Sürət və cəldlik (Oyun reallığı ilə)

Məşq nümunələri

Bu yazımda sizə sürət və cəldlik üçün nəzərdə tutulmuş bir məşq nümunəsini təgdim edəcəm. Bu məşq numünəsində “qərar vermək imkanı” olduğunu və “real oyun modeli”nin  yarandığını görəcəksiniz. Sadə bir məşq nümunəsidir. O qədər də çətin deyil. Nümunəninin izahından qabaq gəlin əvvəlcə, məşq nümunənisinin şəkli ilə tanış olaq.

Gördüyünüz kimi meydanın yarısında işləmək nəzərdə tutulub. 3 mövgedə barierlər yerləşdirilib. Hər üç mövgedə futbolçular barierin arxasında hərəkətə başlamaq üçün ilk pası gözləyirlər. Məşqçinin mərkəzə ən yaxın barierə pas verməsi ilə tapşırıq başlanır. Cinahlardakı barierlərdən hərəkətə başlayanlar göstərilən istiqamətdə hərəkət edir və toplu oyunçu da pası gördüyünüz istiqamətdə verərək, özü də oxla göstərilən istiqamətdə qaçır. Cinahda topla olan oyunçu , digər iki oyunçudan birinə pas verərək tapşırıqı sonlandırmaq üçün, komanda yoldaşını zərbə mövgeyinə çıxarır.

Gördüyünüz kimi sadə bir məşq nümunəsidir. Bu nümunədə işləmək istəyən məşqçilər üçün geyd edim ki, U14 və daha böyük yaşla işləmək olar bu məşq nümunəsini. Düzdü o demək deyil ki, daha kiçik yaşlar işləməsin. Ancaq əksərən dediyim yaşlar üçün nəzərdə tutulub. Daha sonra yaxşı olar ki, 8 – 10 dəqiqə elə bu cür şəkildə göstərilən kimi işlədikdən sonra, 2 rəqib əlavə edəsiniz məşq nümunəsinə. Artıq oyunçularınızın rahatlıqla tapşırıqı etdiyi bir vaxtda rəqib amili futbolçularınızı daha da çox inkişaf etdirər.

Bu yazımda yazacaqlarım elə bunlardan ibarət idi. Növbəti yazılarımda görüşərik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir