Koordinasiya

Kordinativ keyfiyyətlər

Nəzəri Hissə (C məşqçilik kursları) Videolar (F)

Bu yazımda sizə kordinativ keyfiyyətlər nələrdir və bunların izahları haqqında danışacam. Yazının axışında sizdə görəcəksiniz ki , bu keyfiyyətlər bir futbolçu üçün nə dərəcə önəmlidir. İstərdim yazıya başlar başlamaz bunu geyd edim.

Deməli bizim “texnar” dediyimiz futbolçular ki var , onların hamısında kordinativ keyfiyyətlər yüksək səviyyədədir və bu keyfiyyətlərinə görə “texnar”dırlar..

İndi isə kordinativ keyfiyyətlərin tərkib hissələrinə nəzər salaq. Onlar aşağıdakılardan ibarətdir..

1) TOP HİSSİYATI (Kenestetik differensiya) – Top hissiyatının nə oldugunu hər halda bilirsiniz. Bunu hətta azarkeşlər belə bilirlər. Məşqçi olmaq istəyən şəxslərə bu barədə danışmaq biraz gülməli olardı düşünürəm ki. Top hissiyatının başqa adı isə, mötərizədəki yazıdan da gördüyünüz kimi kenestetik differensiyadır. Bunun ikinci adını informasiya üçün nəzərinizə çatdırdım. O qədər də önəmli deyil. Futbolçuların kiçik yaşlarından bu top hissiyatı keyfiyyətini artırmaq , onlarda bu keyfiyyəti inkişaf etdirmək lazımdır. Məhz buna görə yazılardan birində , məşqlərinizdə hər oyunçunuza bir top olsun deyirdim..

2) ZONADA ORİENTASİYA – Kordinativ keyfiyyətlərin digər bir hissəsi olan zonada orientasiyanın izahına gəlincə isə, futbolçuların el arasında dediyimiz “raşot götürmək” xüsusiyətindən danışmaq olar. Yəni bir futbolçu görmədən qapının yerini, topun yerini hiss eləməlidir. Komanda yoldaşlarını hər zaman görməlidir və başı yuxarı olmalıdır. Bu gün məşqçilər , bildi bilmədi elə bir sözü deyirlər ki, “başıvı yuxarı qaldır” ay bala. Bilmədən desələr də , düz deyirlər. Oyunçularda zonada orientasiya keyfiyyətini inkişaf etdirmək üçün onların “başlarının yuxarı” olması, meydanı görmələri vacib amildir. Zonada orientasiya keyfiyyətləri ən qabarıq olan oyunçular adətən dayaq yarımmüdafiə oyunçularıdır.

3) BALANS – Bu xüsusiyyət başqa adla , müvazinət olaraq bilinməkdədir.  Futbolçuların çiyin çiyinə mübarizələrdə (korpus) , birəbir hava toplarından düşdükləri zaman yıxılmamaları üçün lazım olan bir kordinativ keyfiyyətdir. Balansı yaxşı səviyyədə olan futbolçular , hava mübarizəsindən sonra yıxılmadan oyuna davam edirlər yəni. Balansın nə olması barədə ümid edirəm təsəvvür yarandı sizdə.

4) RİTM – Bu futbolçuların addım tezlikləridir. Elə oyunçular olur ki , onlar qısa addımlar atsalar da bunu cəld edirlər, elə futbolçular da olur ki onlar uzun və nisbətən daha az sayda addım atırlar. Yəni demək istədiyim budur ki, sadaladıgım bu keyfiyyət , futbolçunun Ritmi adlanır..

5) REAKSİYA –  Bu oyunda tənzimləyici rol oynayan bir keyfiyyətdir. Deyək ki , topla olan oyunçu görür ki hücumçu açılıb və o pası verənə qədər artıq hücumçu offside-a düşür. Həmin anda topla olan oyunçunun fikrini dəyişməsi, qərarını ləngidərək , komanda yoldaşının offside-dan çıxmasını gözləməsi Kordinativ Keyfiyyətlərdən biri olan Reaksiyanı meydana gətirir.. Reaksiyaya bəzən Tənzimləmə də deyilir..

Sonda sizə bu mövzuya uygun olaraq bir video paylaşmaq istəyirəm. Videoda gördüyünüz bu oğlanın kordinativ keyfiyyətləri hamısı yüksək səviyyədə idi. Hal hazırda da bəzi keyfiyyətlərini maximum şəkildə olmasa da qorumaqı bacarıb. İndi isə videoya baxaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir