib soldan keçmək kimi, sağından atıb solundan qaçmaq kimi, Ronaldo finti kimi, Zidane finti kimi və sair belə fintlərdən  4-5 dənəsini bilməlidir ki , rəqiblə üz üzə gələndə, 1ə1 mübarizə aparmalı olduqda topu itirməsin.  Ən azından rəqibə qarşı tətbiq etməli bir planı olsun, bir fint seçə bilsin. Bunu da məşqlərdə nəzərə alaraq , məşqlərdə fintlər üzərində oyunçuları məşq etdirmək lazımdır.

7) Aut texnikası da təməl texnikaya aid olduğuna görə, məşqlər keçdiyiniz zaman oyunçularınızın bunu düzgün yerinə yetirməsinə diqqət etməlisiniz. Hər halda xırda bir detal olsada Autun da düzgün atılması üçün metodika vardır. Düzdür ki , həftələrlə üzərində çalışılacaq bir mövzu deyil, amma oyunçularınızın aut texnikasına sahib olması mütləqdir. Məşqlərdə səhv aut atanları saxlayıb, göstəriş verərək bunu da oyunçularınıza aşılıya bilərsiniz.

8) Təməl texnikasına aid olan sonuncu element isə qapıçılara xas olan bir keyfiyyətdir ki , hər bir məşqçi qapıçı üçün olan göstərişləri verə bilməlidir. Qapıçının yer seçimi,tullanma zamanı qollarını açması , və sair ən sadə göstərişlər məşqçi tərəfindən verilməlidir. Qapıçı məşqçisi olmayan komandalar, Azərbaycanda o qədər çoxdurki , qapıçılarla işləmək də elə əksər hallarda bizim üzərimizə düşür. Bu mövzuda da danışacaqlarım bu qədər. 

Təməl texnikası haqqında danışacaqlarım bu qədər. Suallarınız olarsa yaza bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir