1×1 müdafiə və birəbir hücum məşqi

Məşq nümunələri

Hərkəsə salam. Bugün sizlərə daha bir mövzuda məşq nümunəsi təqdim edəcəm. Bu məşq nümunəsi ümumən istənilən yaş qruplarında verilməsi mümkün olan bir məşqdir. Yaş qruplarına uygun olaraq məsafəni kiçiltmə və böyütmək, şərtləri dəyişmək və sair dəyişikliklər etmək olar. Mövzumuz isə birəbir hücum və birəbir müdafiə davranışıdır. Nümunəni U15 üzərində məşq üçün nəzərdə tutmuşam. Yenə də qeyd edirəm, özünüz istədiyiniz yaş qrupuna uygunlaşdıra bilərsiniz.

Məşqin uyğun olduğu yaş qrupu: U15
İştirak edən minimal oyunçu sayısı: 3 (1 qapıçı) [bir cəhddə]
Məşqin məqsədi: İsinmə (Reaksiya sürətinə yönəlik)
Məşq müddəti: 25 dəqiqə
Fasiləni özünüz təyin etməlisiniz. (ehtiyyac yarandıqca özünüz nəzarət etdin və fasilələr verin)
Məşqin keçiriləcəyi ərazi: 20x20m
Toplardan qapıya qədər olan məsafə: 16-20 m
Toplar arasındakı məsafə: 2 m
Mübarizə müddəti: Maksimum 15-20 saniyə

Əvvəl məşq nümunəsinin şəklinə baxaq.

Məşqin təşkili üçün şəkildə gördüyünüz kimi 1 qapıçı, 1 hücum oyunçusu və 1 müdafiə oyunçusu lazımdır. Məşqçinin işarəsi ilə hücum oyunçusu (sarı) toplara doğru sürətli bir hərəkət edir və topu seçərək, rəqibin üzərinə gedir, hücumçu topu götürəndən 10-15 saniyə müddətdə rəqibini keçərək, aldadaraq qapıya zərbə endirməlidir. Əgər müdafiəçi topu alarsa kiçik qapılardan birinə göndərir. Burada hücumçunun topu özünün seçməsi və topa az qalmış ani istiqamət dəyişməsi həm hücumçunun həmdə müdafiəçinin günün sonunda birşeylər öyrənmiş olmasında böyük rol oynayar.

Məşqçi bu məşqlərdə hücumçusuna “Təkbətək hücum davranışımövzusuna uygun olaraq metodiki göstərişlər verməlidir. Burada da, “Sürətli şəkildə rəqibin üstünə get”, “Rəqib müdafiəçini çalış öz qapısına maksimum sıxışdır” kimi göstərişlərdən söhbət gedir. Əvvəlki yazılarımda, bu haqqda olan metodiki göstərişlərin bir qismini paylaşmışam. Mövzuya yenidən baxmanızda fayda ola bilər. Müdafiəçisinə isə uygun olaraq “Birəbir müdafiə davranışı” mövzusunun metodiki göstərişlərini, “rəqibi və topu nəzarətdə saxla, yanakı dur, rəqiblə arandaki məsafəyə nəzarət et – çox uzaq və çox yaxın olma” və sair kimi göstərişləri qeyd edə bilərik.

Sadə bir məşq nümunəsidir. Ümid edirəm bir qaranlıq hissə qalmaz sizə. Yenədə hər hansı çətinlik çəkdiyiniz birşeylər olsa yazın soruşun. Növbəti yazılarımda görüşərik =) Di hələlik )

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir