Kondisiya piramidası

Nəzəri Hissə (B məşqçilik kursları)

Hətta C kursu matariallarını izah etdiyim vaxt, kondisiyadan danışmışdım. Yadınıza salmaq üçün istəsəniz Futbolda kondisiya mövzusunu yenidən oxuya bilərsiniz. Bu yazımda isə kondisiyanın bir az daha geniş anlamda izahına yer verəcəm. Ki B kursunda da belədir.  Əvvəlcə bu yazının başlıca mövzusu olan , kondisiya piramidasına nəzər salaq.


Kondisiya piramidası yuxarıdakı şəkildə gördüyünüz kimidir. Şəkildən də göründüyü kimi bunlar aşaqıdan yuxarıya doğru ensizliyin azalması ilə fərqlənir. Piramidada ən aşağı qatda, “aerob ümumi dözümlülük” yer almaqdadır. Sadə dildə desək, fundament olaraq “aerob ümumi dözümlülük” göstərilib. Əgər oyunçularınızda “güc dözümlülüyü” işləmək istəyirsinizsə, əvvəlcə “aerob ümumi dözümlülük” məşq etdirilməlidir. Beləcə hər yuxarı qat üçün altdakılar olmalıdır. Piramidaya nəzər salsaq görərik ki Sürət ən yuxarıda yer almaqdadır. Əgər siz sürət məşqi etmək istəyirsinizsə, daha öncə oyunçularınız “aerob ümumi dözümlülük” , “güc dözümlülüyü” , “sürət dözümlülüyü”, “partlayıcı güc” məşqlərini ardıcıllıqla etməli, sonra “sürət” üzərində işləməlisiniz.

Piramidadan da gördüyünüz kimi , həmdə adları sadalanan kondisiya detallarının məşq üsulları yanlarında qeyd edilib. Yəni aerob ümumi dözümlülüyü məşq etdirəcəksinizsə, bu uzunmüddətli məşq metodu ilə olmalıdır. “Güc dözümlülüyü” də həmçinin başlanğıc mərhələlərdə “uzunmüddətli məşq metodu” ilə işlənib, sonra isə interval metodu ilə məşq edilə bilər. İnterval metodunda da yuxarıda da qeyd edildiyi kimi, extensiv və intensiv olmaqla iki qol vardır. Sürət dözümlülüyü də həmçinin interval metodu ilə məşq etdirilir. “Sürət” və “Partlayıcı güc” isə, təkrar metodu ilə məşq etdirilməlidir.

Bu yazımda danışacaqlarım bu qədər. Əlavə sualları olan buyura bilər. Gələn yazılarda görüşənədək =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir