Qızıl dövrdə nələri inkişaf etdirməli

Qızıl dövrdə nələri inkişaf etdirməli ?!

Nəzəri Hissə (C məşqçilik kursları)

İnkişaf mərhələlərindən danışdıq. Kifayət qədər məlumata sahib oldunuz ümid edirəm ki. İndi isə inkişaf mərhələlərində də qeyd etdiyim kimi, Öyrənmənin qızıl dövründə verməli olduğumuz məşqlərdən danışacam. Bu dövr əvvəlki yazımda demişdim, bir daha yadımıza salaq, cinsi yetkinlikdən əvvəlki 2-3 ili və cinsi yetkinliyin ilk 2 ilini əhatə edir. Yaşla desək hardasa 11-14 yaş arası kimi nəzərdə tutmaq olar. Bəs bu öyrənmənin qızıl dövründə, uşaqlara hansı məşqlər verilməli və onlarda daha çox hansı keyfiyyətin inkişafına üstünlük vermək lazımdır..? Nəzərə alsaq ki C kategoriyasına sahib olduqdan sonra, siz maximum bu yaşlarla işləyə biləcəksiniz, onda bu mövzu sizin üçün faydalı məlumatlardan təşkil olunmuş bir yazı olacaq.

Bu yazımda danışacaqlarım , aşağıdakılardır.

Futbolçularda “öyrənmənin qızıl dövrü”ndə daha yaxşı olar ki , aşağıdakı keyfiyyətlərin inkişafına üstünlük verək..

1) Fantaziya 
2) Texnika
3) Koordinasiya
4) Sürət

FANTAZİYA
Məşqlərdə oyunçularınızda bu keyfiyyəti inkişaf etdirmək üçün , biraz boşluq, sərbəstlik verərək Fantaziyalarının inkişafına yardımçı ola bilərsiniz. Məsələn məşqin sonunda futbol vermisiniz deyək ki. Sizin taktikanıza görə , cinahda oynayan müdafiəçi hücuma çıxarsa, sadəcə rəqib cərimə meydançasına ötürmə etməlidir. Məşqlərdə , cinah müdafiəçisini məcbur etməyin ki, elə ancaq hava ötürməsi etsin. Ona biraz sərbəstlik verin, əgər hava ötürməsi etmirsə və dribblinglə bir iki rəqibi keçib cərimə meydançasına yerlə pas verirsə, buna görə futbolçunuza qışqırmayın, əsəbləşməyin. Futbolçunun nələrisə “kəşf” etməsinə yardımçı olun. Oyunçuların özləri , hansının daha düz oldugunu , təkrar təkrar səhvlər edərək başa düşəcəklər. Bu da futbolçularınızda fantaziyanı inkişaf etdirəcək.. 

TEXNİKA
Əvvəlki yazımlarından birində texnika nədirsə demişdim. Topla edilən bütün hərəkətlər texnika sayılır. Məşqlərdə uşaqların texnikalarının inkişaf etməsi üçün tapşırıqlar düşünün, oyunlar düşünün. Elə məşqlər verin ki, texnikalarının inkişafına səbəb olsun. Bu dövrdəki uşaqlar (öyrənmənin qızıl dövründəki) topla nə qədər çox davransalar bir o qədər yaxşıdır. Və onların da topla çox davranmaları , texnikalarının inkişafında müsbət tərəfdən özünü göstərəcək..

KOORDİNASİYA
Kordinativ keyfiyyətlərin nələrdən ibarət oldugu da əvvəlki yazılarımdan birində var. Oxumusunuzsa yəgin ki yadınızda olar. Öyrənmənin qızıl dövründə olan uşaqlara , koordinasiya məşqləri çox faydalıdır. Gələcək karyeralarında uğurlu olmaları üçün, futbolçularınıza kordinasiya məşqləri verin. Kordinativ keyfiyyətlərin nələrdən ibarət olduğunu bir daha diqqətinizə çatdırım: Top hissiyatı, zonada orientasiya, balans, ritm və reaksiya kimi keyfiyyətlər koordinasiyanı təşkil edir. Məşq planı düşünərkən nəzərə alın ki, qızıl dövrünü keçirən oyunçularla işləyən zaman koordinasiya məşqləri işləməniz çox önəmlidir. 

SÜRƏT
Yadınızdırsa demişdim ki, sürətin futbolçularda inkişafı bir o qədər asan deyil. Söhbət qaçış sürətindən gedirdi. Yəni qaçış sürəti başqa sözlə desək, irsi olan bir keyfiyyətdir. Ancaq öyrənmənin qızıl dövrünü keçirən uşaqlarda, bu sürəti inkişaf etdirmək olar. Bu yaşda inkişaf etdirdinsə etdirdin deməkdir. Sonraki yaşlarda qaçış sürətinin inkişafı  daha çətin olacaq. Ancaq sürət dedikdə təkcə qaçış sürəti deyil, sürətin digər növləri də nəzərdə tutulur ki , öyrənmənin  qızıl dövründə futbolçularınızda sürətin bütün növlərini inkişaf etdirmək məqsədəuygun və daha vacibdir. Sürətin digər növləri haqqında məlumatı olmayanlar, Nəzəri Hissə (C) bölməsindən sürət mövzusunda olan yazımı tapıb oxuya bilərlər..

Bu yazımda sizlərlə bölüşəcəklərim bunlardan ibarətdir. Məlumat üçün deyim ki, AFFA C kategoriyalı məşqçi kursunun nəzəri hissəsinin son mövzularını izah edirəm bu yazımlarımda. C kursunun nəzəri hissəsinə aid olan materiallar bitmək üzrədir.

Sualı olanlar soruşa bilərlər. Növbəti yazımda görüşərik =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir