Kondisiya ve kordinasiya

Kondisiya və Koordinasiya dozaları

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu yazımda kordinativ və kondisional keyfiyyətlərin hansı yaş qruplarında , hansı dozada verilməsinin lazım olduğunu sizlər üçün paylaşacam. Dözümlülük, güc, hərəkətlilik, sürət, top, hissiyatı, zona orientasiyası, balans, reaksiya, ritm kimi kordinativ və kondisional keyfiyyətlərin dozaları aşağıdakı şəkildə verilmişdir.

Şəkildə 3 ulduzla verilən keyfiyyətlər, uygun yaş grupunda çox, 2 ulduzla verilən keyfiyyətlər uygun yaş qrupunda orta dozada, 1 ulduzla verilən keyfiyyətlər, uyğun yaş qruplarında az, və mötərizədə verilən ulduzlar lazım gələrsə anlamını verir..

Aşağıdakı şəkillərdən görünür ki, Sürət , Top Hissiyatı, Zona Orientasiyası, Reaksiya kimi keyfiyyətlər 7-10 yaşlı uşaqlarla maximum işlənməli olan mövzulardır.. Və ya şəkildən görünür ki, Dözümlülük, Güc, Hərəkətlilik, Sürət kimi keyfiyyətlər, Cinsi yetkinliyin ikinci mərhələsində futbolçularda maximum şəkildə işlənməli olan mövzulardır..  Buyurun şəkildən baxaraq hansı keyfiyyətin hansı yaş qrupunda az, hansı yaş qrupunda çox məşq olunmalı haqqında özünüz qərar verir )

Bu mövzuda da danışacaqlarım bu qədər. Yavaş yavaş dediyim kimi, C kursunun nəzəri materiallarının sonunan çatmaq üzrəyik.  Bu mövzu da daxil olmaqla bu mövzuya gədər aydın olmayan mövzularda suallarınızı verə bilərsiniz..

Gələn yazımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir