Xabi Alonso uzun ötürmələr

Uzun hava ötürmələri

Metodika və Təqdimatlar (C)

Bu mövzuda da bir neçə metodiki göstəriş, və presentasiyanı paylaşmaq qərarına gəldim. “Uzun hava ötürmələri” ola bilər ki C kursunun sınaq dövründə və ya imtahanında sizə mövzu olaraq düşsün. Ona görədə paylaşım dedim.

Bu mövzu haqqında əvvəlcə biraz danışım. Bu mövzudan danışanda istər istəməz adamın ağlına Xabi Alonso gəlir məncə. Bəlkədə sizdə belə olmadısa. Amma mən nə zaman bu mövzudan danışası olsam, Xabi Alonso-nu düşünürəm ilk olaraq.

Meydanda uzun hava ötürmələrinə daha çox cinah dəyişmək üçün , cərimə meydançasına hava ötürməsi etmək üçün müraciət edilir günümüzdə. Çox hallardan biri də qapıdan topu oyuna daxil edən zaman da müraciətlərdir. Ancaq əksərən bu mövzunu , cinah müdafiəçilər, dayaq yarımmüdafiəçilər edir. İndi burada fikir haçalaşması baş verir biraz özümdə də. Elə məşqçilər var ki, onların cinah müdafiəçiləri deyil, cinah yarımmüdafiəçiləri bu davranışı icra edirlər. Fəlsəfədən asılı olaraq dəyişir bu əslində. Və zaman zaman meydandakı bütün oyunçular tərəfindən görülən bir haldır.

Bu mövzunun oyunçulara məşqi zamanı nələrə fikir vermək lazımdır. Bu haqqda aşagıdakı metodiki göstəriş hissəsində tanış ola bilərsiniz.


UZUN HAVA ÖTÜRMƏLƏRİ (metodiki göstərişlər)  

-Bu zaman topu ayağın yarım içi və yarım üstü ilə vurmaq lazımdır

-Topun altından toxunuş etmək lazımdır

-Topu vuran zaman dayaq ayağın ucu pas verilən istiqamətdə baxmalıdır

-Dayaq ayaq özü topdan azacıq arxada olmalıdır

-Dayaq ayaq dizdən azacıq bükülməlidir

-Topa zərbə endirən ayaq, zərbə zamanı yanakı olaraq (90dərəcə) topa təmas etməlidir

-Ötürmə zamanı korpus arxaya dogru azacıq əyilməlidir

-Qollar ötürmə zamanı əks istiqamətdə hərəkət etməlidir. 

Bu mövzunun metodiki göstəriş hissəsində yazacaqlarım elə bunlardan ibarət idi.

Hələlik. Növbəti yazılarımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir