Məşqlərin hazırlanma prinsipləri

Nəzəri Hissə (B məşqçilik kursları)

UEFA B kursunda futbol təhsilinizi davam etdirirsizsə, ən azından praktiki imtahan zamanı “Məşqlərin hazırlanma prinsipləri” sizin üçün çox önəm kəsb edəcək.

Ona görə də bu mövzuda olan yazımı da sizinlə paylaşmaq istəyirəm. Məşq hazırlayarkən diqqətinizdən qaçmaması lazım olan bir neçə xırdalıqlar var ki, onlar haqqında yazacam bu yazımda sizə..

1.OYUN REALLIĞI + SİSTEM – Məşqlərinizi hazırlayarkən mütləq oyun reallığını nəzərə almanız və sisteminizə, rəqib sisteminə uyğun olaraq nəzərə almanız lazımdır həmdə. Deyək ki rəqib 4-2-3-1 oynayır, siz isə 4-4-2. Mövzunuz isə cinahlardan hava ötürmələridir. Oyun reallığında daha çox bunu cinah müdafiəçiləri edir. Siz də çalışın ki məşqdəki cinahdan olan hava ötürmələrinizi, cinah müdafiəçiləri icra etmiş olsun. Çalışın ki , reallıq olsun, yəni bomboş bir zona tapıb, hop deyə ötürməsin içəri, oyunda boşluq az az olur. Rəqib sıxır oyunda, sizdə məşqlərinizdə bu cür xırdalıqlara fikir verin.

2.ZONA SEÇİMİ – Bundan başqa zona seçimi önəmli birşeydir. Məşqlərin hazırlanması prinsiplərində “king” sayılan şeylərdən biri məhz zona seçimidir. Bu indi “Cinahlardan hava ötürmələri” mövzusunda hamımız bilirik ki cinahda edilməli, ötürmə rəqibin cərimə meydançasına olmalıdır və zona seçimi çox da çətin deyil. Bir də var ki mövzu “4-3-3 sistemində oynayan rəqibə qarşı, 4-2-3-1 sistemi ilə 2-ci zonada müdafiə davranışı” ola. Bu mövzuda götürüb rəqibi 2-ci zonaya yerləşdirib, müdafiə davranışını işləsəniz düz olmaz. Gərək ki diqqət edəsiniz ki, komandanız rəqibi 2-ci zonada qarşılamalıdır , və bu da o deməkdir ki hardasa rəqib iki ilə üçücü zonanın arasından , 3-cü zonanın bizim qapıya yaxın olan tərəfindən , və ya 3-dən başlamalıdır. Məşqlərinizi hazırlayarkən zona seçimi əsas prinsiplərdəndir. Buna mütləq diqqət edin. O hamınızın “temaya düşmək” dediyi şeyi eliyə bilməniz üçün lazımdır.

3.OYUNÇU SAYI – Bu da oyun reallığını sonda meydana gətirən şeylərdən biridir əslində. Məşqlərinizi hazırlayarkən çalışın ki , əvvəlcə oyunçu sayı az olsun, mövzu daha asan icra olunsun. Sonra bir az daha da çətinləşdirin. Sonra da biraz daha. Belə belə oyunçu artıraraq , sonda tam çətinliklə, tam oyunda olduğu şəraitdə mövzunun işlənməsinə çalışın.

4.QAYDALAR – Sözsüz ki qoyulan hər qayda oyun reallığından çıxaran birşeydir. Ona görə də çoxlu çoxlu qayda qoymanıza ehtiyac yoxdur. Ancaq qaydasız da alınmır görürük ki. O zaman elə qaydalar qoymaq lazımdır ki, mütləq mövzunun çoxlu təkrar edilməsinə şərait yaratsın.

5.METODİKİ ARDICILLIQ – Bu sözü deyəndə ağlınıza “ilk say və temp” gəlsin. Çünki mövzuda oyunçu sayı və temp artırıldıqca, metodiki ardıcıllıq da düz getmiş olur. Əvvəl asan olur, sonra çətinləşir ki, bu da bildiyiniz kimi metodiki ardıcıllıq detalıdır. Metodiki ardıcıllıqda oyunçu sayı və tempi artırmaq məşqlərin hazırlanmasında bu prinsipi qorumuş olacaqsınız. Uzun uzadı boş boş danışmağıma ehtiyac yoxdur, bu prinsip haqqında.

6.FİZİKİ TƏLƏBLƏR – Bu isə hər dəfə eyni oyunçu eləməsin, hamı işləsin anlamında deyilir. Yəni ki bir oyunçu yüz dəfə eyni şeyi edib, lakin o biri oyunçu etməyibsə zibilə qalsın o məşqi. O yüz dəfə edən hər şey cəhənnəm , artıq haldan da düşüb, həvəsdən də..

7.KORREKTUR – Məşqçi korrekturu haqqında C kursunun materiallarında da danışmışdım səhv eləmirəmsə, eləyirəmsə də heçnə olmaz, danışaram yaxın zamanlarda. Məşqin ta əvvəlindən sonuna qədər məşqçi düzəlişlər (korrektirovka) etməli, məşqə dair olan düzəlişlərini daim oyunçularına çatdırmalıdır. Və korrektur dozasını elə etməlidir ki, ya hər 5 saniyədən bir saxlıyıb tempi öldürmüş olmasın, həvəsi qaçırmış olmasın, həm də böyük səhvləri gözündən qaçırmış olmasın.

Bilirsiz, blog izləyicilərim,  nə ağlıma gəlib ?! Məşqçilik elə bir şeydi ki, burda düstur yoxdur ki deyəsən ki get hər yerdə bunu işlət kef elə. Ya da elə bir formul yoxdur ki hər yerdə keçsin. Ya da bir kod yoxdur ki, yığasan və bacarasan. Bu elə bir şeydir ki , özün hərşeyin dozasını, nəyin necə edilməsini, dünya görüşündən, futbol təcrübəndən, həyat təcrübəndən və bu kimi bir sürü şeylərdən bilməlisən. Burda blogda yazdıqlarım sadəcə nəzəriyyədir. Nə qədər düz olsalar da, elə şeylər varki praktikada mənasız, elə şeylər varki burda yoxdur və praktikada çox lazımlı və sair ola bilir. Nəysəki, bu izah ediləcək bir mövzu deyil.)

Qismət olsa görüşəcəyik yenə, növbəti yazılarımda =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir