Oyrenme yollari

Öyrənmənin yolları

Məşqçilər üçün Nəzəri Hissə (C məşqçilik kursları)

Öyrənmənin yollarından danışacam bu yazımda. Öyrənmək üçün müxtəlif üsullar vardır ki, bunların da hər biri fərqli dərəcədə “öyrənmə” keyfiyyəti yaradır. Ümumiyyətlə hər insanda bu fərqli olan bir xüsusiyyətdir. Kimisi oxuyaraq daha tez öyrənir , kimisi isə görərək öyrənir. Elə insanlar da var ki, onlara sadəcə eşitmək bəs edir öyrənmək üçün.

Öyrənmənin yolları dedikdə isə biz aşağıdakı yolları nəzərdə tutmuşuq. Bu yazımda uzun uzadı danışmayacağam. Özünüz də görəcəksiniz ki ,izaha çox ehtiyacı olmayan bir mövzudur.

– OXUMAQ     ( 10 % )
– EŞİTMƏK     ( 20% )
– GÖRMƏK     ( 30% )
– GÖRMƏK VƏ EŞİTMƏK  ( 50 % )
– ÖZÜ İFADƏ ETMƏK   ( 70 % )
– HƏRƏKƏTİ İCRA ETMƏK   ( 90 % )

OXUMAQ, EŞİTMƏK , GÖRMƏK kimi xüsusiyyətlətin izahına hər halda ehtiyyac yoxdur. Bunların nə oldugunu məncə bilirsiniz. Amma bir xırda izah verim yenədə mən. Hər hansı bir informasiyanın oxuyaraq öyrənmək 10 % effektivlik göstərir əksər hallarda. Eşidərək öyrənmək 20 %, görmək isə öyrənmə zamanı 30 % effektiv olur. Ancaq bu əksər hallarda belədir. Yəni statistik baxımdan çox insanda bu cürdür. Ancaq elə insanlar var ki , onlar oxuyaraq 30 % effekt əldə etdikləri halda , eşidərək 10 % öyrənə bilirlər. İstisnalar var əlbəttə ki. Mən çoxluq üçün effektivlik faizlərini yuxarıda geyd etmişəm.

İndi isə “Görmək və eşitmək” məsələsini deyim. Əgər bir mövzunu oyunçularınıza izah edirsinizsə, oyunçularınızın danışdıqınız mövzunu görə görə eşitsələr , daha effektiv olar. Özüm sınaqdan keçirmişəm. Məhz buna görə , C kursu programın instruktorlar , hər məşqdən əvvəl təqdimatların olmasını tələb edirlər. Təqdimatlar zamanı, futbolçular görərək eşidirlər və daha çox öyrənmə şansları olur. Görə görə eşitmək isə 50 % effektivlik göstərir öyrənmə zamanı.

Bundan başqa Öyrənmə zamanı “Özü ifadə etmək” kimi bir üsul da var ki, bu saydıqlarımızın arasında ən effektivlərdən hesab edilir. Yəni mövzu haqqında tam danışırsan və sonda futbolçundan danışdıqlarını izah etməyi tələb edirsən. Yəni əvvəl sən izah edirsən, sonra isə futbolçular sənə izah edir. Bu zaman öyrənmə daha sürətli baş verir. Ya da əvvəl sən hərəkəti göstərirsən, sonra isə futbolçular sənə göstərir. Bu üsulun effektivliyi faiz etibarilə 70-dir !

Öyrənmənin yolları mövzusunu futbol məşqçiliyi kursunda izah edirəmsə sizə, burada ən effektiv olan “Hərəkəti icra etmək” üsulunu da demədən keçmək olmaz. Bu üsul öyrənmə zamanı sizin ən çox müraciət etdiyiniz üsul olmalı və qeyd edə bilərəm ki, ən effektiv üsul da məhz elə budur. Yəni bir mövzunu futbolçularınıza izah edirsinizsə, “hərəkəti onların icra etmələri” sizə ən çox fayda verən üsul olacaqdır. Effektivlik faizi 90-dır.

Sonda demək istərdim ki, bu üsulların hamısını istifadə edərək öyrətməyə çalışın. Yenə də deyirəm, elə adamlar var ki, onlarda “oxuyaraq” öyrənmək daha güclü, elə adamlar da var ki onlarda “görərək” öyrənmək daha güclü inkişaf edib. Siz bütün komandanı nəzərə alaraq öyrətməlisiniz. Və buna görə də , təqdimatlarınız , mövzuların izahları zamanı bütün üsullardan istifadə edin.

Və futbolçularınıza yaxşı olar ki , “nə istədiklərinizi” deyəsiniz. “İstəmədikləriniz” barədə barədə oyunçulara deməsəniz yaxşıdır. Başqa sözlə desək oyunçularınıza  “Bunu ELƏMƏ !” demək yerinə , “Filan şeyi Elə” deməniz daha uyğundur. Bu incəliyi də məsləhət görürəm ki nəzərə alasınız öyrətmə zamanı…

Növbəti yazıda görüşərik. Suallarınız olarsa , yaza bilərsiniz..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir