Ayagin ici ile paslar

Ayağın içi ilə yerlə ötürmələr

Metodika və Təqdimatlar (C)

Bu yazımda ayağın içi ilə yerlə ötürmələr mövzusunda olan metodiki göstərişləri sizlər üçün paylaşacam. C kursunda olan və bu mövzu ilə imtahan verməli olan şəxslər üçün isə, kursa uyğun formatda hazırlanmış bir presentasiya və ya təqdimat da yükləməniz üçün yazımda yerləşdirəcəm.

İndi isə başlayaq ayağın içi ilə yerlə ötürmələr mövzusundan danışmağa. 

Ümumiyyətlə ayağın içi ilə yerlə ötürmələr futbolun özəyini təşkil edən detallardan biridir. Ayağın içi ilə yerlə ötürmələrə futbolçular meydanın hər yerində müraciət edirlər və istifadə edirlər. İstər meydan oyunçuları istərsə də qapıçı matç boyunca kifayət gədər ayağın içi ilə pas verməli olur. Ən dəqiq verilən paslar da məhz ayagın içi ilə olur. Ayağın iç hissəsi , uc , daban və üst hissə ilə müqayisədə daha geniş olduguna görə , ayagın içi ilə verilən paslar da daha dəqiq və keyfiyyətli olur. Başqa sözlə desəm, ayağın içi ilə yerlə ötürmələr daha asandır. Nəyinki , ayagın üstü ilə , dabanla və s..

Bu mövzuda qısa giriş etdiyimi düşünürəm və istərdim ki sizlər üçün bu mövzuya uyğun olan , presentasiyanın da tərkibində olan , metodiki göstərişləri bir-bir yazım…

1) Dayaq ayaq topun yanında olmalıdır (topla yan yana bir xəttə)  –   Əgər topun yanında olmasa, topdan öndə və arxada olsa, pasın dəqiqliyində və şiddətində kifayət gədər güsurlar olacaq.. 

2) Dayaq ayağın ucu pas verilən istiqamətdə baxmalıdır  –   Dayaq ayağın ucu hara baxırsa pasda məhz o istiqamətdə gedəcək. Ona görə deyirik ki, dayaq ayagın ucu pas verilən istiqamətdə baxmalıdır..

3) Pas verilən anda dayaq ayaq və pas verən ayaq dizdən azacıq bükülməlidir –  Əgər dayaq ayaq dizdən azacıq bükülməsə, “dümdüz” saxlansa zədələnmə şansları artır. Bir özünüz yoxlayın istəsəniz, görün hələ dayaq ayaqı bükmədən pas vermək nə dərəcə rahatdı ?)) 

4) Pas verən anda , pası verən ayaqın ucu topa nəzərən 90 dərəcə bucaqla kənara çevrilməlidir  – Əlbəttə ki ayağın içi ilə pas vermək üçün bu mütləq baş verməli olan haldır. Çünki başqa cür ayağın içi ilə topa toxunuş edə bilmərik..

5) Pas verən ayaqın içi, pas verərkən topun tən ortasına toxunmalıdır. –   
Ona görə topun ortasından toxunuş edirik ki, altına girsək qalxacaq , üstündən də vursaq gülməli bir sürətlə gedəcək. Topun ortasına toxunaraq verilən pasların şiddəti və dəqiqliyi daha yüksək olur..

6) Pas verən ayaq çanaqdan gəlməlidir (güc)  –   
Pası verən zaman, ayağın çanaqdan gəlmə məsələsi , pasın sürətli olması üçün olan bir şeydir. Ayağı arxaya aparıb, çanaqdan normal güclə topa qədər gətirib zərbə endirmək və pası vermək lazımdır. Əks halda pas , “ölüvay” gedər. ))

7) Pas verən ayağın topugu və dizi gərgin olmalıdır –  
Boş saxlanan diz və topugun əzilmə ehtimalları çox olar və o pas yenə də deyirəm, key bir top kimi hərəkət edər..

8) Pası verdikdən sonra da, topun arxasınca ayağı itələmək lazımdır  –  
Pasın daha da sərt getməsindən, komanda yoldaşımıza gedib çatmasından ötrü, ayağı topun arxasınca itələmək və arxasınca itələyərək daha da sərt getməsinə şərait yaratmaq lazımdır..

9) Pas zamanı bədən azacıq önə doğru əyilməlidir (korpus)  –
 Korpusun azacıq önə əyilməsi isə, topun qalxmaması, yerlə getməsi üçündür.. Uzun hava ötürmələri mövzusunda saglıq olsa, yazsam görəcəksiniz ki, korpusu arxaya dogru edəndə top havaya qalxır. Burda da deyim ki , korpusu önə dogru azacıq əydikdə, topun havaya qalxma şansları azalır.. 

Yuxarıdakılar AYAĞIN İÇİ İLƏ YERLƏ ÖTÜRMƏLƏR (PASLAR) mövzusunda olan metodiki göstərişlər idi. Bunlar haqqında çox danışmağa məncə ehtiyac yoxdur. Ancaq qısa qısa izah etmişəm.. Ümid edirəm ki yetərli olar.. Ən azından məşqçiliyə namizədlər üçün yetərli olacağını düşünürəm..

Bu mövzuda danışacaqlarım bu qədər. Mövzuyla baglı sualınız olarsa, yazaraq soruşa bilərsiniz. Gələn yazımda görüşərik.. =) 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir