Rəqib analizi

Futbolda məşqçinin “rəqib analizi”

Məşqçilər üçün Nəzəri Hissə (C məşqçilik kursları)

Bu sizin üçün xüsusi paylaşdıgım bir mövzudur. Düzdür, C kursuna aid deyil. Amma inanıram ki sizdə marag yarada biləcək bir mövzudur. Çünki hər bir məşqçinin ən önəmli xüsusiyyətlərindən biri olan rəqib analizindən danışacağıq..

Bu yazımda rəgibin analizindən danışacam. Rəgibin oyununa baxıb onu analiz edərkən nəyə diqqət etmək lazım olduğunu, sizlər üçün paylaşacam…

1) Sistemə baxmaq – Əlbəttə ki ilk növbədə rəgibin sisteminə baxmaq, meydanda hansı düzülüş ilə yerləşdiklərinə nəzər salmaq lazımdır. Bu bizə onların taktikasını göstərməsə də, söyləməsə də, sistemlərini bilərək öz sistemimizi onların sistemlərinə görə daha rahat şəkildə seçə bilərik.

2) Komandanın hər 3 fazadakı davranışı – Fazalar haqqında danışmışam. Yəgin ki anlaşılmaz olmadı bu bənd sizə. Topla olan zaman, topsuz olan zaman, topu itirən və ya ələ keçirən zaman komandanın etdiyi davranışlara fikir vermək lazımdır.

3) Üstün və zəif cəhətləri – Rəqibi analiz edərkən onun üstün və zəif cəhətlərini bilmək lazımdır. Məsələn rəqibin hücumçusu zəif futbolçudur. Və ya hücumçusunun boyu hündürdür və sair kimi xırda detallara fikir verməli, üstün və zəif cəhətlərini kəşf etməlisiniz..

4) Qolların yaranması və hansı situasiyada vurulmasına – Rəgibin oyununda olan qolların yaranmasına və hansı situasiyadan vurulmasına diqqət etmək lazımdır. Həmin rəgibin vurdugu qollar zamanı bunlara diqqət etməli, həmdə öz qapısında gördüyü qollar zamanı da fikir verməlisiniz.

5) Standart vəziyyətlərə (hücumda, müdafiədə) –   Standart vəziyyətlərə rəqib həm hücumda oldugu zaman, həmdə müdafiədə oldugu zaman diqqət etmək lazımdır. Yəni rəgibə qarşı standart vəziyyətdən yararlanmaq nə dərəcədə asandır və ya çətindir və rəgib özü standart vəziyyətlərdən necə yararlanır suallarının cavabları tapılmalıdır..

6) Futbolçuların fərdi keyfiyyətləri – Rəqib analizi zamanı ən önəmli hissələrdən biri də rəgibin futbolçularının fərdi keyfiyyətlərinə diqqət etməkdir. Həm qapıçının , həm müdafiəçilərin,  həm yarımmüdafiəçilərin həm də hücumçuların fərdi keyfiyyətlərinə diqqət edib, yaxşı mənada qabaran keyfiyyətlərini nəzərə almaq lazımdır..

7) Oyunçu dəyişikliyi və onun oyuna təsiri – Rəqibin oyunçu dəyişikliklərinə diqqət etmək, həm rəgib məşqçinin oyuna təsir gücünü sizə anladar, həmdə meydana çıxan oyunçuların hansı keyfiyyətlərinə görə üstünlük əldə etdiyi haqqında fikirlər formalaşdırar sizdə..

8) Psixoloji vəziyyət və fiziki durum –  Ola bilər ki rəqib fiziki olaraq, texniki , taktiki olaraq sizdən güclü olsun, ancaq psixoloji vəziyyətləri elə ola bilər ki, oyuna çıxmamışdan məglub olsunlar. Və matç da başlayan kimi , “məglub başlasınlar” və oyunun gedişində , bu hesabda da özünü göstərməyə başlasın..  Və ya tərsi.. Ona görə də rəqibinizi analiz edərkən bu kimi detallara da xüsusi diqqət etməniz ugura aparan yolda sizin sürət maşınınız olar..

9) Həlledici oyunçular – Rəgibin həlledici oyunçularına diqqət etmək , onlara qarşı tutarlı taktika düşünmək lazımdır. Bunu rəqibi analiz edərkən təyin edib, oyun üçün taktika düşünən zaman isə düzgün tətbiq etməyin yollarını tapmaq lazımdır..

10) Statistik göstəricilər – Bu da rəqibin matçında olan sarı, qırmızı kartların statistikası, cərimə zərbələrinin statistikası, künc zərbələri və sair bütün statistik məlumatların analizi olaraq düşünülür. Rəgibin analizi zaman statistik göstəricilər də önəmlidir.

Bu yazıda mənim danışacaqlarım bunlardan ibarət idi. Özüm hansısa komandanı analiz edərkən yuxarıda dediyim bəndlərlə analizlərimi aparıram, ola bilər ki, Pep , Jose , Fergie kimi məşqçilər analizləri zamanı 150 dənə detala fikir verirlər. Ona görə də çox ugurlu olurlar.. Amma mən dediyim 10 incəliyə fikir verirəm. Sizdə hələki bu detalla başlayın, gələcəkdə daha güclü analizlərdən danışacam sizlərə.

Gələn yazıda görüşərik ) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir