Futbol məşqlərində kvadrat

Futbol məşqlərində “kvadrat”

Məşqçilər üçün

Hər bir futbol adamına tanış olan, məşqçilərin keçmişdən bugünə qədər qoruyub saxladığı bir forma.. KVADRAT..Bu elə bir şeydir ki, dünyanın ən böyük komandaları da ən kiçik komandaları da bunu məşqlərində istifadə edir. Futbol məşqlərində kvadratlardan danışacam bu yazımda. Yəgin ki bu blogu izləyən əksəriyyət bunun nə olması haqqda informasiyalıdır. Məşqçi işləyənlər isə inanıram ki məşqlərində kvadratlardan istifadə edirlər. Bu yazımda “kvadrat nədir ?” ,  “kvadratın qaydaları” ,  “kvadratın faydaları” , “kvadratın zərərləri” kimi xırda başlıqların izahına çalışacam.

Bildiyimiz kimi kvadrat bir kiçik oyunun adıdır və futbol məşqlərində məşqçilər tərəfindən seçilən oyunlardandır. Ən geniş yayılanlardandır. Bunu adətən məşqçilər “corner” bayraqların yanında yer ayıraraq oynadır. Əslində mənim düşüncəmə görə, məşqdə kvadrat vermək düzgün deyil. Əlbəttə ki bu mənim şəxsi fikrimdir. Kimsə verirsə, bu o demək deyilki səhv edir. Ancaq mən məşqlərimdə kvadratı vermirəm və vermərəm. Bu oyun çox hallarda 5×2, 4×2, 3×2 və sair saylarda oynanan bir oyundur. Ancaq mənim ən çox gördüyüm, Azərbaycanlı məşqçilərin ən çox tərcih etdiyi say , 4×2 sayıdır. Gəlin əvvəlcə bu sayda oyunçu ilə , kvadratın “board” formasını nəzərdən keçirək..

Yuxarıda gördüyünüz kvadratın kagız üzərində və board üzərində formasındır. Adının kvadrat olmasına baxmayın , bunu üçbucaq , beşbucaq və sair formalarda da oynamaq olar. Bu oyunda ortada olan iki ag rəngli rəgiblər verilən şərtlər altında kvadratın kənarlarında yer alan “X”ların paslaşmasına maneə olmalıdırlar. X-lar zonanı genişlədə bilməz. Topu alan ortadakı,topu kimdən alıbsa, onunla yerini dəyişir. Oynayanlar və məşqçilər bilirlər, maraqlı qaydalar da əlavə etmək mümkündür. Yalnız sağa və sola sürüşmələr edə bilərlər bu oyun zamanı kvadratın kənarındakı oyunçular.  Kvadrat əksər hallarda dar alanda oynanılır. Bu da oyunçuları təzyiq altında oynamağa öyrəşdirən bir şeydir əslinə qalsa. Ancaq kvadrat təzyiq altında oynamaqdan başqa da bir çox xüsusiyyəti ilə fərqlənir. Müsbət mənada fərqlənir yəniki.. Bu oyunda məşqçi kvadratın kənarında yer alan dördlüyə müxtəlif qaydalar qoyur. Məsələn maximum 2 toxunuş etmək olar qaydası altında, üçüncü toxunuşu edən oyunçu ortada “işləməyə girir”.  Bu cür əlli dənə qayda qoymaq olar. Hətta daha çox…Çox uzatmayım bu məsələni =)

İndi gələk bu oyunun müsbət tərəflərinə. Məşqçi gözü ilə baxsanız oyunda, RƏQİB, TOP, MƏQSƏD, QƏRAR VERMƏK İMKANI, KİÇİK QRUP, KEÇİD FAZASI, DİNAMİKA kimi OPTİMAL MƏŞQ-in tərkib hissələri birbaşa gözünüzə görünəcək. Bu tərkib hissələrinin olması , kvadratın üstün tərəfləridir. Bu mövzuda “Uyğun zona” anlayışı biraz “tupoycasına” seçilib deyə bilərəm ki. Bilmirəm siz indi bu kvadrat oyunlarını oynadırsız ya yox, yada oynadırsızsa meydanın hansı hissəsində məşqi verirsiniz. İndi desək ki, uygun zona gözlənilir , bu düzgün deyil. Çünki oyun zamanı heçkim girib künc bayraqın yanında dayanmadan paslaşmır. Olur indi 2-3 pas gedir və ordan çıxır komanda. Desək ki, yox uygun zona gözlənilmir, bu da düzgün deyil.. Deyək ki paslar ən çox 2-ci zonada (mərkəz xəttinin həm rəgib həmdə bizim qapı tərəfdən 5-10 metr məsafə civarı) olur. Bəs yaxşı, kvadratdakı kimi olur mu ? Bizə məşqlərdə oyun reallıqını məşq etdirmək lazımdır.. İç içə girib pas seriyası qırmaq oyun reallıqı deyil mənə elə gəlir ki. Bu kvadratın çatışmayan tərəfidir məncə. Mənfi tərəfi yəni.. Aksionun əvvəli məsələsinə gəlincə isə burada aksionun əvvəli yoxdur mənə görə. Bəlkədə var saymaq olar. Ancaq belə aksionun əvvəli olmaqdansa olmasa yaxşıdır. “Birinci pası buraxırıq deyirlər” məşqçilər. Əksəriyyəti bilmir nəyə görə dediyini. Guyaki aksionun əvvəli detalını yerinə yetirmiş olurlar. Ancaq sizə deyim ki, bu cür “aksionun əvvəli” yaxşı deyil mənə görə.

Kvadratın müsbət və mənfi tərəflərindən çox danışmaq olar əslinə qalsa. Ancaq mən bunu çoxda önəmli saymıram. Çünki məşqçi işləyən və başı işləyən adamlar artıq bu kvadratın harda və necə istifadə edilməsinin gərəkdiyini bilirlər. Nə zaman kvadrat vermək lazım oldugunu da yaxşı bilirlər.

Nə nəticəyə gəldiyinizi , kvadratı məşqlərinizdə nə dərəcədə istifadə etdiyinizi bilmirəm düzünə qalsa, ancaq mən özümdən deyim.. Məşqlərim 90 dəqiqə olsa, onun heç 1 dəqiqəsini də kvadrata sərf etmərəm.. Məşqlərin kagız üzərində olan plan dediyimiz şey ki var ha, o plana heç vaxt kvadrat salmaram. Ancaq məşqin başlamasına da 15-20 dəqiqə qalmış meydana girən , özləri özlərinə kvadrat oynayan oyunçularıma da qaydasız oynamaq şəraiti yaratmadan , onların bu davranışı da müsbət qarşılayram..

İndi siz, özünüz düşünün kvadrat əslində nəyə lazımdır.. Gələn yazılarımda görüşərik.. Hələlik ..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir