Mesqci sehvleri

Futbolda məşqçinin edə biləcəyi səhvlər

Məşqçilər üçün Nəzəri Hissə (C məşqçilik kursları)

Günümüzdə futbolun yüksək infikaşının olmasına baxmayaraq, məşqçilər də, futbolçular da kifayət qədər səhvlər edirlər.

Bu yazımda məşqçilərin edə biləcəyi səhvlər barədə danışacam.

Məşqçilərin edə biləcəyi səhvlər iki qrupa bölünür. Detal səhvi və Əsas səhv.

Əsas səhv məşqçinin edə biləcəyi ən önəmli səhvdir ki, matçın nəticəsinə birbaşa təsir edən başlıca amildir. Bu səhvə misal olaraq deyə bilərik ki , əgər məşqçi rəqib komandanı analiz edirsə və analizin nəticəsində rəqibin taktikasını səhv başa düşürsə , oyunçularını da bu səhv başa düşdüyü taktikaya qarşı taktika düşünərək meydana buraxırsa, bu məşqçi tərəfindən edilən ƏSAS səhv hesab edilir. Belə səhvlər təcrübəli və savadlı məşqçilərdə çox nadir hallarda rast gəlinir. Demək olar ki , top səviyyəli klublarda çalışan məşqçilərdən heç kim belə səhvlər etmirlər. Amma məşqçi də bir insandır və səhv etməsi normal haldır. Hələ cavan və təcrübəsi az məşqçilərdən söhbət gedirsə, bu adi bir haldır.

Bundan başqa bir də var ki Detal səhvi. Məşqçi Detal səhvi də edə bilərki , bu o qədər böyük səhv hesab edilmir. Əgər bir məşqçi rəqibi analiz edib, taktikasını anlayıbsa, oyunçuları da individual analiz edərkən meydanda hansı işin kimin görəcəyi anlamalıdır. Yox əgər hansısa bir oyunçunun duruşunu səhv analiz edərsə, bu artıq detal səhvi hesab edilir. Ümumiyyətlə yalnız bir oyunçunun yalnış analizi deyil , bu tip xırda yalnışlıqlar məşqçinin etdiyi detal səhvi hesab edilir. Bu tip səhvlər də gənc məşqçilərdə çox rastlanan bir hal olsa da, top səviyyəli klubların məşqçiləri tərəfindən az-az edilən bir səhvdir.

Növbəti yazıda görüşərik =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir