Məşqçinin bacarıqları

Məşqçinin bacarıqları

Nəzəri Hissə (C məşqçilik kursları)

Əvvəlki yazımızda məşqçinin vəzifələri barədə danışmışdım sizlərə. Bu dəfəki yazımda sizə məşqçinin bacarıqları haqqında danışacam ki bu bacarıqlar bir futbol məşqçisinin özünü sübut etməsində böyük rol oynayır. Bu bacarıqların məşqçidə cəmləşməsi, onun yüksək səviyyəli bir məşqçi kimi inkişafında xüsusi rol oynamaqdadır düşünürəm ki.

Əvvəlcədən qeyd edim ki, əgər hədəfiniz dünya səviyyəli bir futbol məşqçisi olmaqdırsa, bu bacarıqların hər birinə sahib olmaq lazımdır. Əgər hər hansısa biri yoxdursa bu o demək deyil ki siz dünya səviyyəli məşqçi olmaq şansınızı itirdiniz. Amma gələcəkdə sizin üçün ən azından çətinliklər yaradacaq və digər məşqçilərdən ən azı hansısa bir bacarıqda geridə qalacaqsınız.

Gələk əsas məsələyə.. Dediyim bu bacarıqlar hansılardır ? 

  1. İxtisas bacarığı
  2. Metodika bacarığı
  3. Danışıq bacarığı
  4. Rəhbərlik bacarığı
  5. Sosial bacarıq
  6. Media ilə davranış bacarığı
  7. Şəbəkə bacarığı
  8. Mən bacarığı

İxtisas bacarığı dedikdə nə başa düşdünüz ? Ola bilər ki bu sözü dedikdə beyninizdə heç bir fikir yaranmasın. Hər bir məşqçinin qeyd etdiyim 8 vacib olan bacarığından biri də ixtisas bacarığıdır ki,  bu bacarıq da məşqçinin inkişafı üçün vacib olan faktordur. Bir məşqçinin meydanda və meydandan kənarda baş verən hadisələri anlamaq üçün fundamental, spesifik və səlis ixtisas bacarığı olmalıdır..

Metodika bacarığı futbolçularını yetişdirmək üçün məşqçinin mütləq bu bacarıgı olmalıdır. Məsələn bir məşqçinin danışıq və ya şəbəkə bacarığı olmasa , bəlkədə olmadan yola vermək olar.. Amma metodika bacarıgı olmasa, mümkün deyil ki o şəxs yaxşı məşqçi olsun. Metodika dedikdə ümumiyyətlə hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur..  Məşqçinin metodika bacarığı isə bu hazır qaydaları, alqoritmləri , prosedurları bilməsidir.. Metodika bacarığı hər bir mövzuda məşqçinin kankret verəcəyi təlimatları, göstərişləri özündə cəmləndirir. Deyək ki , məşqində ayağın üstü ilə qapıya zərbələr mövzusunda çalışan bir məşqçi, oyunçularına “düz vur” , “bu nədi, normal udar vur daaa”, “çalış qapıya düş” deyərək durursa və o oyunçularına özü bilmədiyi üçün “dayaq ayaqın ucu qapıya baxsın”, “dayaq ayaq topun yanında dursun” , “dayaq ayaq dizdən azacıq bükülsün”  kimi göstərişləri vərə bilmirsə , o zaman bir məşqçi kimi çalışmasa daha yaxşıdır. Azərbaycan futbolunun və məşq keçdiyi uşaqların gələcəyini təhlükə altına atmasın =)  Başqa sözlə desək , bir işi doğru yerinə yetirə bilmək üçün oyunçulara metodiki göstərişlər vermək lazımdır.. Bu metodiki göstərişlər – futbolçuların necə edəcəyi halda daha yaxşı nəticələr əldə edə bilmələri məsələsini doğurur. Məsələn yəni məşqçi bilmirsə ki, hansı halda ayağın üstü ilə zərbələr daha dəqiq icra olunur, oyunçuları necə etsə daha yaxşı zərbələr alınar, onda o heç bir futbolçusuna bunu öyrədə bilməyəcək. Mən metodika bacarığını qapıya ayağın üstü zərbələr mövzusunda izah elədim. İndi siz elə biləcəksiniz ki bunu bildinsə , məşqçi olmaq olar =) Azərbaycanlıları bilirəm də mən ) Mən bir mövzuda misal gətirdim. Bura ayağın içi ilə pas mövzusu, rəqib keçmək məqsədli dribbling, zona keçmək məqsədli dribbling, 1×1 müdafiəçi davranışı və ya müdafiə davranışı , 1×1 hücum davranışı və sair və sair çoxlu çoxlu mövzuları geyd etmək olar. İndi mən birini misal gətirmişəm deyə elə bilməyin ki zərbənin metodikasın bilib məşqçi olmaq olar )

Danışıq bacarığı məşqçinin ən lazımlı bacarıqlarından biridir. Ümumilikdə götürsək təkcə məşqçiyə yox ,  hər bir sahədə master olmaq istəyən kəslərə bu bacarığın olması üstünlük yaradır. Danışıq bacarığı məşqçinin danışan zaman , nəyisə izah edən zaman, “eee..” , “ıımmmm..” , “aaa..” kimi sözcüklərdən istifadə etmədən , haqqında danışdığı məsələni axıcı və anlaşıqlı bir şəkildə izah etməsidir desək yanılmarıq. Bir məşqçi hər hansısa bir mövzunu uzun uzadı , beş saata izah edirsə, axırda da oyunçuları heçnə başa düşmür və müəllimlərindən yenidən izah etməsini xahiş edir + məşqçidə eyni cür üç saat danışır gənə heçnə başa sala bilmirsə, demək ki məşqçinin danışıq bacarığı yoxdur. Məşqçi danışan zaman həmdə səs tonuna da diqqət etməlidir. Danışıq bacarığı olan və olmayan məşqçi instruktorları əgər siz AFFA-nın təşkil etdiyi C kursunda iştirak etsəniz görəcəksəniz. Kursda dörd nəfər  instruktor var və siz onları danışıq bacarığı yaxşı olan və danışıq bacarığı yaxşı olmayan olaraq iki qrupa bölə bilərsiniz =)

Rəhbərlik bacarığı məşqçinin önəm kəsb edən və çox lazım olan bacarıqlarından biridir. Oyunçulara  nəzarət və rəhbərlik edilməsinin nə olduğunu yəgin ki hər birimiz anlayırıq. Bunu da sizə rahat olması üçün gəlin belə izah edim. Məsələn komanda səfər oyunlarına gedən zaman oyunçulara rəhbərlik etmək , onlar üçün təkcə məşqçi yox , həmdə bir bələdçi kimi olmaq , məşqçinin rəhbərlik bacarığının inikasıdır. 

Sosial bacarıq məşqçinin daha çox futbolçuları ilə , sonra isə komandaya aid olan və olmayan hər kəslə münasibətindən bəhs edən bir bacarıqdır. Hamımız bilirik ki, normal adamlar necə münasibət yaradırlar və necə davranışlar edirlər. Sosial bacarıq dünya görüşdən , təhsildən doğulan və yaranan birşeydir əslində. Sosial bacarığını belə izah etsəm düşünürəm ki doğru olar. Əgər məşqçi ətrafındakı əksər şəxslərlə, futbolçularla, klubun digər işçiləri ilə və ya başqa sözlə desək hər kəslə maximum çalışır ki “yola getsin” , onda həmin məşqçinin sosial bacarığı kifayət qədər yaxşıdır demək olar =) Bilmirəm nə dərəcədə anlayışlı yazıram ) Ümid edirəm yeni başlamaq istəyən bir kəsi bura qədər anlatdıqlarım qorxuya salmaz)

Media ilə davranış bacarığı özü əslində iki hissədən ibarətdir. Media ilə davranış dedikdə hər birimizin aglına jurnalist , müxbirlərlə davranış bacarığı gəlir. Hər bir məşqçi media ilə davranışı bacarmalıdır.Məşqçi müsahibələrində, jurnalistlərin suallarını cavablayarkən elə sözlər seçərək danışmalıdır ki, jurnalistlər onun sözlərini özünə qarşı, komandasına və oyunçularına qarşı istifadə edə bilməsin. Uşaq futbolunda işləyən məşqçilər üçün jurnalistlər olmasa da , onlar üçün jurnalistlər qədər maraqlı suallar verən valideynlər media rolunu oynayır =) Azərbaycanda media ilə davranış dedikdə , bunu ən yaxşı bacaranlardan biri kimi  hamınızın tanıdığı Qurban Qurbanov yada düşür. Adam hər matçdan sonra , nəticə nə olsa da altı üstü bu tipdə bir müsahibə verir: “Hər iki komanda oyuna ciddi şəkildə hazırlaşmışdı. Hər iki komandanın oyun zamanı təhlükəli vəziyətləri oldu. Oyunçularımı və Qarabağ azarkeşlərini təbrik edirəm (Uduzublarsa rəqibi təbrik edirəm deyir). Düşünürəm ki rəqib kifayət qədər yaxşı bir kollektivdən ibarətdir. Onlara gələcək oyunlarında uğurlar və bizdə öz növbəti oyunumuz barədə düşünürük”. Əlbəttə ki bu Qurban müəllimin müsahibəsi deyil, bunu mən zarafatla yazdım. Amma yuxarıda Qurban müəllimin adından yarı zarafat yarı gerçək geyd etdiyim müsahibə ki var, demək olar ki ən təhlükəsiz müsahibələ tiplərindən biridir =) 


Media ilə davranış dedikdə ikinci bir mənada isə , müasir media vasitələri ilə bir məşqçinin “arası yaxşı olmalıdır” anlamı ortaya çıxır. Daha aydın desək, bir məşqçi proyektorla , komputer programları (tactical pad , powerpoint , soccercoach və s.) ilə işləməyi bacarmalı, internetdən sərbəst istifadə edə bilməlidir. Əgər siz bu yazını oxuyursunuz və məşqçi olmaq istəyirsinizsə, sizin bu bacarığınıza bidənə + qoyuram keçin növbətiyə =)

Şəbəkə bacarığı məşqçinin əlaqələrindən söz açan bir bacarıqdır. Bir futbol məşqçinin nə qədər çox fərqli sahələrdə dostu-tanışı olarsa o qədər yaxşı bir haldır əslində. Nə gədər çox başqa məşqçilər ilə münasibəti olarsa , bu məşqçi üçün müsbət bir haldır. Komandanın hazırlıq mərhələlərində yoldaşlıq görüşlərinin təşkilində bu bacarıq işinizi daha da asanlaşdıracaq.

Mən bacarığı haqqında ümumiyyətlə istəmirəm çox danışam. Sadəcə onu geyd edim ki bu bacarığı olan məşqçilər özlərinə həgigətən də hörmət edən məşqçilərdir..

Yuxarıda məşqçiyə lazım olan, məşqçi olmaq üçün gərəkli olan bacarıqlar haqqında sizin üçün danışdım. Düşünürəm ki uzun bir yazı oldu düzü.. Amma AFFA-da C kategoriyalı məşqçi kursunda olanda özünüz də görəcəksiniz, bütün bu bacarıqlar sizə təxminən 1 saat ərzində danışılacaq. Əgər kursda olmusunuzsa artıq görmüsünüz deməkdir. Bu mövzuda yəgin ki anlaşılmayan bir şey qalmadı. Məncə artıqlaması ilə yazmışam. Yox əgər sizinçün qaranlıq qalan hər hansı bir məsələ varsa, şərh olaraq geyd edə bilərsiniz. Ən qısa zamanda cavablayaram..

Gələn yazımda sizə “Futbolda əsas məqsəd”-dən , “Müasir futbolda müdafiə”-dən və “Futbolda fazalar”dan danışacam. Əgər maraqlıdırsa , blogu izləməyə davam edin ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir