Sabit qaçış yükləmələri

Sabit qaçış yüklənmələri

Məşqçilər üçün Nəzəri Hissə (B məşqçilik kursları)

Uzun müddətdir blogda yazılar yerləşdirmirəm, postlar yazmıram sizin üçün. Yenidən bu yazımda görüşmək qismət oldu, uzun müddətdən sonra sizinlə. Sizə bu yazıda Sabit qaçış yüklənmələri haqqında qısa bir şeylər təqdim edəcəm. Qaçış yüklənmələri dedikdə ağıllarda hər halda yekə bir sual işarəsi yaranmır. Altı üstü bunun nə olması haqqında azacıq fikirlər formalaşır. Qaçış yüklənməsi adından da bildiyindiyi kimi, futbolçuların qaçaraq yüklənməsini xarakterizə edir.

Bir futbol matçı oynanırsa, futbolçuların yüklənməsindən daha real heçnə ola bilməz məncə. Ona görədə bu yazıda biraz qaçış yüklənmələrinə yer verməyi düşündüm. Həmdə UEFA B kateqoriyalı məşqçi kurslarında bu mövzuya instruktorlar da informasiya vermək üçün , qısaca da olsa müraciət edirlər.

Günümüzdəki futbol daha kombinasiyalı, daha “ağıllı”dır. Bu da futbolçuların qaçış yüklənmələrində fərq yaradıb. Bu fərq keçmişdəki illərlə müqayisə edərkən , həqiqətən kifayət qədər gözəçarpıcıdır.

1956-1960-cı illər arası statistikaya baxsaq, görərik ki futbolçuların orta statistik qaçışları hardasa 4 km civarında olurdu.

Ancaq “Futbolçular nə qədər qədər qaçır” sualını 2010-cu ildə verərkən baxdıq ki , rəqəmlər dəyişə dəyişə gəlib 11-14 km arası bir nəticəyə çatıb. Ancaq araşdırmaçılar 2014də bu nəticələri izləyərkən, gördülər ki rəqəmlər yenidən dəyişib və orta statistik qaçış 8-11 km olaraq dəyişməyə başlayıb.

Rəqəmlərdən də gördüyümüz kimi, keçmişdə futbolçular daha az qaçırdı, o vaxtki futbol elə “vur qabağa” futbolu idi desək də yalnış olar, kambinasiya, ağıl futbolu da desək yalnış olar. Bu rəqəmlərin keçmişdə az olması tam olaraq birə bir oynamaların oldugu bir futbol olduğundandır desək də yalnış olar. Yəni bu rəqəmlərin keçmişdə 4 km olmasında sadaladığım və sadalamadığım kifayət qədər təsir edən amillər var. Bunlar haqqında danışmayacam bu gün çoxda.

Bilirik ki bir professional futbolçu ilə həvəskar futbolçu oynadığı matçda altı üstü eyni qədər qaçırlar. Yəni peşəkar oyunçular nə qədər qaçırsa, həvəskarlar da təxminən o qədər qaçır.

Və bunu da qeyd edim ki, saatda 15km-dən daha çox qaçış sürəti keçmişdə 5-10% olardısa, müasir futbolda bu faiz göstəricisi hardasa 32-38% arasında dəyişməkdədir. Bu da futboldakı keyfiyyətin dəqiqlik və sürət olmasını yaratmaqdadır.

Bu yazımda biraz statistik, biraz rəqəmlər üzərindən sizə informasiya verdim. Əslində elə də önəmli bir mövzu deyil düşünürəm ki bu. Əslində önəmli olan hissələri var ancaq bu yazıda mən sizə onu tam olaraq çatdırmadım. Gələn mövzulardan birində bu mövzunun çox önəmli hissələri haqqında da danışacam. Ancaq informasiya olaraq qəbul edəsiz deyə bu yazını yazdım. Həmdə blogumdakı uzun sürən durgunluqdan sonra geri dönüş etmək istədim )

Sizi çoxda yormadan, növbəti yazılarımda görüşmək ümidi ilə deyirəm. Maraqlı olanlar üçün qeyd edimki, növbəti yazılarda “Reallığı məşq etdirmək” , “Kondisiya modeli”, “Kondisiya piramidası”, “Superkompensasiya modeli”, “Futbolçuların bərpa müddətləri” və sair çox önəmli bir neçə mövzu haqqında danışacam. Bu növbəti yazı dediklərimin isə bir neçəsi il bitməmiş, bir neçəsi isə növbəti ilin ilk aylarında saytda olacaq.

Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir