Driblinq məşqi

Driblinq mövzusunda isinmə məşqi

Məşq nümunələri

Dribbling mövzusundan bu yazıma gədər çox danışmışam. Bilirsiniz ki, bu dribbling mövzusunun 3 növü var. Rəqib keçmək məqsədli, top saxlamaq məqsədli və boş zonanı keçmək məqsədli. Demişəm bu mövzulardaki məşqlər necə olmalıdırsa.

Danışmışam bu haqqda.. İndi isə bu mövzuların hər üçündə verə biləcəyiniz, bir isinmə məşqini sizin üçün paylaşıram. Məşqin isinmə hissəsində bu məşqləri istifadə edə bilərsiniz.  Əvvəlcə aşagıdakı şəklə baxaq.. 

Yuxarıda gördüyünüz kimi bir sarı , 4 isə qırmızı “fışka” lazımdı bizə.. Eyni rəngdə olsa da olar.. Şəkildə ortada olan fışkadan digər bütün fışkalara qədər olan məsafə 10 metrdir.  Yandakı fışkalarda oyunçular topla gözləyirlər.. Məşqçi isə ortadakı fışkada topla dayanır.. Oyunçular dayandıqları fışkadan öncə ortadakı fışkaya, sonra isə öz sağlarındakı fışkaya doğru hərəkət edəcəklər.. Ancaq hərəkət getdiyi zaman , məşqçi ani olaraq “tərsinə” deyərsə, oyunçular tərsinə hərəkət edəcəklər.. Hərəkət zamanı isə aşağıdakı elementləri istifadə edə bilərsiniz..

Dribbling mövzusunda, fantaziyanızdan asılı olaraq, məşqçi detallı isinmə verməlidir.. Yuxarıdakı durumu yaratdıqdan sonra, sağ ayaqla, sol ayaqla, hər iki ayaqla, ayagın içi ilə, ayağın altı ilə dediyim istiqamətlərdə top aparmalar verə bilərsiniz.. Əlbəttə ki daha fərqli detallar da qata bilərsiniz..  

Növbəti yazımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir