Sürət məşqi metodikası

Sürət məşqinə dair metodiki prinsiplər

Metodika və Təqdimatlar (C) Nəzəri Hissə (C məşqçilik kursları)

Bu yazıda sürət məşqinin keyfiyyətinin daha yüksək olması üçün edilməsi gərəkənlərdən danışacam.

Ki bunlar da , Sürət məşqinə dair metodiki prinsiplər mövzunusu ortaya çıxarır.

Bunlar aşağıdakılardır.

1) Yaxşı isinmə – Məşqçilər əksərən isinmə məşqinə fikir vermirlər. Bu da “dözümləz bir xal”dır. Gərək ki , hər bir məşqçi keçdiyi məşqdə, isinmənin ilk dəqiqəsindən məşqin sonuna qədər mövzunu tam əhatə etsin. Sürət məşqində , mövzuya uygun yaxşı isinmənin olması, bu mövzudakı metodiki prinsiplərdən biridir. İsinmə məşqi əgər “yolaverdi” olsa , məşqdə keyfiyyəti aşağı salacaq bir detal artıq vardır demək ki.

2) Futbolçular gümrah vəziyyətdə olmalıdır –  Oyunçuların gümrah vəziyyətində məşqi vermək lazımdır. Məsələn deyək ki , futbol verib ardınca sürət məşqi verəcəksinizsə, bunu verməsəniz daha yaxşıdır. Sürət məşqi oyunçularının tam enerjili vaxtlarında verilməlidir.  Yorğun oyunçulara sürət məşqi vermək faydasız bir şeydir. 

3) Bərpa məşqindən başqa hər məşqdə –  
Gümrah vəziyyətdə məşq verilməlidir məsələsindən sonra , istərdim ki bunu geyd edim. Sürət məşqini hər məşqdə vermək olar. Yalnız bərpa məşqindən başqa hər məşqdə.. Deyək ki , dünən oyun olub, siz bərpa məşqinin yerinə verirsiniz sürət məşqi. Bu futbolçuları uçuruma aparan bir haldır. Oyundan sonrakı məşqlərdə çalışın ki sürət məşqi verməyəsiniz..

4) 100% intensivlik , tam konsetrasiya – Bu məsələ də kifayət qədər diqqət edilməli bir incə detaldır məncə. Özünüz də razı olarsınız ki , sürət məşqində seçilən məsafə 20 metrdirsə, maximum sürətlə qaçmagı tələb edirsinizsə , futbolçular son 3-4 metri sürəti aşagı salıb qaçırlar. Əgər ortaya prinsip qoysanız, oyunçular boş boşuna qaçmasalar, rəgibləri olsa məsələn , axıra qədər qaçarlar. Konsentrasiya düşməz.

5) Futbol üçün spesifik məsafələr –  Bu barədə əvvəlki yazılardan birində danışmışam. Sürət məşqində oyunçularınıza 100 metrlik məsafəni maximum sürətlə qaçmaq kimi mənasız tapşırıqlar verməyin. Futbol oyununda heç bir oyunçu 100 – metri maximum sürətlə qaçmır. Bunun üçün onun meydanda tək olması lazımdır. Futbolda oyunçular ən çox 30 metrlik sürətli qaçışlar icra edirlər. Bəzi istisna hallarda daha artıq ola bilir. Amma spesifik məsafə deyəndə , 25-30 metr , və maximum 40 metrə qədər olan məsafələr nəzərdə tutulur. Bunu məşqlərinizdə nəzərə alın..

6) Lazımı qədər pauzalar –  Mözu sürət məşqidirsə,oyunçular digər mövzularla müqayisədə daha çox yorulurlar. Ona görə də , lazımı qədər pauzalar vermək məsələsi ortaya çıxır. Çalışın məşqlərinizdə pauzalar yer verəsiniz. Oyunçular yetərincə istirahət edə bilsinlər. Əgər pauza verməsəniz elə başlayandan sonra qədər pauzasız sürət məşqi keçsəniz, intensivlik 10% olacaq. Pauza vermədən normal məşq versəniz, 10-cu dəqiqədən sonra , bütün futbolçular dizlərini yerə qoyacaqlar. Məşqlərdə pauzalara diqqət edin.. 

7) Yerindən yox, hərəkətdə – Məşqlərdə çalışın futbolçularınız tapşırıqın icrasına yerindən yox , hərəkətdə olaraq başlasın. Necə ki “Optimal məşq” mövzusunda demişdik ha, ki “aksionun əvvəli” olmalıdır. “Yerindən yox, hərəkətdə” sürət məşqində aksionun əvvəli, hərəkətin əvvəlini ortaya çıxarır.

8) Sürət məşqindən əvvəl və sonra statik dartınma məsləhət deyil – Dinamik dartınma prinsipcə vermək olar. Amma heç dartınma verməsək daha yaxşıdı mənə görə. Mən şəxsən dartınma mənasız hesab edirəm bu mövzuda.. 

9) Monotonluqdan qaçmaq lazımdır – Bu o deməkdir ki məşqdə oyunçular eyni şeyi tapşırıqı etməsinlər təkrar təkrar. Belə olsa darıxdırıcı olar oyunçulara. 20 metrlik məsafələrə qaçırlarsa, hər dəfə bir element daxil edin məşqinizə. Məşqin əvvəlindən axırına kimi eynilik olmasın.

Bu mövzuda da yazacaqlarım bu qədər. Suallarınız olsa yaza bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir