Futbol məşqində düzəliş etmək

Məşqçi düzəlişi

Nəzəri Hissə (B məşqçilik kursları)

Bugünki mövzumuz gördüyünüz kimi, “Məşqçi düzəlişi”dir. B kursunun nəzəri hissə materialına aid olan bu mövzunun növlərindən danışacam bu yazımda. İzahlar verəcəm. Əksər Azərbaycanlı məşqçilərin dediyi kimi desək, mövzu “Məşqçi korrektrovkası”dır.. Əslində B kursu materiallarında bu mövzudan danışılsa da , düşünürəm ki C kursunda da bu mövzudan danışmaq yaxşı olardı. Ancaq bu mənim işim deyil. Məsələni çox uzatmadan mövzuya keçid edirəm əzizlərim.

Məşqçi düzəlişi deyiləndə əslində söhbətin nədən getdiyini məncə başa düşmüsünüz. Kənardan və ya meydandan məşqçinin oyuna və ya məşqə etdiyi müdaxilələr, verdiyi göstərişlər məşqçi korrektrovkası və ya məşqçi düzəlişidir.

Hər bir məşqçi, bu düzəlişlərini üç üsulla həyata keçirə bilər.. Bunlar aşağıdakılardır.. 

1) Epizodu donduraraq – Bu növ edilən düzəlişlər kiçik yaş qruplarında daha çox istifadə edilən bir üsuldur əslində və düşünürəm ki çox faydalıdır. Çünki kiçik yaşlı komandalarda oyunçularda, məsələn götürək elə, pas verilməli olan yerlər vərdiş halını almır və əksər hallarda onlar daha çox keyfiyyətə xidmət edən pas mövqelərini görmürlər. Əlbəttə ki söhbət təkcə pasdan getmir. Digər mövzularda da kiçik yaşlı uşaqlarda düşünmə və vərdiş daha aşağı olur. Onlara epizodu donduraraq edilən izahlar, verilən göstərişlər daha effektiv və keyfiyyətli olur.

2) Sinxron – Bu cür korrektrovkalar, düzəlişlər isə nisbətən daha böyük yaşlı komandalarda effektivliyini qoruyub saxlayır. Məşq və ya oyun gedə-gedə edilən düzəlişlər məhz bu növü meydana çıxarır. Məşqçi kənardan məşq və ya oyun gedə gedə öz göstərişlərini verirsə, bu məhz sinxron düzəliş hesab edilir. 15, 16 və daha yuxarı yaşlı komandalarda tətbiq olunması, düşünürəm ki çox faydalıdır. İndi mən burda mövzunu izah edərkən hər hansı bir yaşı geyd etməm o demək deyil ki, komanda U-16-dırsa ancaq “sinxron” üsuldan istifadə edəsiniz. Çalışın siz məşqlərinizdə bütün üsullardan istifadə edəsiniz. Çünki hər üsuldan istifadə daha faydalı olacaqdır. Bəlkə hansısa oyunçu epizodu donduranda, başqa bir oyunçu isə sinxron düzəlişdə daha yaxşı anlayır. Sinxron düzəliş mövzusundan daha çox istifadə edən , ən çox  tanınan və  ən emosianal simalardan biri də , Diego Simeone-dir. Dünən Atletico Madrid – Bayern Munich oyununa baxırdım. Yəgin sizdə baxmısınız. Onun oyun boyu kənardan etdiyi düzəlişlər, oyuna müdaxilələrini görməmiş olmazsız oyuna baxmısınızsa..

3) Bitdikdən sonra – Üçünçü və sonuncu növ məşqçi düzəlişi isə, oyun və ya məşq bitdikdən sonra edilən düzəlişlərdir. Bunu əsas komandalarda (əsas liga komandalarında) daha çox istifadə edirlər. Ki bu da oyunun videoyazısına baxaraq komanda şəklində edilir adətən. Məşqçi komandası ilə birgə oynadıqları oyunu izləyir və futbolçuları ilə bəzi mövzularda göstərişlər verərək söhbətləşir.

Məşqçi düzəlişi mövzusunda danışacaqlarım bu qədər idi. Növbəti yazılarımda görüşərik.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir