Futbolda açılmalar

Futbolda açılmalar

Metodika və Təqdimatlar (C)

Deməli bu yazımda “Açılmalar” mövzusunda olan metodiki göstərişləri və presentasiyanı sizə təgdim etməzdən qabag, bir qısa söhbət eləmək istəyirəm. Bilmirəm , yəgin ki siz indiyə gədər yazdıqlarımı oxumusunuz, oxuduqlarınızdan da birşeylər anlamısız. İnanıram ki çoxda bərbad izahlar eləmirəm. Yəni oxuduqda anlaya bilirsiniz nə demək istədiyimi. Ancaq bir məsələ məni çox düşündürür iki üç gündü, deməli mən AFFA-da keçirilən B kursunun 3-4 iştirakçısı ilə söhbətdən başa düşmüşəm ki, bu dediyim məşqçilər ümumiyyətlə “metodika” sözünü anlamaqları bir qırağa, heç bunun futbolda nə olmasını da bilmirlər.

Ümumiyyətlə bu məşqçilər üçün “metodika” sözü yad bir dildə olan bir söz kimidir. Yəni heçnə başa düşmürlər bu sözdən.. Ancaq B kursunda , UEFA B lisenziyası almaq üçün kursda iştirak edirlər. Mən onların lisensiya kurslarından nə nəticə əldə edəcəklərini təxmin edə bilməsəm də, metodika haqqında biraz onlara danışmaq istədim. Düzü danışdım da.. Gənə də çatmadı onlara.. Boş verək əşi bu məsələni.. Və gələcək futbolumuza görə məsuliyyət daşıyacaq onlardır..  Kaş bizdə də, almanlar kimi, məşqçilərə yanaşma edərkən bu işdən pul qazanmalıdı, “ailəsi var , uşaqı var” deyərək lisenziya kurslarında üstünlük verilməsəydi. Çünki bu futbolun gələcəyini təhlükə altına atıb illərlə.. Bundan sonra da davam etməkdə olacaq belə başa düşürəm ki. Cəhənnəm yenədə çoxda olmasa, lisenziya alanların yarısı ən azından futbolda inkişafa nail olacaqlar məncə.. Nəysə əşi..

Mövzuya başlamazdan qabag, bir dənə loru dildə xatırlatma edim ki, metodika – futbolçuya məşqçi tərəfindən hər hansı mövzunun aşılanması zamanı, oyunçunun daha rahat başa düşməsindən ötürü olan xırdalıqlar , incəliklərdir. Bu futbolda belədir.  Ancaq metodika elmin bütün sahələrində, öyrətmə baş verilən zaman olan bir varlıqdır. Qısa bir anlayış oldugunu düşünməyin yəni..

Futbolda açılma dedikdə, sizin də bildiyiniz kimi, pas gözləyən futbolçunun daha təhlükəli mövgeyə keçməsi nəzərdə tutulur. Bu zaman açılma icra edən futbolçu, rəgib yarımmeydançasında olarsa, rəgibə əsil təhlükə yaratmağa, öz yarımmeydançasında olarsa , komanda yoldaşının ona pas verməsinə daha asan şərait yaratmağa xidmət etmiş olur. 

İndi keçək mövzumuza, “Açılmalar” mövzusuna uygun , futbolçuların açılmaları düzgün yerinə yetirməsi üçün olan məşqçi tərəfindən futbolçulara deyilməli olan xırdalıqlar aşagıdakılardır..

Öyrətmə məsələsində deduktiv və induktiv olmaqla , iki şaxə var.. Futbolçularımla da həmişə 2-ci üsulu istifadə edirdim. İndi burda sizə paylaşım edərkən isə ikinci üsulu seçmirəm =) Bunların nə olması haqqında B kursunun materialda sizə danışacam ))

-Yaxın zamanlarda bu mövzuya uygun bir videonu da sizin üçün paylaşacam. C kursunda presentasiya zamanı video göstərməli oldugunuzu nəzərə alaraq , növbəti paylaşımımda sizə bir videoçarx paylaşacam ki, mövzunun ən yaxşı izahı, elə məhz həmin videodur məncə.

Növbəti yazımda görüşərik..=)

Həə birdəəə, yadımnan çıxmışdı , bayram geyd edənlərin bayramı mübarəəy )

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir