1×1 müdafiə davranışı (isinmə)

Məşq nümunələri Mövzuya uyğun videolar (C)

Əvvəlki mövzulardan birində geniş şəkildə “1×1 müdafiə davranışı” mövzusunun izahını etmişəm + presentasiya və metodikasını sizin üçün blog yerləşdirmişəm. İndi isə bu mövzuda bir məşq nümunəsini diqqətinizə çatdıracam. Ümid edirəm ki bəyənərək istifadə edəcəksiniz. Çünki , bu mövzuda ən əyləncəli isinmələrdən biridir. Məşq nümunəsinə keçməzdən qabaq deyim ki, bu mövzu haqqında daha öncəki paylaşımımı , metodikanı təkrar oxuya bilərsiniz.

Əvvəlcə haqqında danışdıqım məşq nümunəsinin şəklinə baxaq


Gördüyünüz kimi “O” ilə işarə edilən bir rəqib və “X” ilə işarə edilən toplu 6 oyunçu var. Bunlar arasındakı məsafəni komandaya görə özünüz təyin etsəniz yaxşıdı. Nümunə üçün deyirəm ki, 15 yaşlı komanda üçün yaxşı olar ki , 20-25 metr məsafə olsun. Məşqdə oyunçular şəkildəki kimi yerləşir və hazır vəziyyətdə gözləyirlər. Məşqçinin işarəsi ilə, toplu oyunçular önlərindəki fışkaları ötüb keçməlidirlər. “O”la işarə edilən tək oyunçu isə topla üzərinə gələnlərdən hansısa birindən topu almalıdır. Əgər o topu kimdənsə alarsa və bir nəfərin fışkaları keçib getməyinə maneə olarsa, onda həmin nəfər də artıq topsuz, “O” rolunu oynayaraq, gələnlərin qarşısını almağa çalışmalıdır. Belə belə topluların sayı , topsuzların sayından az oldugu vaxta gədər davam edə bilərsiniz.

Sadə və əyləncəli məşq nümənəsidir. Güle güle kullanın türklər demiş )

Bu mövzuda mən youtube-dan bir video da sizin üçün bura yerləşdirim ki, ola bilər çətinlik çəkəsiniz presentasiya üçün video tapmaqda, burdan rahatlıqla götürüb istifadə edə biləsiniz.

Bu mövzuda yazacaqlarım elə bunlardan ibarətdir. Gələn yazılarımda görüşərik. Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir