futbolda guc

Futbolda güc

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazımda yenə də B kursu nəzəri hissə materiallarına aid olan bir mövzudan, “Futbolda güc”dən danışacam.

Futbolda güc dedikdə , məşq baxımından, məşqdə əzələyə verə biləcəyimiz güc nəzərdə tutulur və bu güc özlüyündə 2 cür olur. İntramuskular və intermuskular..

İNTRAMUSKULAR – bir əzələ qrupunun işləməsini göstərir. Kondisiya piramidasındakı “partyayıcı güc” məsələn intramuskulardı. İntramuskular işdə , qeyd edim ki daha çox lif aktivləşir. Və intramuskular iş üçün, çox intensivlik lazımdır. Maximum intensivlik olduqda, yəni 90-100% intensivlik olduqda, intramuskular əzələ işini meydana gətirmək olar.

İNTERMUSKULAR – bir neçə əzələ qrupunun işləməsini göstərir. Kondisiya piramidasından yenə bir misal gətirsək, oradakı “güc dözümlülüyü” intermuskular gücdü. İntermuskular güc – Ayrı ayrı əzələ qrupunun birgə işinin yaxşılaşdırılmasıdır. Siz bundan başqa intermuskular güc işləyirsizsə məşqdə, məşqdən sonra oyunçularınızda “bütün” əzələlər,  intra işləyirsinizsə bir əzələ yorğunluqu olacaq.

Bu mövzunun vacibliyinə, o qədər də önəmliliyinə, B kursu üçün lazımlığına inanmadığım üçün qısa şəkildə yazdım , ötdüm. Gələn yazılarda bu mövzuya ehtiyac duysam geri dönüş edərək, ətraflı yazacam. Yenədə qaranlıq bir məsələ olarsa sual olaraq yaza bilərsiniz.

Hələlik. Gələn yazılara qədər =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir