Futbolda taktiki davranış

Futbolda taktiki davranışlar

Nəzəri Hissə (C məşqçilik kursları)

Futbol oyunu zamanı qələbəyə aparan yollardan biri də düzgün taktiki davranış seçimidir. Taktiki davranış isə , bu yazımda öyrənəcəyik ki, 3 cür ola bilir.

1) Fərdi taktiki davranış
2) Qrup şəklində taktiki davranış
3) Komanda şəklində taktiki davranış
Bunlar aşağıdakılardır. Yazının ardında bu haqqda ətraflı məlumat əldə edə bilərsiniz..

Yazının əvvəlində də geyd etdiyim kimi taktiki davranışlar üç cür olur və bunların birincisi də “Fərdi taktiki davranışdır”. Elə bu haqqda danışmaqa başlayaq. Fərdi taktiki davranış dedikdə adından da göründüyü kimi bir adamın etdiyi taktiki gedişlərdən söhbət gedir bu bölümdə. Yəni bir futbolçunun etdiyi davranışlar, fərdi hesab edilir. Bu taktiki davranışa misal olaraq , 1×1 müdafiədə futbolçunun etdiyi taktiki davranışları, 1×1 hücum zamanı futbolçunun etdiyi taktiki davranışlar göstərilə bilər. Oyun zamanı baş verən açılmalar da bu taktiki davranışa aid olan bir oyun elementidir.

İkinci taktiki davranış isə “Qrup şəklində” olunur. Bu davranış 2 nəfərdən 10 nəfərə qədər oyunçu tərəfindən icra oluna bilər. Məsələn oyun zamanı , 3 oyunçu hər hansı bir taktika seçərək hücum qururlarsa, bu qrup şəklində olan bir taktiki davranışa nümunədir. Bu 4 , 6 , 7 və hətta 10 nəfərlə də edilə bilər. Yəni komandada 10 oyunçu taktiki davranışda iştirak edirsə , bu qrup davranışıdır.  Əgər bütün komanda eyni bir taktiki davranışı edirsə 11 nəfər olaraq, bu artıq “Komanda şəklində taktiki davranış” hesab olunur. 

Bu yazıda ümumiyyətlə taktika və sistem nədir bu haqqda da qısa da olsa məlumat vermək istəyirəm. Demək olar əksər şəxslər bu taktika və sistem məsələsində qarışıqlıqla üzləşirlər. Bu iki detalı qarışdırırlar. Əvvəlcə sistemi deyim. Sistem komandanın meydandakı düzülüşüdür. Yəni komandalar meydana 4-4-2 , 4-3-3 , 4-2-3-1 , 5-3-2 və sair bu cür düzülüşlərlə çıxırlar. Qısacası oyunçular meydanda bu cür “səpələnirlər”.  Heç bir məşqçi , azarkeş , jurnalist , kosmonavt və sair peşə sahibi insan, hər hansı komandanın meydandakı düzülüşünə baxıb, onların hansı taktika ilə oynayacağını kankret olaraq bilə bilməz. Sadəcə ehtimallar verə bilər ki, oda məsələn “ola bilər ki 5-3-2 ilə meydana çıxan komanda, deyək ki top saxlamaqla məşğul olacaq” formasındadır. Amma bu da ehtimal və fərziyyədir. Ola da bilər ki 5-3-2 ilə çıxan komanda top saxlamasın , “əks hücum” oynasın. Demək istədiyim məsələnin özəyi də elə budur ki, siz taktika ilə sistemi qarışdırmayasınız.

Sistemi geyd elədik , düzülüşdür dedik. Bir neçə cümlə əvvəl dediyim “əks hücum” məsələsi isə “futbolda taktikadır”. Taktika məşqçi tərəfindən rəqib analiz edilərək seçilir. Yəni ola bilər ki 4-4-2 sistemi ilə oynayan komanda bu günki rəqibə qarşı müdafiə yönümlü bir taktika seçmiş olsun, amma gələn həftəki oyunda eyni sistemlə hücuma yönümlə bir taktika seçmiş olsun. Başqa sözlə desək , taktika rəqib üzərində qələbə qazanmaq üçün , matç ərzində ediləcək işlərin planıdır.  Taktika PLANdır ! Sistem isə düzülüşdür !

Ümid edirəm ki, bu yazımda , bu mövzuda qaranlıq qalan birşeylər olmadı. Əgər anlaşılmayan xırda bir detal olsa belə, yazaraq soruşa bilərsiniz. O biri yazıda görüşərik =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir