Müdafiəyə keçid prinsipləri

Nəzəri Hissə (B məşqçilik kursları)

Müdafiə prinsiplərindən əvvəlki yazımda danışmışam. Bu yazımda sizlərə “Müdafiəyə keçid prinsipləri” haqqında yazacam.

Yazının əvvəlində bildirim ki, keçid prinsipləri iki cür olur “müdafiəyə” və “hücuma” keçid prinsipləri. Əvvəlcə müdafiəyə keçid prinsiplərindən, yazmaq istirəm, növbəti yazıda da “Hücum”a keçiddən danışarıq.

Müdafiəyə keçid zamanı, aşağıdakı prinsiplər mövcuddur.

TOPA TƏZYİQ – Deyək ki komandamız hücum edir və top itirir. Bu zaman komandamız topa təzyiq edərək, rəqibin hücumun kəsərini azaltmağa çalışmalı, vaxt qazanmalıdır. Bunu isə, topun ən yaxınında olan oyunçu etməlidir. Topa yaxın olan oyunçudan təzyiq etməsini istəməyimiz səbəbi, rəqibə daha çox vaxt verməmək, düşünməyə imkan verməməkdir. Bunun üçün də ən yaxın olan oyunçumuzun təzyiqi etməsi ən məntiqlidir.

GERİYƏ DÜŞMƏK – Müdafiəyə keçərkən daha bir diqqət edilməli məqam geriyə düşmək məsələsidir. Buda şərt olan bir detaldır. Prinsipdir. Top yaxınlıqında əgər komandamız say azlığında olarsa, sıxmaq deyil, geriyə düşərək vaxt qazanmaq müdafiəyə keçid prinsiplərindən hesab edilir. Bunu sadə dildə belə izah etmək olar. Komandamız müdafiəyə keçid edərkən əgər topdan qapımız tərəfdə iki oyunçumuz varsa, onlardan da biri rəqibin üstünə gedərək sıxırsa, rəqib oyunçumuzu keçdiyi halda, müdafiəmizdə yalnız bir oyunçu qalar ki , bu da rəqibin hücumunu rahatlaşdırar. Ona görə də müdafiəyə keçid zamanı komandamız geriyə düşərək, digər oyunçuların gələrək müdafiədə kömək etməsinə şərait yaratmalıdır.

YERİNDƏ SIXMAQ – Bu məsələ isə geriyə düşməyin əksi halıdır. Uzun uzadı danışmağa ehtiyyac yoxdu. Əgər top yaxınlığında say çoxluğundayıqsa, sığortalı bir şəkildə yerindəcə rəgibi sıxıb, topu almaq daha məntiqlidir ki, bu da müdafiə prinsipi olaraq yazımızda öz əksini tapır.

Yuxarıda gördüyünüz 3 incəlik, müdafiəyə keçid edərkən olan prinsiplər, şərtlərdir. Başqa sözlə desək, müdafiəyə keçid olması mütləq gərəkən “şeylərdir”.

Bundan başqa düşməyə sıx sıxmaya təsir edən amillərdən də istəyirəm ki, qısaca deyim, sonra mövzu haqqında olan yazımı bitirim. Deməli , sıxmaq və ya düşmək lazım olduğunu bilmək üçün , baxdığımız incəliklər aşaqıdakılardır.

1.Rəqibin üzü önəmlidir ?! Əgər rəqibin üzü önədirsə, düşmək lazımdır.

2.Rəqibin üzü arxaya olduqda isə, sıxma daha məntiqlidir.

3.Topa təzyiq varmı ?  Topa oyunçumuzun təzyiqi olduğu halda, sığortalamaq və geriyə düşmək lazımdır. 

4.Top yaxınlığında say nisbəti ?  –  Top yaxınlığında oyunçularımızın çox və ya az olmasına baxmaq lazımdır ki , bunun haqqında da yazının əvvəlində informasiya vermişəm.

5.Dağınıqlıq  –  Komandanın nə dərəcədə dağınıq olmasına fikir vermək lazımdır. Tam kompakt və ya dağınıq olmasına fikir vermək lazımdır. Əgər tam kompaktlıq varsa, sığortalı sıxmaq, yoxdursa, düşərək kompaktlıq yaratmaq lazımdır. 

6.Top xəttindən öndə və arxada say nisbəti ?!  –  Top xəttini təyin etmək üçün top olduqu yerdən mərkəz xəttinə paralel xətt keçdiyini təsəvvür etmək, və bu xəttdən qapımız və əksi tərəfdə neçə oyunçu olduqunu, bu nisbəti nəzərə alaraq komandaya tapşırıq vermək lazımdır. Əgər top xəttindən qapımız tərəfdə azlıqdayıqsa düşməli, çoxluqdayıqsa, sığortalı, kompakt bir şəkildə çıxmalıyıq. 

Bu yazımda da danışacaqlarım elə bunlardan ibarət idi. Faydalı olması diləyi ilə.

Növbəti yazılarımda görüşmək ümidi ilə..  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir