Hücuma keçid prinsipləri

Nəzəri Hissə (B məşqçilik kursları)

Bu yazıda isə “Hücuma keçid prinsipləri”ndən qısaca da olsa danışmaq istəyirəm. Son paylaşdıqım 3 mövzu kimi bu da UEFA B kateqoriyalı məşqçi kursunun nəzəri hissə materiallarına aid olan mövzudur. “Hücuma keçid prinsipləri” hücuma keçdiyimiz zaman mütləq olan detallardan danışır. İndi sizə bu haqqda informasiya verməyə çalışım. Komandamızın müdafiə olunduğunu düşünək və ani olaraq rəqib topa nəzarəti itirir, komandamız topu ələ keçirir deyək ki, bu zaman artıq hücuma keçid baş verdi , bəzi prinsiplər isə mütləqdir ki olsun…

Hücuma keçid üçün əvvəlcə, İLK BAXIŞ ÖNƏ olmalıdır.  Yəni topu əldə etdikdən sonra , başı qaldırıb qabağa baxmaq lazımdır ki, görək hələ öndə nələr baş verir. Orada “rəqib nə qədər kompaktdır”. “Situasiya nədir”, “Hansı zonalardadır” və sair.

Bu önə baxış zamanı iki halla rastlaşa bilərik ümumi baxsaq.

RƏQİB TƏŞKİLATLANIB – Bu halda sürətli hücum edərək nəyəsə nail olmaq çətin olar. Ona görə də tempi aşaqı salaraq hücum qurmaq lazımdır.

RƏQİB DAĞINIQDIR – Önə baxış zamanı görsək ki rəqib dağınıqdır, mümkün qədər cəld irəli çıxmaq lazımdır. Maximum sürətli. Açılmalar edərək, sürətli bir icraatla rəqibin dağınıqlığından istifadə etmək lazımdır. Bunun üçün də komandamız dərinləməsinə düzülməlidir. Maximum dərinlik yaratmalıdır.

Bu mövzuda da danışacaqlarım elə bunlardan ibarətdir. Növbəti yazılaradək =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir