Düzgün qaçış texnikası

Düzgün qaçış texnikası

Metodika və Təqdimatlar (C)

Bugünki yazımda “Düzgün qaçış” metodikasından danışacam. Əlbəttə ki bunu yüngül atletlər daha detallı bir şəkildə bilirlər. Ancaq mən də sizə düzgün qaçış üçün icra edilməli olanlardan danışacam. Bilirsiniz ki, iki eyni sürətli futbolçu ola bilər ki, biri daha uzun və az, biri isə daha qısa və çox addımlar ataraq həmin sürəti əldə edərlər. Əslində onlardan heç birinin etdiyi səhv deyildir. Bu addım tezliyi futbolçuda genetik olan bir şeydir. Bu gün biz sizinlə , düzgün qaçış texnikasından danışacağıq.
Bu blogu izləyən adamların dünya futbolunu da yaxından izləməsini düşünürək, mövzuya da dünya futbolundan numunələrlə başlamaq istəyirəm. Böyük futbolda düzünə qalsa mən görməmişəm ki, hər hansısa bir futbolçu yalnış qaçış texnikası yerinə yetirsin. Ancaq böyük futbolçuların da hamısı eyni sürətlə qaçmır bildiyimiz kimi. Bəziləri daha yüksək sürətlə qaçır, bəziləri isə daha aşağı sürətlə. Hansı sürətlə qaçmasından asılı olmayaraq professionallar düzgün qaçış texnikası yerinə yetirirlər.

Məşqlərinizdə bilmirəm futbolçuların düzgün qaçış texnikasını yerinə yetirib yetirməməsindən nə dərəcədə razısınız. Əksəriyyət məşqçi buna fikir vermir deyə bilərəm ki. Hətta mən gördüyüm 90% məşqçi , özü necə qaçılması gərəkdiyini bilmir, nəyinki oyunçularına göstərişlər vermək..

İndi mən sizə bu mövzuya uyğun metodiki göstərişləri təgdim edəcəm. Sizdə futbolçularınızın düzgün qaçması üçün, bu göstərişləri mütləq onlara verin. Çünki elə futbolçular varki, genetik olaraq bizim bildiyimiz “sprinter”dir. Ancaq məşqçi ucbatından , qaçarkən “çabalamaqla” məşğul olduğu görünür. İndi siz təsəvvür edin ki, elə futbolçular varki “çabalayaraq” yenədə öz yaş qrupunun ən yüksək sürətli futbolçularındandır və düzgün qaçış texnikası deyilməyib  onlara. Həmin bu dediyim kimi futbolçular düzgün qaçış texnikasını bilmiş olsaydı , məşqçiləri göstəriş vermiş olsaydı vaxtında, “kosmik” sürətlə qaçarlardı..

Nəysə əşi, belə şeylərdən danışmayaq. Keçək metodiki göstərişlərə. Ki qaçan zaman futbolçunuza verməli oldugunuz tapşırıqlara…

– Qaçarkən çiyinlər azacıq hərəkət istiqamətinə və əksinə hərəkət etməlidir. Qan dövranına yardım məqsədli olduğu baxımdan faydalıdır. 

– Çiyin oynaqları çevik olmalı və qolları çox yuxarı aparmamalıdır. 

– Çiyin və omba əzələləri bir birinə əks istiqamətlərdə hərəkət etməlidir. (Yəni sol ayaq öndədirsə, sağ əl də öndə olmalıdır)

– Qollar dirsəkdən təxminən 90 dərəcəlik bir bucaqla bükülməlidir

– Bədən azacıq önə doğru əyilmiş olmalıdır.

– Bel isə mümkün qədər əyilmədən uzaq olmalıdır. Bacardıqımız qədər əyməməliyik..

-Baş önə doğru baxmalıdır ki, aşağı və ya yuxarı baxdığı haldan daha az yüklənsin..

– Ayaqlar yerə təmas edərkən, öncə pəncə yerə toxunmalı, sonra incə bir şəkildə daban üzərinə düşmək lazımdır..

– Ayaq yerə toxunan zaman “ayaq biləklərimiz” elastik olmalıdır. 

– Qaçış zamanı addımı atıldıqda, arxada qalan ayaq tam olaraq açılmalıdır. (Bu halda qaçarkən ayaqın yerdən qaldırılması oyunçuların daha az enerjisini aparır.)

– Ayaqlar dizdən büküldüyü zaman isə 90 dərəcədən çox bucaqla bükülməlidir ki,sürətdə effekt əldə etmək olsun. 

– Ayaqlar yerə basılan zaman isə , yerə təkan verərək sürətin artmasına kömək etməlidir. 

Yekun olaraq deyə bilərəm ki, qollar və ayaqlar əks istiqamətdə hərəkət edərək, bükülü vəziyyətdə sürətə daha da yardım edən detallardan sayılır. Və pəncə üzərində qaçışın icrası, daha düzgün hesab edilir..

Bu mövzuda mənim yazacaqım metodiki göstərişlər elə bu qədərdir. Düzdür bu yazıya geniş və daha şəkilli izahlar vermək daha yaxşı olardı. Ancaq bu cür izahlar , hazırda yazmaqda oldugum kitabda tapa biləcəksiniz. Bu aralar başım qarışıq oldugundan mövzunun geniş alanda izahına vaxt tapa bilmədiyimdən, qısa izah edə bildim.

Növbəti yazılarımda yenə də bu mövzuya müraciət edərək,izahlar edəcəm. Hələlik inanıram ki mövzu haqqında fikir formalaşdı. Gələn yazılarımda görüşərik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir