Rəqib keçmək məqsədli dribbling

Metodika və Təqdimatlar (C)

Bu günki mövzumuz “Rəqib keçmək məqsəd ilə dribbling” olacaq. Futbolda ay nə qədər taktikadan, plandan danışsaq da, oyunun nəticəsini sonda bəlirləyən futbolçular, birəbirdə güclü olan futbolçulardır. Texnarlardır. Bu da gətirib “Rəgib keçmək” mövzusunu ortaya çıxarır ki, həgigətən də bu gün baxsanız, Barcelonan önündə dura biləcək bir klub yoxdur.  Çünki , Neymar , Messi, Suarez kimi birəbirdə çox güclü olan futbolçuları var ki, onlar üçün də rəgib keçmək dünyada edə biləcəyi ən asan işlərdəndir. Facebookda like etmək qədər asandır onlar üçün. PES 2013-ün türkcə olan “proşifka”sında deyildiyi kimi desək, “Böyle bir golcün olsun, her kese borcun olsun..”

Yəni bu gün biz “Rəqib keçmək məqsədli dribbling” mövzusundan danışaraq, bir neçə metodiki göstərişə nəzər salacağıq.. Bundan başqa həmişəki kimi, yenə də mövzunun presentasiyasını da yükləməniz üçün sizə təgdim edəcəm.

Mövzu haqqında danışım biraz. Deməli rəgib keçmək məqsədli dribbling mövzusu, daha çox , əksər hallarda meydanın rəqibə aid yarımmeydançasında baş verir. Öz zonamızdan əksər hallarda riskli hərəkətlər etmədən, üç dörd pasla çıxırıq. Rəqib yarımmeydançasında “rəqib keçmək məqsədli dribbling”ə müraciət edirik. Əslində rəqib keçmək üçün dribbling edən oyunçular bilirik ki, qapıçı və müdafiəçilərimiz deyil. Daha çox ön xətt və orta xətt oyunçuları bu davranışı icra edirlər. Ən çox rəqibi dribblinglə keçən oyunçular isə , cinah yarımmüdafiə və hücum oyunçularıdır. Misal göstərsək, Alexis Sanchez, Ribery, Robben, Eden Hazard, Antony Martial, Cristiano, Messi , Bale, Neymar kimi futbolçular hamısı cinahda oynayırlar. Və rəgibi keçmək üçün daha çox dribbling edirlər. Bir Yaya Toure, Pepe, yada Van Dijk daha öncə adlarını çəkdiyim ön xətt oyunçularına nisbətdə bu davranışı daha az edirlər.

Meydanda bu davranış cinahlardan da , mərkəzdən də edilir.. Məşqçi fəlsəfəsindən asılı olan bir şeydir. Bəzi komandalar cinahlardan oyun qurur, bəziləri ortadan. Bəziləri də “vapşe” oyun zad qurmur. Elə belə oynayır.

Bu davranışın niyə edilməsini hər halda izah etməyə ehtiyac olmaz. Apaydın görünür ki, rəgibi geridə goyub , onlar üçün təhlükə yaratmaq məqsədinə xidmət edir bu mövzu..

Nə zaman edilməsi haqqında da biz “hücum” və ya rəqib “müdafiə” fazasında oldugu zaman icra edilir deyə bilərik. Rəqibi keçmək, dribbling üçün top lazımdır. Ona görə də biz “hücum” fazasında olmasaq bu davranış icra edilə bilməz..

İndi isə bu mövzunun metodiki göstərişlərinə diqqət yetirək..  Bir neçə metodiki göstərişi sizlər üçün geyd edirəm.
Yenə deyim, mən metodiki göstərişi mövzunu yaza yaza fikirləşib geyd edirəm. Hər mövzuda bir neçə metodiki göstəriş geyd edirəm. Ancaq daha çox metodiki göstəriş vermək olar. Bu sizin məşqdə rastlaşdıgınız çətinliklərdən asılıdır. Oyunçuların hərəkətin, mövzunun icrasından asılı olaraq dəyişir. Yəni ki, “Rəqib keçmək məqsədli dribbling” mövzusunda olan qalan metodika, aşağıdakılardan ibarət deyildir. Başqa da var..

RƏQİB KEÇMƏK MƏQSƏDLİ DRİBBLİNG  (metodiki göstərişlər)

– Topu ayaqdan çox açmamaq lazımdır

– Rəqibin üzərinə maximum sürətlə getmək lazımdır

– Topla rəqibin arasında məsafə saxlamaq lazımdır

– Rəqibin dayaq ayağını kəşf etmək lazımdır

– Rəgibi dayaq ayaq tərəfdən keçmək daha asandır

– Rəgibi keçməzdən öncə maximum sürətli ayaq hərəkətləri edərək rəgibi çaşdırmaq lazımdır

– Rəqibi keçmək üçün finti ani olaraq icra etmək lazımdır

– Rəqibi keçdikdən sonra, korpusla topu baglamaq lazımdır (topla rəqibin arasına girmək)

– Rəqib keçmək üçün dribbling edən oyunçu, topu ayagın üstü ilə aparsa daha yaxşıdır

Gəldik bu mövzuda da danışacaqlarımın sonuna..

Gələn yazılarımda görüşərik. Sağlıqlı qalın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir