Futbolda ilk tibbi yardım

Futbolda ilk tibbi yardım

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazımda B kursu materialına daxil edilən, bir mövzudan , daha dəqiq desək “Futbolda ilk tibbi yardım” mövzusundan danışacam. Azərbaycan futbolunun reallıqıdır ki, hər klubun kiçik yaş qruplarında həkimləri olmur. Hətta çoxunun yoxdur. Yəni belə olan durumda da ilk tibbi yardım məsələsini, məşqçinin bilməsinin vacibliyi meydana çıxır. Ancaq həkimli komandalarda çalışan məşqçilərin də “İlk tibbi yardım” mövzusunda bilgili olmalarında faydanın olduğunu düşünürəm. Çox əlavələr etmədən, mövzunun ətraflı izahına başlayaq.

Futbol nə qədər hakim nəzarəti altında oynanan bir oyun olsa da, nə gədər gaydaları olsa da, digər idmanlar kimi, qaydaların pozuldugu yarışlardan biridir. Əlbəttə ki, mövzu qələbə olunca, hər iki komandanın futbolçuları , bacardıqlarını meydanda maximum şəkildə icra etmək üçün dəridən qabıqdan çıxırlar. Bu zaman da , birəbirlərdə, adi epizodlarda, hava topunun qəbulunda, qapıçı ilə təkbətəkə gedən epizodlarda və sair bu cür minlərlə hallarda futbolçuların zədələnməsinə rast gəlinir. Nəyinki matç zamanı, hətta futbolçuların məşq zamanı da zədələnməsi az görülən hal deyildir.

Düzdür ki bəzən futbolçular hiyləgərlik də işlədə bilirlər bu mövzuda. Zədələnmişəm deyir və oynamır. Əgər o “ayağım agrayır” deyirsə və oynamamaq üçün bəhanə edirsə, min dənə həkim də gəlsə, sübut edə bilməz ki , ayaqı ağramır. Bu başqa bir mövzudur əslində. Gələcək yazılarımda bu barədə danışacam sizlər üçün.

İndi isə ilk yardımdan danışmaqa davam edək. Futbolda zədələnən oyunçuya ilk yardımın göstərilməsi bir neçə müxtəlif üsullarla edilir. Bunların bəziləri ilə aşağıda tanış olaq.

PAUZA
(oyundan çıxarmaq)  –  Zədələnmə baş verən zaman bəzən hakimin fiti verilir və zədəli oyunçu 15-20 saniyə ərzində özünə gəlir və davam edir. Heç ona ilk tibbi yardıma da ehtiyac olmur. Ancaq zədələnən oyunçu davam etməkdə çətinlik çəkirsə, ilk tibbi yardım gərəkirsə, bu zaman həmin futbolçu meydanın kənarına gətirilərək ona davam edib edə bilməməsi barədə həkimlə ortaq məxrəcə gəlmək üçün kiçicik zaman verilir və onun yardıma ehtiyac duymadıgı və oynaya da bilməyəcəyi hallar da olur ki, bu hallarda da futbolçunu əvəz edərək, onun üçün müəyyən pauza verərək, ilk tibbi yardım göstərmiş oluruq. Yəni əvəzetmə, pauza vermək də bir növ tibbi yardım sayılır..

BUZ
– Buz metodundan futbolda işləyib, xəbərsiz olan adamların olacağını düşünmürəm. Geniş istifadə olunan bir metoddur. Deməli günümüzdə quru buz da istifadə edilir (siz buna fısfıs, pıspıs filan falan deyirsiniz). Yəni dezodorant kimi fısqırdılan quru buzdansa, yaxşı olar ki, buzdan istifadə edəsiniz. Oyunda və ya məşqdə futbolçunuz zədələnirsə, zədəyə buz qoyaraq ilk tibbi yardım etmiş olarsınız. Ancaq buz qoyan zaman, buz dəri ilə birbaşa təmasda olmamalıdır. Əks halda yandıra bilər. Əzələni yandırmaqdan söhbət gedir əlbəttə ki.. Buzun niyə ilk tibbi yardım ki sayılmasının izahını yəgin ki aranızda istəyən şəxslər olacaqdır. Çünki çoxdan bu metodu gördüyümüz üçün, bəzilərimizə mənasız gələ bilir. Zədə olan zaman ola bilir ki, qan dövranında bəzi xırda problemlər yaranır və həmin hissədə olan əzilmə sonrası qoyulan buz , ağrıya müsbət təsir edir. Deməli buz qoyulan yerdə, buzun təsirindən qan digər ətraflara dogru sürətli bir şəkildə hərəkətə başlayır, və orda qan boğulması kimi bir hal olarsa, buz qoyulması zamanı aradan qalxır. Həmdə yüksək şəkildə qızan əzələ yavaş yavaş soyuyaraq özünə gəlmiş olur loru dildə desək..


YUXARI QALDIRMAQ
– Bəzi zədələr də var ki qanaxmalarla müşahidə olunur. Burunda, dodaqda, qaşda, başda daha çox rast gəlinən qanaxma ilə müşahidə edilən zədələr, bədənin başqa hissələrində də futbol zamanı görülənlərdəndir. Qanaxmanın qarşısını almaq üçün isə göstərilən ilk tibbi yardım, bədənin həmin hissəsini (qanaxma olan hissəsini) ürəkdən yuxarı qaldırmaqdır. Beləcə qanaxma azalır. Məsələn ayaqın hər hansı hissəsində qanaxma baş veribsə , ilkin tibbi yardım zamanı ayağı yuxarı qaldıraraq bunun üçün ilkin tibbi yardımı göstərmiş olarsınız.

KOMPRESS
– Dədə baba metodlarından biri də kompressdir. Kompress təzyiqlə sıxıb baglamaqı meydana çıxarır. Hər hansı bir şeyi , təzyiqlə sıxıb baglamaq kompress sayılır bildiyimiz kimi. Məsələn zədə zamanı siz buzu təzyiqlə sıxıb, zədənin üstünə baglaya bilərsiniz. Ancaq bu zaman yaxşıca sıxmaq lazımdır ki təzyiq olsun. Bu metoda ehtiyacınız olarsa, elə sıxın ki, qan bogulmasın, nə fövgəladə çox, nədə lap cüzi sıxmayın. Orta dozanı ayarlayın və elə sıxaraq kompress metodunu istifadə edin.

Bəzi zədələr var ki isə, sınıqla müşahidə edilir. Bu da məşqdə də oyunda da baş verə bilən zədədir. Ən pis zədələrdəndir ki, futbolçunun karyerasını sual işarəsi altına salır , çıxarır.. Bəzən heç çıxarmır.. Bu zaman bir məşqçinin ilkin tibbi yardım göstərməsini düzü düşünə bilmirəm. İlkin yardım bəlkədə göstərə bilərsə. Nə bilim bəlkədə sınan yeri tərpənməz bir şəkildə saxlamaq üçün şərait yaradaraq, həkimə aparmaq bu mövzuda ilkin tibbi yardım sayılar. Ayaqları və qolları qırılan biri olaraq bu mövzuda təcrübəliyəm. Məşqçinin bu halda edə biləcəyi ən yaxşı şey, həkimə aparmaq olar düşüncəmlə..

Bu mövzuda yazacaqlarım da bu qədərdir. Növbəti yazılarımda görüşərik. Hələlik =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir