Divar pası

Divar pası

Metodika və Təqdimatlar (C)

İzlərkən hər biriminiz xüsusilə bəyəndiyimiz davranışlar vardır. Bəzi məşqçilər zabiganie, bəziləri counter attack bəziləri nə bilim nə, axırki , hər kəsin biraz fərqləndirdiyi davranış vardır. Mənim də bəyəndiyim davranışlardan biri “divar paslaşması”dır. İstərdim bugün bu mövzunun bir neçə metodiki göstərişini sizin üçün geyd edəm. Yadıma gəlir, bizim vaxtımızda bu mövzuda metodiki göstəriş yaza bilmirdi bizlə imtahan verən məşqçi. Elə o vaxtlardan qərara gəlmişdim ki, məşqçilər üçün burda materiallar paylaşım bəlkə faydalı oldu. Nəysə , işi çox uzatmadan keçək mövzuya…

Əvvəlcə “divar paslaşması”nın özündən az da olsa danışaq. Top yalnız bizdə olan zaman icra olunan bir davranışdır. Bu davranış qrup taktiki davranışı hesab olunur. Çünki divar da olsa, iki oyunçu ilə icra edilir. Bilirik ki, 2-10 nəfərin davranışın , qrup taktiki davranışdır. Sürətli bir şəkildə rəgibi arxada qoymaq üçün istifadə edilir. Meydanın özümüzə aid hissəsində də , rəgibə aid hissəsində də edilir. Ancaq əksər hallarda rəgib yarımmeydançasında olur bur davranış. İcra edən futbolçular isə yenədə deyə bilərik ki qapıçıdan başqa, hər kəs olur adətən. Hətta müasir futbolda Neuer kimi qapıçıların olması, hətta qapıçının da divar pası etməsinə gətirib çıxara bilər. Ancaq daha çox “divar pası”nı icra edən futbolçular, yarımmüdafiə və hücum futbolçularıdır.

Mövzu haqqında qısa kankret danışdım. İndi isə bir neçə metodiki göstərişləri sizin üçün paylaşıram.

“Divar pası” və ya “Divar paslaşması” mövzusunda metodiki göstərişlər

-Dribbling edərək rəqibin üstünə get

-Divar pası edəcəyin oyunçu iləə göz kontaktı yarat

-Ötürməni yerlə və sürətli şəkildə divar pas edəcəyin oyunçunun ayagına ver

-Ötürməni verən kimi isə topla gələn komanda yoldaşınla göz əlaqəso yarat (divar oyunçu ilə)

-Ötürməni verən kimi dərhal maximum sürətlə keçmək istədiyin oyunçunun arxasına açıl

-Divar pası oynamaq üçün ən əsas göstəriş, açılmanı tam vaxtında et


Hər metodiki mövzunun sonunda deyirəm, yenədə deyim. Mən altı metodiki göstəriş qeyd etmişəm və bunu daha da artırmaq olar. Mən altı geyd etmişəm deyə, bu o demək deyil elə məhz 6 metodiki göstəriş vermək olar.

Bu aralar yazılarımın sayı bir az azalıb blogumda. Biraz yorgunluqumla əlagəlidir məncə. Amma çox qısa zamanda B kursunun materialını sizin üçün izah etməyə başlayacam. Demək olarki, C kursundan heçnə qalmayıb. Açığı C-ni bu qədər sətir sətir izah etməkdə məqsədlərimdən biri də, bəzi C alan və C-dən xəbəri olmayan məşqçilərin insafa gəlib bəlkə öyrənmək istədiklərini düşünməmdir.  Nəysə əşi, boş verin..

Növbəti yazılarımda görüşərik..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir