Sürəti inkişaf etdirmənin yolları

Sürəti inkişaf etdirməyin yolları

Nəzəri Hissə (C məşqçilik kursları)

Sürət futbol üçün ən önəmli xususiyyətlərdən biridir. Boşuna deyil ki , sürətli futbolçular digər futbolçulardan daha ugurlu olurlar əksər hallarda.

Bu yazımda sürəti inkişaf etdirməyin yollarından danışacam.

Əvvəla onu geyd edim ki, sürət məşqinə mümkün qədər erkən yaşlarından başlamaq lazımdır. 

İndi isə məşqlərdə neynəsək , sürəti inkişaf etdirmək yolunda doğru çalışmış olarıq mövzusuna başlayaq. Sürəti inkişaf etdirmənin dörd yolunu bu yazımda sizlərə izah edəcəm. Ümumiyyətlə qaçış sürəti elə bir xüsusiyyətdir ki , nə qədər artırsan da , oyunçularda fövgəladə şəkildə inkişaf görmək bu mövzuda çox çətindir. Genetik olaraq olan bir keyfiyyətdir bu. Amma müəyyən məşqlərlə az da olsa futbolçuların bu xüsusiyyətində progress yaratmaq mümkündür.

Sürəti inkişaf etdirmənin dörd yolu !

1) Kondisiya və düzgün qaçış texnikası – Məşqlər zamanı oyunçuların düzgün qaçış texnikası ilə qaçıb qaçmamaqlarına nəzarət eləmək, onları düzgün qaçış texnikasına istiqamətləndirmək lazımdır. Qaçan zaman əllərin hərəkəti, pəncələr , bədən , baş necə olmalıdırsa , bu barədə oyunçuları bilgiləndirmək,sonra isə doğru olanı tələb etmək lazımdır. Bu qaçış texnikasının metodikasına aid olan bir hissədir əslində. Planda var , bu mövzuda da metodiki göstərişləri sizinlə paylaşacam növbəti yazılarımdan birində. Sözüm bu deyildi əslində , demək istədiyim nədir..? Dəfələrlə görmüşəm ki məşqçilər sadəcə “düzgün qaç” deyirlər. Oyunçuya da baxırsan ki, qaçmır , kankret olaraq “çabalayır” yazıq uşaq. Burada məşqçinin üzərinə böyük günah düşür. Kiçik yaşlarda futbolçuya qaçış texnikasının metodikasını , ən xırda detallara qədər izah eləmək lazımdır. Sonra da tələb eləmək..  Yoxsa futbolçularınızın gələcək karyeralarını təhlükə altına altmış olarsınız. Məşqlərinizdə futbolçuların düzgün qaçış texnikası ilə qaçmaları üçün diqqətli olun.

2) Spesifik oyunlar (kiçik qruplarda, xüsusi tapşırıqlarla) – Məşqlər zamanı xüsusi oyunlarla ,sürət məşqini verin. Bu oyunlar oyunçuların əylənmələri və həm də daha ciddi çalışmaları üçün yaxşıdır. Məşqlərinizdə çalışın ki , kiçik qruplar yaradın. Və o qruplar arasında yarış təşkil edin. Məsələn 5 qırmızı , 5 yaşıl , 5 sarı nakitka götürün və 3 dənə 5 nəfərdən ibarət komanda yaradın. Sürət məşqini belə kiçik qrupların yarışmaları ilə , xüsusi tapşırıqları yerinə yetirmələri ilə verin. Blogu davamlı izləsəniz növbəti yazılarımda belə məşq nümunələri də paylaşacam. 

3) Startlar / Sprintlər (reaksiya optik siqnallarla) – Startlar sizin bildiyiniz “rvoklardır”. Məşqlərinizdə startların olması üçün tapşırıqlar düşünün. Oyunçularınızı sprintlər zaman 100-metrlik məsafələri qaçırmayın. Oyunda heç bir oyunçunun əmin olun ki, 100 metr dayanmadan maximum sürətlə qaçmalı şəraitə düşməyəcək. Oyunda maximum 25-30 metr olur ki , futbolçu maximum sürətlə qaçsın. Düzdü az az hallarda daha çox ola bilir. Amma əksər halları deyiriksə yaxşı olar ki maximum maximum 30 metrlik məsafə olsun. Bundan başqa sürət məşqlərində oyunçular hərəkətə optik signallarla başlasalar daha yaxşı olar. Bu nə deməkdir. Oyun zamanı futbolçular ancaq gördükləri şeyə reaksiya verirlər. Məşqdə də yaxşı olar ki optik siqnallar olsun, oyunçular hansısa dəyişikliyi görsün və sonra hərəkətə keçsinlər. Məsələn hər hansı iki kiçik qrup ilə məşq edirsiniz. Deyək ki qruplardan biri qırmızı, digər sarı rəngdə nakitka geyiniblər. Siz də bir əlinizdə sarı , bir əlinizdə isə qırmızı nakitka saxlayın. Hansını yuxarı qaldırsanız , o rəngli komanda hərəkəti icra eləsin. Ya da ikisini də yuxarıda saxlayın, hansını aşagı salsanız o rəngli komanda hərəkəti icra etsin. Və ya yuxarı qaldırdıgınız hərəkəti icra etməsin , qalxmayan rəng icra etsin. Bu optik siqnallardır. 

4) Güc məşqi (Uşaq futbolunda məsləhət deyil) – Nəzərə alsaq ki siz , C kategoriya ilə 14 yaşlılara qədər işləyə bilərsiniz və güc məşqinin də uşaqlara verilməsi məsləhət deyil , o zaman bu haqqda digər kategoriya kurslarında danışaram yeri düşdükcə. Amma bir xırdaca geyd edim ki , “qaçış sürəti , güc və addım tezliyindən asılıdır..”

Bu mövzuya aid qaranlıq qalan hissələri soruşa bilərsiniz.. Növbəti yazımda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir