Oyrenme prosesi nece olur

Öyrənmə prosesi

Nəzəri Hissə (C məşqçilik kursları)

Öyrənmə prosesində futbolçularınızın daha tez qavramaları üçün aşağıdakı xırdalıqlara da nəzarət etməlisiniz.

Bu detalları nəzərə alaraq məşq keçsəniz , daha çox keyfiyyət əldə edə bilərsiniz demək istədiyim.

Əgər bu detalları nəzərə almasanız da məşqçi ola bilərsiniz  əslinə qalsa. Ancaq bu yazıda danışacaqlarım , yaxşı məşqçilərə aid olan keyfiyyətlərdir. Yenə də siz qərar verin məşqlərinizi keçərkən.. Başlayaq mövzuya..

1) Motivasiya (istək) – Oyunçularınızda məşqə qarşı yüksək həvəs yaratmalısınız hər məşqin əvvəlində. Ya təqdimatlarda , ya soyunub geyinmə otagında, ya da meydanda danışarkən futbolçularınızın məşqdə maximum çalışmaları üçün onlarda istək formalaşdırmalısınız. Əgər futbolçular həvəssiz, istəksiz məşq edirlərsə, onlardan bir Vagif Cavadov belə olan deyil =) İşi buraxın və gedin məncə. 

2) İntensivlik – Futbolçuların verilən məşqdə təkrarlarının çox olmasına şərait yaratmalı , elə məşq tapşırıqları düşünməlisiniz ki, mövzuya uygun dəfələrlə , onlarla , yüzlərlə təkrar olsun. Təkrar nə qədər çox olarsa bir o qədər keyfiyyətin artmasına xidmət edər. Bu intensivlik məsələsini meydana çıxarır ki, sizin məşqçi kimi özünüzü yaxşı mənada göstərmək istəyinizə birbaşa yardım edəcək bir detaldır. 

3) Kontekst – Məşqlərinizdə kontekst məsələsinə də ciddi nəzarət etməyinizi tövsiyyə edirəm. Bunun adı bir az sizi çaşdıra bilər. Kontekst yəni əgər “ayağın içi ilə yerlə pas” mövzusunda məşq verirsinizsə, yaxşı olar ki bu məşqi say üstünlüyündə verəsiniz. 

4) Ortaq müstəvi – Futbolçularınızın hamısının sahib olduğu ortaq bir müstəvidən başlayaraq məşq keçin. Yəni bütün futbolçuların bacarıqlarını nəzərə alaraq məşq düşünün. Elə olmasın ki , ən bacarıqlı oyunçularınızın hamısı verdiyiniz məşqi əla yerinə yetirsin və digər futbolçuların heç biri heçnə anlamamış qalsın. Məşqi planlayarkən , komandanızın durumunu , bacarıqlarını nəzərə alın və məşq planlayın.

5) Təsəvvür yaratmaq – Oyunçularınız məşq mövzusunda təsəvvürlərə sahib olmalıdırlar ki, nə etdiklərini bilsinlər. Hər hansı mövzunu izah edərkən , şəkillərdən , videolardan , jest və mimikalardan istifadə edərək ,futbolçularınızda tam təsəvvür formalaşmasına yardım edin. Yalnız bu halda onlardan tələb etdiklərinizi əldə etməyə bir addım daha yaxın ola bilərsiniz..

6) Göz kontaktı – Bu həm sizinlə oyunçunuz arasında , həmdə oyunçuların bir biriləri arasında olmalı olan bir xüsusiyyətdir. Yəni futbolçular məşqdə bir biriləri göz kontaktında olmalıdırlar. Həmdə siz onlarla bu kontaktı yaratmalısınız.

7) Monotonluqdan uzaq olmaq – Bu məsələ haqqında da daha əvvəlki yazılardan birində danışmışam. Futbolçularınız dayanmadan eyni şeyi etməsinlər çalışın ki. Tez-tez yaradıcı dəyişikliklər edin. Məsələn 4×4 “derjaniya” vermisinizsə, mövzunuz da “ayağın içi ilə yer pas”lardırsa, əvvəlcə 20 pas bir qol olaraq sayın, topa toxunuş sayını futbolçulara sərbəst edin. Gördünüz ki yaxşı alınır, dəyişin 15 pası bir qol olaraq sayın, ancaq futbolçuların topa toxunuşlarını bu dəfə 3 olaraq tapşırın. Görsəniz daha yaxşı gedir 1 toxunuşla 10 pası 1 qol olaraq tapşırın. Əvvəl bu tapşırıqları 20metrin 15metrə dördbucaq ərazidə edirdilərsə, indi dəyişin üçbucaqın içində edin. Bir üçbucaq qurun və orda tapşırıqlarınızı verin. Belə yaradıcı dəyişikliklər etməniz , məşqinizi monotonluqdan uzaqlaşdıracaq və sizin futbolçularınızın daha yüksək inkişafına gətirib çıxaracaq.

8) Monoloq olmasın – Bu gün yüzlərlə məşqçi var ki Azərbaycanda , məşqdə əksər oyunçuları ilə bir kəlimə danışmadan həmin günki bitir. Məşqləriniz belə olmasın.. Futbolçularınızla daim dialoq şəklində keçirin məşqi. Məşqçinin monoloqundan ibarət olan məşqlər, darıxdırıcı, sıxıcı və keyfiyyətsiz olur. Futbolçularınızla daim danışın. Suallarınızı verin. Soruşun. İzahlar edin. Yalnız bu halda sizin nələrsə əldə etməyinizdən söhbət gedə bilər.. 

Bu mövzuda mənim yazacaqlarım bu qədərdir. Suallarınız olarsa , yaza bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir