Futbolda inkişaf mərhələri

Futbolda inkişaf mərhələləri

Nəzəri Hissə (C məşqçilik kursları)

Bugünki yazımda futbolda inkişaf mərhələlərindən danışacam. Bu mövzunun çoxlarınız soruşa bilərsiniz ki futbola nə dəxli var ? Siz soruşmamış mən yazım , C kategoriya kiçik yaşlarla işləməyə icazə verir. B-də elə. Siz professional olmaq yoluna, mütləq uşaqlarla işləyərək keçməlisiniz. Uşaqlarla işlənən zaman onların davranışlarına, onların düşüncələrinə, fikirlərinə və potensiallarına bələd olmaq üçün , inkişaf mərhələləri haqqında məlumatlı olmalısınız. Bu mövzudakı yazım xırdalıqlarla dolu bir yazı olacaq məncə. Diqqətli olsanız, asan oldugunu görəcəksiniz. Deməli uşaqlarların inkişaf mərhələləri bildiyimiz kimi qızlar və oğlanlarda fərqlidir və bu fərqlər nələrdirsə , bu yazımda bu haqqda danışacam. Əlbəttə ki siz qızlar komandası ilə də işləyə bilərsiniz. Bu səbəbdən də tək oğlanların inkişaf mərhələlərindən deyil, həmdə qızların inkişaf mərhələlərindən danışmam məqsədəuygun olar..

İnkişaf mərhələləri iki yerə, Uşaq yaşları və Cinsi yetkinlik dövrü olaraq bölünməkdədir.. Əvvəlcə biz Uşaq yaşları hissəsindən danışaq. Uşaq yaşları özü də iki hissəyə bölünür. Erkən məktəb yaşları və Sonraki məktəb yaşları..  İnkişaf mərhələlərinin bizə lazım olan hissəsinin ilk bölümü, Erkən məktəb yaşları , qızlarda və oğlanlarda eyni yaşlara təsadüf edir. Bu hər iki cinsin uşaqlarında 7-10 yaş arasında baş verir. Uşaqlar bu yaşlarda təzə təzə məktəbə başlayırlar. Topluma daha da öyrəşirlər. Yoldaşlar, dostlar qazanırlar.. Uşaq yaşlarının digər qolu , Sonrakı məktəb yaşları isə , yaş baxımından fərqlənir. Yəni qızlarda bu 10-11 / 11-12 yaşlarda, oğlanlarda isə 10-11 / 12-13 yaşlarda baş verir.

Yuxarıda olan inkişaf mərhələlərinə aid olan yaşlı uşaqlarla işləyən zaman, görəcəksiniz ki həgigətən də uşaqlarla işləyirsiniz. Yuxarıda dediyim inkişaf mərhələsində olan uşaqlar körpə, balaca sayılır. Yəni onlarla “baxça müəlliməsi” kimi davranmalı oldugunuz epizodlar kifayət qədər çox olacaq məşqlərdə =)

İndi isə keçək digər inkişaf mərhələsi, “Cinsi yetkinlik dövrü” məsələsinə , bu dövr özü də iki yerə bölünür. “Cinsi yetkinliyin birinci dövrü” və “Sonrakı cinsi yetkinlik və ya ikinci dövrü”.. Cinsi yetkinliyin birinci mərhələsi qızlarda, 11-12/13-14 yaşları arasında, aybaşınadək olan zamanda olur. Oğlanlarda isə bu dövr 12-13/14-15 yaşlarla, sperma yarananadək olan zamanla üst üstə düşür.

Sonraki cinsi yetkinlik yaşları isə qızlarda 13-14/17-18 yaşlarda olur ki bu da aybaşından sonra bədən tam formalaşanadək olan zamanı əhatə edir.. Oğlanlarda bu dövr 14-15/18-19 yaşlarda baş verir ki , bu da sperma yaranmasından – bədən tam formalaşanadək olan zamanı əhatə edir.

Bu yuxarıda danışdıqlarıma cədvəl şəklində aşağıda baxa bilərsiniz..

Cinsi yetkinlik dövrləri

İnkişaf mərhələləri haqqında bu yazımda informasiya əldə etdiniz.  Mövzunun kankret izahını “Cinsi yetkinlikdə əsas məsələlər” mövzusunda da diqqətinizə çatdıracam. Bu informasiyaları harada istifadə etməniz, necə lazım olacağı barədə, inkişaf mərhələlərini necə ayırd etmək barədə də dediyim başlıqlı yazımda informasiyalar yer alacaq. Bu mövzuda sualları olanlar soruşa bilərlər. Növbəti yazımda görüşərik =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir