Öyrətmək və öyrənmək

Öyrənmək və Öyrətmək

Məşqçilər üçün Nəzəri Hissə (C məşqçilik kursları)

Öyrənmək və Öyrətmək tək futbolda yox , elə hər sahədə ,  həgigətən də kifayət qədər incəliklərlə dolu olan bir mövzudur düşünürəm ki. Bu mövzuda səsləndirilən fikirlər, verilən təlimatlar nə qədər çox olsa da, hər zaman sürpriz nəticələr olur və öyrədən şəxs o sürprizlərə qarşı yeni öyrətmə metodu kəşf etməli olur. Bu yazımda ancaq futbol üçün öyrətmə zamanı diqqət edilməli olan nüanslar barədə danışsam yaxşıdır. Yazının əvvəlində qeyd edim ki, öyrənmək üçün SƏHV qaçılmazdır.  Oyunçularınızın səhv etmələrinə, “tupoy, qoyun, bu nədi ?!” kimi səviyyəsiz reaksiyalar verməyin. Bir şeyi ağlınızda hər zaman tutun ki, futbolçular səhv etməsələr öyrənməyəcəklər.

Yəni demək istədiyim budur ki, futbolçularınız səhv edəndə qışqırmaqdansa , futbolçunu təhqir etməkdənsə, yenidən izah edin və “onu bırakın kendini haline”.  Sizin verdiyiniz göstərişləri tətbiq etməyə çalışaraq, səhv edə edə öyrənəcək. Nəzarətiniz altında bu cür öyrətmə metodu daha yaxşıdır düşünürəm ki. Azərbaycan reallıgıdır ki, məşqçilər , məşq zamanı oyunçularına çox qışqırır, onları çox təhgir edirlər. Bu yolverilməz haldır. Belə məşqçilərdən olmayın. Öyrətmək üçün daha çox futbolçularınızı “bişirin”.  Və bir də geyd edim ki , yalnız strukturlu biliyə sahib olan şəxslər öyrədə bilirlər.. Yəni əvvəlcə onu deyim ki, özünüzün strukturlu biliyiniz olmalıdır ki , nələrisə oyunçularınıza öyrədə biləsiniz. Əgər yoxdursa, öyrətmək üçün cəhd etməsəniz yaxşıdır.. İndi isə öyrətmək üçün “hansı amillərə diqqət etsək daha yaxşı nəticə əldə edə bilərik ?” sualının cavabları olan aşagıdakı bəndlər barədə danışaq.

1) Eyni dildə , qəbul edə biləcəyi qədər məlumat vermək lazımdır  – Yəni futbolçunuza mənasız-mənasız  elmi cümlələr qurmayın. Onlar başa düşən cümlələr qurun. Oyunçularla sadə dildə danışın. Mən indi sizə burda C kategoriyalı məşqçi kursunun materialından izahlar edirəm , sizdə əgər bunları ilk dəfə oxuyursunuzsa, bilirəm ki sabah məşqə çıxanda başlayacaqsınız ki , orda “hücum fazası” belə gəldi, nə bilim bu situasiya elə getdi. Oyunçular faza maza bilmirlər 11 yaşda, bilməklərinə ehtiyyac da yoxdur. Onlara daha sadə dildə danışaraq izah etmək lazımdır. Və futbolçularınızdan hansısa biri Azərbaycan dilində bilmirsə ya pis bilirsə, həmin oyunçunuza onun ən yaxşı bildiyi dildə izah etsəniz yaxşıdır. Azərbaycan reallıqında dilimizdə danışa bilməyən , zəif danışan oyunçular , rus dilində bilirlər. Belə oyunçularınız olduqda, onlara rus dilində izah edin. Verdiyinizin məlumatın həcminə də nəzarət edin, iki saat ay bu belə o elə deyə deyə danışmayın. Çalışın verdiyiniz məlumat qısa və kankret olsun. Mövzunu isə tam əhatə eləsin. Danışarkən elə danışın ki, dediyiniz cümlələrin hamısı önəmli cümlələr olsun. Cümlə israf etməyin..

2) Təsəvvür yaratmaq – Hansı mövzunu izah edirsinizsə, həmin mövzu haqqında oyunçularınızda təsəvvür yaradın.  Bunu mövzunu izah edən , jestlərlə , mimikalarla edə bilərsiniz. Və ya mövzunun zal presentasiyası zamanı şəkillərlə və ya videolarla da edə bilərsiniz. 1×1 müdafiə davranışını izah edirsinizsə futbolçularınıza, bu davranışı əvvəlcə təsəvvür etməlidirlər. Təsəvvür etdikdən sonra , öyrətmək üçün daha rahat mövgedən çıxış edəcəksiniz..

3) Mövcud bilikləri nəzərə almaq – Bu məsələyə də ciddi diqqət etmənizi məsləhət görürəm. Əgər futbolçularınıza qrup şəklində müdafiə mövzusunda məşq verəcəksinizsə, onların əvvəlki biliklərindən olan “1×1 müdafiə” mövzusunu istifadə edərək öyrədin. Bu nümunə üçün çəkdiyim bir misaldır. Yəni hansı mövzuda məşqiniz olacaqsa, daha öncə öyrətdiyiniz məşqlərdən də istifadə edin ki , həm oyunçular rahat qavrasınlar, həm də siz daha asan izah edə biləsiniz.. 

4) Göz kontaktı – Futbolçularınıza hər hansı bir mövzuda izah və ya məşq verəndə , gözünüz onlara baxsın. Üzərlərində olsun. Əgər səmaya , yerə , arxaya baxa-baxa danışsanız , danışdıqlarınızın faydası azalacaq. 

5) Sual vermək – İzah etdiyiniz mövzunun oyunçuların yaddaşlarında qalıb qalmadığını yoxlamaq üçün onlara sual verin. Həmdə bu oyunçularınızda da sizə məsuliyyətlə qulaq asmaq üçün səbəb olacaq. Uşaqlar biləcəklər ki sonda məşqçi sual verəcək və cavab vermək lazımdır. Ona görə , sual verməklə izahlarınızı davam etdirin. 

6) Fasilə – İzahlar , göstərişlər zamanı uzun uzadı danışmayın. Əgər bir mövzuda uzun-uzun danışacaqsınızsa, fasilələrə diqqət edin. 10 dəqiqədən sonra , böyük adamları yuxu basır. Böyük insanların maximum konsentire olaraq bir şeyə qulaq asmaları 20-25 dəqiqə çəkir. Uşaqlarda bu vaxt 3-5 dəqiqədir məncə. Bunu nəzərə alaraq fasilələrə diqqət edin.

7) Ardıcıllıq düzgün olmalıdır – Hansısa bir mövzunu futbolçulara izah edərkən , hardan başlayıb harda bitmək lazım oldugunu bilməlisiniz. Məsələn deyək “ayağın üstü ilə zərbələr” mövzusunu izah edirsiniz.. Əvvəlcə 1 göstəriş verirsiniz ki dayaq ayaq topun yanında filan cür olsun. Sonra qayıdırsınız ki , sinənizi (korpusu) azacıq önə doğru əyin. Bu cür ardıcıllıq düzgün deyil. Gərək sistemli şəkildə izah edəsiniz. Bunun üçün də , yuxarıda geyd etdiyim kimi, strukturlu biliyə malik olmanız lazımdır..

Bu mövzuda sualı olan şəxslər, şərh yazaraq və ya mənə yazaraq soruşa bilərlər.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir