Atletik performansın əlamətləri

Atletik performansın əlamətləri

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazımda da daha bir AFFA-nın keçirdiyi UEFA B kursu nəzəri hissə materialından danışmaq istəyirəm. Mövzumuz Atletik performansın əlamətləri”dir. Atletik performans dedikdə nə nəzərdə tutulur və həqiqətən də atletik bir performans necə ayırd edilir. Bu haqqda danışmağı düşünəndə , ağlıma bir Cristiano Ronaldo gəlir , bir Bale gəlir, bir də ki Messi.. Belə arada qalaraq düşünürəm.. Nəysəki bunlar mövzumuzun məzmununa çox da təsir etmir.

Ümumiyyətlə növbəti yazılarımda daha ətraflı yenə deyəcəm, futbol çoxlu aksionların olduğu bir oyundur. Futbolçunun oyunda topa qalxaraq bir baş zərbə vurması, hər hansı bir “rvok”u, hər hansı birəbir mübarizəsi və sair bir çox aksionlar atletik performansı ortaya çıxaran şeylərdir ki, bunun da biz yaxşı olmasını istəyirik məşqçi olaraq. Yaxşı bəs bu yaxşı dediyimiz nədir ? Hardan bilirik ki atletik performans yaxşıdır..?

Atletik performansın əlamətləri dedikdə , bizim diqqət etməli olduqumuz aşaqıdakı bəndlər vardır. Bir-bir haqqlarında məlumat verim sizə..

KOMANDANIN MÜQAYİSƏSİ – Komandanızı hər zaman müqayisə etməniz önəmlidir. Əgər biz hər hansı rəqiblə oyuna çıxırıqsa, o rəqibi analiz etdikdən sonra, komandamızı nəzərə alaraq oyun üçün bir plan hazırlayırıq. Atletik performansın əlamətlərini üzə çıxarmaq üçün , komandanızı hər zaman ən yüksəkdə olan komandalarla müqayisə etməniz lazımdır.

OYUNÇULAR HAQQINDA FƏRDİ HESABAT – Oyunçuların fərdi olaraq nələrə qadir olduğuna, bir matçda nələr etdiyinə, və sair bir çox şeyi burada qeyd etmək olar. Fərdi hesabat, bir oyunçunun oyunda gördüyü işləri, fərdi olaraq gördüyü işləri, faydalılığını izləyərək, bir araya yığmaqdır.

MƏSAFƏ PROFİLLƏRİ – Atletik performans diqqət etməyimiz lazım olan daha bir detal da məhz budur.  Ki bir futbolçu matç ərzində “nə qədər metr qaçıb ?”. Və ya adətən nə qədər məsafə qət edir. Ola bilərki hər hansısa oyunda 6-7 km qaçıb, ancaq həmişəmi bu belə olub ? Yada bütün digər oyunlarda 10km üstündə olan bir məsafə qəthi olub, ancaq hər hansısa bir oyunda 6-7km.. Bunlara diqqət edilməlidir, atletik performansın əlamətlərindən danışdıqımız zaman..

SÜRƏT PROFİLLƏRİ – Sürət profilləri dedikdə isə futbolçunun oyunda qaçdığı sürətə nəzər salmaqımız lazımdır. Yəni oyunda neçə “rvok” edib diqqət etməliyik. Yada neçə orta sürətli qaçışlar həyata keçirib aksiona girmək üçün.

QAÇIŞ YOLLARI – Daha bir baxmamız gərəkən detal, qaçış yollarıdır ki, adətən futbolçunun meydanda hansı hissələrdə qaçdıqı nəzərdə tutulur.

GÖRÜLƏN ANAEROB İŞLƏR – Bildiyimiz kimi anaerob işlər “100 faiz intensivlik” olduğu zaman olur və “görülən anaerob işlər”ə baxırıqsa, futbolçunun yüz faiz intensivliklə etdiyi işlərə diqqət etməyimiz lazımdır.

İSTİRAHƏT FAZALARI – Oyunçunun hansı fazalarda istirahət etməsinə diqqət etməmiz lazımdır. Hücum fazasındamı daha çox istirahət edir, müdafiədəmi ? Və başqa tərəfdən də bu istirahət müddəti nə qədər olur ? Oyunda aksiona girir və ondan sonra uzun müddət sonramı başqa bir aksionda iştiraka hazır olur, yoxsa qısa müddətdə başqa bir aksion üçün də özünü hazır hiss edirmi ?

Atletik performansın əlamətlərinin təyini üçün lazım olan diqqət edilməli məqamları diqqətinizə çatdırdım. Qaranlıq qalan hissələr olarsa buyurun soruşun.

Növbəti yazılarımda görüşmək ümidi ilə. Hələlik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir