B kateqoriyalı məşqçilik kursları

UEFA B kateqoriyalı məşqçi kursuna giriş

B məşqçilər kursları (Ümumi) Nəzəri Hissə (B məşqçilik kursları)

Bu gün B kursundan nəzəri hissəyə başlamazdan öncə istərdim ki, bir neçə mövzuya C kursundan diqqət edək, yadımıza salaq. B-nin gedişində lazım olacaq. Elə ilk diqqət etməli oldugumuz mövzu, MƏŞQÇİNİN VƏZİFƏLƏRİ mövzusudur. Yadınızdadırsa 3 əsas vəzifə vardır və bunları təkrarlamaq üçün , yuxarıdakı mavi linkə keçid edərək oxuya bilərsiniz.. Bu barədə bu yazımda yenidən danışmaq istəmirəm, çünki mövzunu əvvəllər izah etmişəm. Yadınıza salmaq üçün keçid edərək özünüz oxuya bilərsiniz.. Bundan başqa bir neçə də əlavə mövzu vardır ki, B kursuna başlamazdan öncə, C kursundan yadımıza salmamız gərəklidir.

Sonra təkrar edəcəyimiz mövzumuz, MƏŞQÇİNİN BACARIQLARI mövzusudur ki, bu mövzuya da diqqət etmənizi, təkrarlamanızı məsləhət görürəm. Özünüz də şahidi olacaqsınız ki, B kategoriya məşqçi kurslarının gedişində C kursundan kifayət gədər çox mövzulara müraciət edəcəyik..

Bilirik ki futbolda əsas məqsəd, Verilən vaxt ərzində müdafiəni yaddan çıxarmamaq şərtilə mümkün qədər çox qol vurmaqdır. Bu cümləni də bu yazımdaca bir yadınıza salım, birdə hansısa linkə keçib uzun uzadı təkrar oxumanıza ehtiyac qalmasın.. Bu təkrarlardan sonra , yaxşı olar ki Futbolda Fazalarmövzusunda olan, keçid , hücum və müdafiə fazaları haqqında bir daha təkrar olaraq oxuyasınız. Yadınıza salmanız B-nin gedişində önəm daşıyacaq yenə deyirəm..

Sonra isə C kursundan təkrar etməli oldugumuz mövzu, Futbolda təzyiqlər mövzusudur. Yadınızda olar məncə, futbolda rəqib, zona. vaxt və psixoloji təzyiqlər olur. Bunlar haqqında da ətraflı məlumat almaq üçün , göy rəngli olan Futbolda təzyiqlər sözünün üzərinə tıklaya bilərsiniz..

Bunları biraz təkrar etdikdən sonra isə Futbolçunun bacarıqları mövzusunu da təkraredin. Və bacarıqlarda bir
daha görəcəksiniz ki, futbolçunun bacarıqlarından biri də taktika bacarığıdır. Taktika isə bildiyiniz kimi qərarlardan doğulan bir məsələdir. Beyinlə əlaqəli olan bir mövzudur. B kursunda daha çox taktikadan danışacağımız üçün, Taktiki davranış mövzusunu da mütləq yenidən nəzər edin.. Kondisiyanın 5 tərkib hissəsi  və Sürəti inkişaf etdirmənin 4 yolu mövzularına da diqqət etmək lazımdır.. Bundan sonra son olaraq da , Futbolda analiz mövzusunu açın və bir daha yenidən oxuyun. Ondan sonra rahatlıqla, B kursunun mövzularına başlamaq üçün, özünüzü qismən də olsa nəzəri baxımdan hazır saya bilərsiniz.

Bu yuxarıda adları çəkilən mövzular, əgər siz B kursunda iştirak etsəniz, Nəzəri hissə materialları içində sizə yenidən, təkraran keçiriləcək. İzah ediləcəkdir. O səbəbdən də mən belə bir yazı yazaraq sizin diqqətinizə, çox önəmli məqamları yenidən çatdırmaq istədim. İndi isə, siz təkrarlarınızı edin. Mən qısa müddət ərzində B kursu haqqında digər materialları paylaşacam.

Növbəti yazımda görüşərik. Hələlik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir