Futbolda cinsi yetkinlik

Futbolda cinsi yetkinlik (əsas məsələlər)

Nəzəri Hissə (C məşqçilik kursları)

İnkişaf mərhələləri haqqında bilginizin olması , oyunçularınıza məşqlər keçdiyiniz zaman , nəyin nə zaman verilməli oldugunu sizə bildirərəcək. Və ya hansı məşqləri uşaqlarla işləmək olar, hansıları hələki olmaz kimi suallarınız, inkişaf mərhələlərini bildiyiniz zaman aradan qalxacaq. 

Yəni , inkişaf mərhələlərini biz ona görə öyrənirik ki , futbolçuların üzərində hansı mövzuların işlənməli oldugunu daha aydın başa düşək.

Bəs inkişaf mərhlələrini ayırd edərkən nələrə diqqət etməliyik ? Və nə etsək daha asan şəkildə oyunçumuzun hansı inkişaf mərhələsində oldugunu anlayarıq.. Oyunçuların inkişaf mərhələlərini ayıra bilmək üçün , 3 elementə diqqət etmək lazımdır. Bunlar aşagıdakı 3-lükdür.

1) Bioloji yaş – Kalendar yaşı / Bu məsələyə uşaqlarda diqqət etmək lazımdır. Bəzən olur ki, uşaqa baxırsan ki 20 yaşı olana oxşayır. Ancaq U-13də oynayır =) Dediyim o 20 yaş bioloji yaş, 13 yaş isə kalendar yaşıdır. Uşaqların hansı inkişaf mərhələsində oldugunu ayırd etmək üçün bu məsələni diqqətdən kənarda saxlamaq olmaz.

2) Fizioloji inkişaf – Əqli inkişaf  /  İki 15 yaşlı oyunçunu yan yana qoyub müqayisə edəndə, bəzən görürsən ki birinin 15 yaşı olsada , “aglı hələ uşaq aglıdır”. O birisinə baxırsan ki , artıq hansısa proseslər gedib və özünü kişi hiss eləməyə başlamaqdadır. Fizioloji olaraq böyük , əqli olaraq kiçik olan oyunçular çox olur. Yada tərsinə. Bəzən həm fizioloji , həmdə bioloji olaraq böyümüş uşaqlar da olur..

3) Qızlar – Oğlanlar   /   Və uşaqın cinsi yetkinliyin hansı dövrünü keçirdiyini bilmək üçün, cinsini də nəzərə almaq lazımdır. Qızlarda biraz inkişaf oğlanlara baxan daha tez baş verir. Yəni 14 yaşında bir oğlanla, 14 yaşında bir qızı müqayisə edərkən, əksər hallarda oğlan inkişafda qızdan geridə olmuş olur. Yəni kobud şəkildə izah eləsəm, qız artıq sevgi seriallarına baxır, hansısa oglandan xoşu gəlməyə başlayırsa, oğlan bu yaşlarda əksər hallarda oyuncaqla oynayır.

İnkişaf mərhələlərində diqqət edilməli oldugunuz məqamlar bunlardır.  Və bunları dedikdən sonra , bilməniz faydalı olar ki..

ÖYRƏNMƏNİN QIZIL DÖVRÜ ! – Cinsi yetkinlikdən əvvəlki 2-3 il, cinsi yetkinliyin ilk 2 ili.. 
Bu yaşlarda uşaqlar hər şeyi öyrənə bilərlər. Bu yaşlarda daha çox çalışaraq, peşəkar futbolçu olmaları üçün uşaqların inkişafında məşqçilər böyük rol oynaya bilərlər..

Əlbəttə ki, siz məşqləri verə bilmək üçün əvvəlcə uşaqların hansı inkişaf mərhələsini keçdiklərini ayırd etməlisiniz.

Bəs ÖYRƏNMƏNİN QIZIL DÖVRÜNDƏ uşaqlarda hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır..? Bu sual haqqında növbəti yazımda sizlərə ətraflı məlumat verəcəm..

Bu mövzuda yazacaqlarım bu qədər. Sualları olanlar soruşa bilərlər.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir