Futbolda isinmə

Futbolda isinmə

Hazır məşqlər (C) Məşq nümunələri

Bu yazımda sizə futbolda isinmə haqqında danışacam. Azsaylı izləyicilərimdən birinin istəyi üzərinə yazıram bu mövzuda. İsinmə haqqında bu günə qədər xırda xırda da olsa danışmışam. Ancaq bu mövzuda ətraflı şəkildə mövzunu qapatmağa çalışacam. İndiyə gədər mən də, bir neçə məşqçilər də bu sözü deyirlər ki, “Yaxşı isinmə, yaxşı məşq üçün bir asisstdir”.  Bu asisst olmasa, qol gəlməyəcək..

İsinmənin bir daha nə olmasını deyim, yadımıza salaq. Futbolda isinmə “Beyinin və bədənin qarşıdan gələn yüklənməyə hazırlanmasıdır..”. Bu isinmənin bir tərifidir desək yanılmarıq. Ancaq bunu əzbərləməyə ehtiyyac yoxdur məncə. Yəni həgigətən də düşünsəniz , görərsiniz ki, isinmə elə məhz bu iki şeyə, beyinin və bədənin hazırlanmasına xidmət edir..

Məşqçinin vəzifələri mövzusunda demişdim, bir daha yadımıza salaq. Məşqçinin 3 əsas vəzifəsindən biri, Məşqi istiqamətləndirmək hesab edilir. Hər halda yadınızdadır. Məşqi istiqamətləndirmək sadəcə 2-3 tapşırıq verməklə bitmir. Hər hansı mövzu üzərində işləməkdən söhbət gedirsə, məşqçi gərək elə məşq başlayandan , sonadək öz məşq tapşırıqları ilə , əvvəlcə oyunçularını məşqə hazırlasın, məşq etdirsin və onlara öyrətdiyi mövzunu təzyiq altında etməyə şərait yaratsın. Görüldüyü kimi, ilk iş , oyunçuları məşqə hazırlamaq olar yazıldı. Ardıcıllıq belədir yəni..

İsinmə zamanı 15 yaşa qədər futbolçularla işləyirsinizsə,  yaxşı olar ki, hər futbolçuya bir top, 2 futbolçuya bir top, maximum 3 oyunçuya bir top olsun. Bu əslində elə böyük futbolda da yaxşı olar..  Məşqlərinizdə xüsusən də isinmə zamanı keyfiyyət istəyirsizsə,  çalışın oyunçular bol bol topla davransınlar.. Çünki sonuçda futbolda olan hər şey bir topa görə olur. Hər kəs o topun qapı xəttini keçməsi üçün mübarizə aparır. Və topla davranışın çox olması da , futbolçunun topla davranış vərdişini artırmış olacaq.

Əgər məşq varsa, mütləqdir ki isinmə olmalıdır. Futbolda isinmə yüklənməyə hazırlamaqdır dediyim kimi, ancaq məşqin əvvəlində oyunçuların topa qısamüddətli öyrəşmələri üçün də isinmə önəmlidir. Əzələ yaddaşı deyilən bir şey var. Məşqin sonraki mərhələlərində topla davranış üçün isinmə zamanı bunu etmək lazımdır. Oyunçularımıza isinməni verməsək, növbəti məşq tapşırıqları aşağı keyfiyyətli olacaq. İsinmənin olmaması , zədəyə də səbəb ola bilir ki, bunu da gələcəkdə “Futbolçular niyə dartır” mövzusunda bir daha danışacam..

İsinmənin önəmli olmasından qısa da olsa danışdıq, bəs bir futbol məşqində, keyfiyyətə xidmət edən isinmə necə olmalıdır..?

İndi biraz da bu suala cavab yazmaga çalışaq. Əvvəllər isinmə zamanı, oyunçular 10-15 dəqiqə qaçırdılar, sonra da gəlib o qaçmaqla aidiyyatı olmayan bir mövzuda məşq edirdilər. Demirəm ki bu səhvdir. Hərənin bir yolu var. Bunu da verən bir futbol məşqçisidir. Hər halda bildiyi birşeylər vardır. Ancaq mən bunu etmərəm heç vaxt.

Müasir futbol da tələb edir ki, isinmə zamanı verilən tapşırıqlar, günün davamında edilən məşqlərə uygun olaraq seçilsin. Deyiriksə ki, isinmə , beyinin və bədənin qarşıdan gələn yüklənməyə hazırlanmasıdır, o zaman elə məhz həmin yükə hazırlamaq üçün , mövzumuza uyğun isinmə məşqi verməliyik.

Məsələn deyək ki, məşqdə “əks hücum” mövzusunu işləyəcəyiksə, yaxşı olar ki isinmədə qısa toplu və topsuz “rvoklar” olsun. Bilirik ki, əks hücum zamanı çox zaman kombinasiyalı oyundan söhbət belə gedə bilməz. Bir iki pas və sürətli bir şəkildə rəgib qapısına tərəf hərəkət olur bu zaman. Buna görə də isinmə zamanı da mövzuya uygun məşq olması üçün , oyunçuların “rvok”lar etməsinə şərait yaratmaq, isinməni bu səpkidə qurmaq lazımdır. İndi bu dediklərimdən sonra , bəlkə də kimlərinsə aglına iki dənə “fışka”nı bir birindən 20-30 metr məsafəyə qoyub, uşaqları qaçırmaq keçdi, “əks hücum” mövzusunun isinmə məşqində. Ancaq bu ən yaxşısı deyil. Məncə daha yaxşı olar ki, futbolçular iki nəfərə bir topla hərəkətdə paslaşsınlar, məşqçinin işarəsindən sonra kim topladırsa topla, topsuz olan da topsuz maximum sürətli “rvok”lar etsinlər. Bunu isinmə zamanı pauzalarla, 15-20 dəfə təkrar etsinlər futbolçular.. Bu daha yaxşı olar məncə “əks hücum” mövzusunda.. Və məşqin lap əvvəlində isə, futbolçuların asta sürətlə 300-500 metr qaçması daha da yaxşı olar.. Ancaq bu o demək də deyil ki, “əks hücum” mövzusunda ən yaxşı isinmə budur. İndi yazını yaza yaza aglıma bu gəldi, sadə bir isinmə olaraq paylaşdım sizin üçün. Düşünsəniz onlarla, yüzlərlə əsil yüklənməyə hazırlıqa xidmət edən isinmə məşqləri düşünə bilərsiniz hər mövzuya uygun..

İsinmə məşqinin necə olması düşünürəm ki “əks hücum” mövzusunda izahımdan sonra, sizdə bir az daha fikir formalaşdırdı..

Dartınmadan da qısaca deyim bu yazımda elə. Bilirik ki dartınmalar iki cür olur, Dinamik və Statik. Əgər hər hansı əzələni dartıb saxlayırsansa bu statik dartınmadır. Digərləri də dinamik. Dartınmasız isinmə məşqi vermək olar. Dartınmalar ümumiyyətlə isinməyə salınmasa yaxşıdır məncə. Mən dartınmasız isinmələr verirdim əksər hallarda. Uşaq futbolunda isə məncə dartınma vermək mənasızdır.. (Bu paragraf yazı sonradan redaktə edilərək əlavə edilmişdir.)

İsinmə mövzusunda danışacaqlarım bu qədərdir. Əgər hər hansı qaranlıq məqamlar olarsa, şərh yazaraq soruşa bilərsiniz. Hər dəfə şərh yazaraq soruşun deməyimin məqsədi, bəlkədə sizin kimi başqa biri mövzunu oxuyar və eyni sualı vermək istər. Şərh yazaraq soruşsanız, həmin adamın şərhlər qismində öz sualına cavab tapması daha yaxşı olar düşünürəm ki. Öyrənməmizdə müsbət rol oynayar hamımızın..

Növbəti yazılarımda görüşəcəyik inşallah. Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir