Məşqçi=müəllim

Məşqçi = Müəllim

Nəzəri Hissə (C məşqçilik kursları)

Futbol məşqçisi həmdə bir müəllimdir. Oyunçulardan hələ görməmişəm ki, kimsə müraciət edərkən “məşqçi” deyərək müraciət etsin. Futbolçular üçün müəllim olan bir şəxsdə isə , aşağıdakı keyfiyyətlərin olması mütləqdir. Siz futbolçularınız tərəfindən müəllim adlandırılırsızsa , bu agır adın altında qalmamalı , onu qaldırmağı bacarmalısınız yəni. Bunun üçün sizdə olmalı olan 4 keyfiyyətdən, 4 detaldan danışacam bu yazımda. Hazırsınızsa başlayaq )

1) Empatiya (özünü qarşısındakın yerinə qoymaq) –
Futbol məşqçisində mütləq empatiya keyfiyyəti olmalıdır. Bu xüsusiyyət özünü qarşındakının yerinə goymaq bacarığıdır. Siz əgər məşqçisinizsə, gərək özünüzü oyunçunuzun yerinə qoya biləsiniz. Onunla davranış zamanı, tapşırıqlarınız zamanı diqqətli davranasınız. Çünki o da gələcəkdə bir şəxsiyyət olacaq kəsdir. Oyunçularınıza elə davranmalısınız ki , həmin cür davranışla özünüzə davranılacağı halda normal qarşılayasınız.

2) Səbr – İşini sevən , uşaqlarla işləyən futbol məşqçisinin düşünürəm ki infakt ehtimalı çoxdur. Hətta deyə bilərəm ki C kategoriyası ilə məncə uşaqlarla işləməyə icazə verilməməlidir. İşləmisinizsə bilirsiniz ki , böyük futbolçularla işləmək daha rahatdır uşaqlara baxan. Bu mənim şəxsi fikrimdir əlbəttə ki , ancaq A və ya PRO kategoriyalı məşqçilər məncə uşaqlarla işləsə daha yaxşı olar. Ən azından uşaqların ilkin futbol biliklərini normal şəkildə aşılanar. Bunu bir qırağa qoyaq, keçək məşqçidə səbr məsələsinə. Səbriniz yoxdursa , bu işi görməsəniz daha yaxşıdır. Gərək ki məşqdə o qədər səbrli olasınız ki , dəfələrlə izah edə biləsiniz, dəfələrlə birşeyləri göstərə biləsiniz. Çünki uşaqların hamısı Messinin, Ronaldonun uşaqlığı deyil, onlar təkrar təkrar izahlara , təkrar təkrar göstərişlərin verilməsinə ehtiyacdırlar. Xırdalıqlar var ki , bunları ancaq işləyərək görəcəksiniz. İşlədikdə səbrin nə qədər önəmli bir xüsusiyyət oldugunu görəcəksiniz.. Bu yazıda qısa kankret izah verərək mən sizə səbrin nə dərəcə ciddi bir məqam oldugunu çətin ki tam formada izah edə bilim. Məşqçi əgər dəfələrlə izah etdikdən sonra oyunçusu anlamırsa, qışqırmamalı, səbrini cilovlamalı, yenidən başlamalı, harda səhv etdiyini düşünüb, düzəldərək yenidən izah etməlidir. Bu məşqçinin və müəllim deyilən hər kəsin sahib olmalı oldugu bir keyfiyyətdir.

3) Tələbkarlıq – Əgər bir məşqçi , tələbkar deyilsə, heç bir nəticə əldə edə bilməz. Əlbəttə ki uşaq futbolunda nəticə, futbolçu yetişdirmək hesab edilir. Siz düşünməlisiniz ki , bu gün məşqi verib ötmək olmaz. Məşqdə çünki tələbkar olmasanız, əksər futbolçular ciddi yanaşmadan , “məşqi yola verəcək” və çıxıb evlərinə gedəcəklər. Onlar uşaqdırlar. Futbolu dərk etmirlər və gələcəklərini düşünmürlər. Düşünsələr də dərk etmirlər. Gərək ki siz onların üzərində ciddi nəzarət edəsiniz ki, həm təlim tərbiyə məsələlərində, həm futbol biliklərinə, bacarıqlarına yiyələnməkdə əsil müəllimlərinə çevriləsiniz.

4) Oyunçuları öz səviyyənə qaldır (oyunçuların səviyyəsinə qalxmaq) – Günün sonunda hansı mövzuda məşq keçmisinizsə, futbolçularda günün əvvəli ilə müqayisədəki fərqi hiss eləməlisiniz. Əgər 1×1 hücum davranışı məşqi keçmisinizsə, məşqin sonunda uşaqlar bu mövzuda əvvəlki bacarıqlarından daha çox ustalığa malik olmalıdırlar məsələn..

Bu mövzuda izah edəcəklərim bu qədərdir.. Suallarınız olarsa yaza bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir