İdeal kondisiya modeli

İdeal kondisiya modeli

Nəzəri Hissə (B məşqçilik kursları)

Kondisiya piramidasından əvvəlki yazılarımdan birində danışmışdım. Bu yazıda da ideal modeldən biraz danışacam. Biz hər birimiz oyunçularımızın oyun zamanı keyfiyyətli aksionlar etməsini istəyirik. Ki bu da dəqiqlik və sürətlə müşayiət olunan hərəkətlərə deyilir.  Oyun zamanı futbolçularımızın girdiyi hər hansı bir 1×1 mübarizə, ya hər hansı bir sürətli topa yürüş, dribling və sair hamısı aksion hesab edilir. Və bu aksionlar oyun boyu keyfiyyətli olmur əksər hallarda.. Əvvəlcə hər hansı bir kondisiya modelinə nümunə olaraq baxaq.. 

Oyunun ilk hissəsisinin ayrıldıqı hissəni görürsünüz. Yuxarıdakı şəkildə X-lə işarə edilənlər aksionlardır. “” ilə işarə edilənlər ,aksionlar arası vaxtdır. İdealdan danışmazdan öncə istəyirəm ki daha çox rast gəlinən yuxarıdakı nümunəyə baxaq. Gördüyünüz kimi oyun başlayır və bizim oyunçumuz hər hansı bir aksionda iştirak edir. Daha sonra digərində, beləcə sonra başqa aksionda. Fikir versəniz şəkildə birinci hissənin sonlarına yaxınlaşdıqca, oyunçumuz aksionlar arasındakı fasiləni çox edir. Yorğunluq oyunun əvvəlindəki kimi aksionlarda iştirak etməsinə imkan vermir. Sonra ikinci hissə başlayır və oyunçumuz yenə arda arda iki-üç normal aksionlar edir, aksionlararası vaxtda çox olmur, ancaq elə bu 2-3 aksion çəkir, sonra yenidən oyunçumuz aksionlar arasında vaxt kəsiyini artıraraq aksionlar etməyə davam edir. Əslində yuxarıda gördüyünüz kondisiya modeli o qədər də bərbad deyil. Düzdü biz idealdan danışacağıq birazdan. Ancaq siz bundan da pis ola bilməsi halını da düşünün. Təsəvvür edin ki, indi yuxarıda gördüyünüz modeldə bütün X-lər eyni ölçüdədir. Daha bərbad model nümunəsində,aradakı vaxtlar artır və X-lər balacalaşmaqa başlayır.

İNDİ İSƏ AŞAĞIDA GÖRDÜYÜNÜZ İDEAL KONDİSİYA MODELİnə baxaq.

Bu şəkildə ideal kondisiya modeli əks olunmuşdur. Gördüyünüz kimi aksionlar arası vaxt eynidir. Aksionlar eynidir. Və bu 90 dəqiqə ərzində dəyişməyib. Bayaq yuxarıda da haqqında danışdıqım ideal kondisiya modeli budur. Biz oyunçularımızdan kondisiya baxımından istədiyimiz şey məhz yuxarıdakı modeldə yer almışdır. Başqa sözlə desəm, biz oyunçularımızı məşq etdiririksə , ağzımıza gələn mövzularda yox, kondisiya işlətdikdə məhz bu modeli bayraq tutaraq, nəticəni ideal modelə uyğun görmək üçün məşq etdirməliyik.

Hələlik. Növbəti yazılarda görüşdük bəlkə)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir