Futbolda birinci toxunuş

Futbolda birinci toxunuş

Nəzəri Hissə (C məşqçilik kursları)

Bugünki mövzumuz, Futbolda birinci toxunuş adlanır. Gəldik C kategoriyalı məşqçi kursunun Nəzəri Hissəsinin son mövzusuna. Bu mövzunu da izah etsəm, bununla da C kursunun nəzəri hissə materialı bitmiş olacaq. Ondan sonra metodiki göstərişlər , videolar, təqdimatlar paylaşacam sizin üçün.

Sonra isə 15-20 gün fasilə edildikdən sonra, B kategoriyalı məşqçi kursunun materialına başlayacam inşallah ki..

İndi isə birinci toxunuş barədə danışaq. Yəgin ki, futbol məşqçilərinin məşqlərdə və ya oyunlarda bu sözünü eşitmisiz. Var gücləri ilə “birinciiiiiiiii…” deyib qışqırırlar haa. Bir müddətdən sonra məşqlərdə və oyunlarda oyunçular da komanda yoldaşlarına “birinciiiiiii…” deyib səslənirlər. Sizi inandırım ki, uşaq futbolunda meydandakı oyunçuların 99%-i , məşqçilərin də bir 80%-i bilmir onu nəyə görə deyir. İndi sizə bu birinci toxunuş zamanı ən diqqət edilməli məqamları diqqətinizə çatdıracam. Bundan öncə isə , birinci toxunuşun əhəmiyyətindən danışım. Birinci toxunuş topa sahib olacaq komandanı bəlirləyən bir detaldır. Buna görə çox önəmlidir. Topa sahib olan komanda hücuma gedə bilər, top saxlamaqa başlaya bilər və sair və sair belə çoxlu seçimlər edə bilərlər. Yəni belə desək daha düz olar ki, bir futbolçunun topa edə biləcəyi ən önəmli müdaxilələrdən biri elə birinci toxunuşdur.. İndi isə, birinci toxunuş zamanı diqqət etməli edilən aşağıdakı detallara baxaq..

1) Açıq gövdə
2) Topu önə qəbul etmək
3) Tempi dəyişmək
4) Sürəti itirmədən qəbul
5) Hərəkətdə qəbul
6) Topa baxmamaq

AÇIQ GÖVDƏ 
Birinci toxunuş zamanı açıq gövdə ilə “topa girmək” lazımdır ki, rəqibə maneə olasan. Yalnız bu halda rəqibdən üstün olmaq üçün cəhdlər etmək faydalı ola bilər.. Açıq gövdə ilə qəbul zamanı rəgib müdaxiləsi çətinləşir..

TOPU ÖNÜNƏ QƏBUL ETMƏK
Qəbul zamanı topu hər zaman müdaxilə edilə biləcək bir yerə qəbul etmək lazımdır. Bu rəgibin topa müdaxiləsindən qorunmaq üçün önəmlidir. Məsələn sinə ilə qəbul edən oyunçu, topu havaya dogru qəbul etməməlidir. Bu cür gəbuldan futbolçular həzz alırlar. Ancaq düzgün qəbul deyil bu. Gərək ki, qəbul zamanı tez bir zamanda topu ayaga sala futbolçu. Sonra isə rahatlıqla topla davranışlarını davam etdirə bilər..

TEMPİ DƏYİŞMƏK 
Birinci toxunuş mövzusunda tempi dəyişmək də önəmli məqamdır. Birinci toxunuş zamanı mütləq tempi dəyişmək lazımdır ki, rəqibin çaşbaşlığı meydana gəlsin. Məsələn pas qəbul edən futbolçu ani bir temp dəyişmə edərək, fint etmiş kimi rəgibini geridə qoya bilər..

SÜRƏTİ İTİRMƏDƏN QƏBUL
Əgər məşqçi kimi işləyirsinizsə,yəgin ki mənimlə razılaşarsınız ki, futbolçularınızın çoxsu, qəbul zamanı sürətini itirir. Böyük futbola da baxanda mən tez tez bu hallarla rastlaşıram. Topa birinci toxunuş zamanı , sürəti itirmədən qəbul birbaşa təhlükədir. Əgər futbolçu birinci toxunuş zamanı sürətini itirmirsə, bu rəgib üzərində birbaşa üstünlükdür desəm yanılmaram düşünürəm ki..

HƏRƏKƏTDƏ QƏBUL 
Topa birinci toxunuş zamanı . hərəkətdə qəbul üstünlükdür. Bir futbolçunun birinci toxunuşu, top qəbulu əgər yerində baş verirsə , bu o demək deyil ki o zəif futbolçudur. Sadəcə maximaldan danışırıqsa, daha üstün tərəfi olardı ki, hərəkətdə qəbul etsin..

TOPA BAXMADAN QƏBUL
Bu əslində “başı yuxarı” olmaq məsələsidir. Topa ona görə baxmamaq lazımdır ki, yaranan ani boşluqdan istifadə etmək mümkün olsun. Ona görə də deyirik ki, birinci toxunuş zamanı topa baxmamaq lazımdır.

Əlbəttə ki yazını oxuyan məşqçilərin bəziləri deyə bilərlər ki, bəs filan komandada bu element yoxdu, amma hər il çempiondu, filan komandada o bənd yoxdu, ən güclülər elə onlardı. Belə fikirlər əslində yalnış deyil. Məşqçi fəlsəfəsindən asılı olaraq birinci toxunuş zamanı bəzi detallar rolunu itirir və bəzi detallar isə daha önəmli olmaga başlayır..

Bu yazımla da C kategoriyalı məşqçi kurslarına aid olan nəzəri hissə materialı rəsmən bitmiş oldu. C kursunda sizə elə bu günə qədər mənim danışdıqlarımdan danışacaqlar. Altı üstü elə mənim danışdıqım sözlərlə özüdə ) Razıyam ki, kursda daha yaxşı izahlar ediləcək.  Orda instruktorlar həm çox təcrübəli məşqçilərdir , həmdə əl qol hərəkətlərindən , jestlərdən daha çox istifadə edərək izah etmə şəraitləri var. Birdəki , kursda olsanız görəcəksiniz ki,onların danışıq qabiliyyətləri necə də mükəmməldir futbol üçün. Futbolda hər zaman “ürəyimi sıxan” problemlərdən biri də məşqçilərin iki cümləni ard arda deyə bilməməsidir. Amma AFFAda məşqçi kurslarında siz bunu görməyəcəksiniz. Əlbəttə ki əgər A.K və O.R sizə təlimləri özləri keçsələr.

Bu C kursunun nəzəri hissəsinə aid olan materiallardan, ümumiyyətlə məşqçiliklə bağlı məsələlərdən kimin nə sualı olarsa, 24 saatlıq online dəstək xəttimiz, zarafat edirəm, dəstək xətti filan yoxdu =))  Elə burda yaza bilərsiniz sualınız olsa. C kursuna aid olan digər hissələrinə aid olan materiallar növbəti yazılarımda olacaq..

Növbəti yazımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir