Futbolda təzyiqlər

Futbolda təzyiqlər

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu gün sizə Futbolda olan təzyiqlərdən danışacam. Bu mövzuda da elə də çox yazı yazmayacam. Düşünürəm ki qısa qısa izahlar versəm kifayət qədər anlayışlı olacaq sizin üçün.

Keçək mövzumuzun xırdalıqlarına.

Futbolda 4 cür təzyiq vardır ki bunlar da aşağıdakı 4-lükdür.
1) Rəqib təzyiqi – Futbol iki komanda arasında oynanıldığı üçün, rəqib var deməkdir. Rəqib də varsa, deməli təzyiq də göstərəcək. Oyunda top uğrunda mübarizələrdə hər iki komanda dəfələrlə rəqibin təzyiqi ilə üzləşir. Bu, oyunun gedişatına və nəticəsinə təsir edən ən önəmli təzyiqdir desək yanılmarıq. Oyunçular gərək ki, oyundan öncə böyük rəqibdən qorxmasınlar və bir növ psixoloji təzyiqlə baglıdır..

2) Vaxt təzyiqi – Oyunun nəticəsinə təsir edən digər bir nüans da vaxt təzyiqidir ki, oyun ərzində ola bilər ki  komandalar hər hansı bir hesabla oyun getdiyi halda , hesab hansısa komandanı və ya hər iki komandanı qane etməyə bilər. Deyək ki , iki komanda arasında oyun gedir və hər iki komanda meydana qələbə üçün çıxıblar. Oyunun 60-cı dəqiqəsidir və iki komanda da qol vurmaq üçün maximum cəhdlər etsədə vura bilmir. Oyun davam edir və 75-ci dəqiqədir, matçdakı hesabda hər hansı dəyişiklik yoxdur və matç 1-1 davam edir.. Sonra, 85-ci dəqiqədir və oyun 1-1 hesabı ilə davam edir.. Və 60-cı dəqiqədə matçın sonuna 30 , 85-ci dəqiqədə isə matçın sonuna 5 dəqiqə qaldıgını nəzərə alsaq, vaxt azaldıqca qol vurmaq da çətinləşir (Söhbət matçın əsas vaxtından gedir). Bu dediyim vaxt azaldıqca qol vurmaq şansının azalmasını komandaya olan vaxt təzyiqini ortaya çıxarır.. 

3) Zona təzyiqi – Futbol oyununda hər hansı zonada  komandalardan biri digərinin nisbətdə daha çox təzyiqi ilə rastlaşır. Məsələn Barcelonanın rəqibləri çoxu zaman öz yarımmeydançalarına rəqibin keçməsinə imkan yaratmırlar və elə rəqibə aid yarım hissədə onlara yüksək təzyiq göstərirlər.. Bundan başqa zona təzyiqini səfərdə olan matçlardakı və ev oyunlardakı matçlarda olan fərqlə də izah etmək olar.. 

4) Psixoloji təzyiq – Bu təzyiq meydana çıxmamışdan qabağ da başlanır. Oyunçular böyük rəqiblə oyuna psixoloji olaraq hazırlanmalı, və onlarla matçdan “çəkinməməlidirlər”. Ola bilər ki oyunöncəsi mətbuat konfransında, sosial şəbəkələrdə rəgibin hansısa oyunçusu , məşqçisi danışığı ilə komandanı psixoloji təzyiq altına salmağa çalışsın. Məsələn deyək ki, Man.UTD və Chelsea arasındakı matçdan öncə Chelsea-nin məşqçisi mətbuat konfransında MU-nu darmadağın edəcəyik deyir. Bu zaman MU oyunçuları Chelsea məşqçisinin bu sözlərindən sonra meydana çıxmağa qorxmamalıdır.. Psixoloji olaraq matça yüksək köklənməlidirlər.. Bu da məşqçilər tərəfindən edilən bir şeydir.. Oyunçular matça hər tərəfli hazır olmalıdırlar ki, bu tərəflərdən biridə psixoloji hazırlıqdır. Oyunda psixoloji təzyiq azarkeşlər tərəfindən də edilə bilir. Deyək ki, Galatasaray Türkiyədə Juventus qarşısında matça çıxır və meydandakı bütün azarkeşlər stadiona “Galatasaray, Galatasaray” bagırırlar. Bu Juventus oyunçularının psixoloji təzyiq altında oynamasına gətirib çıxarır. Juventus istər istəməz psixoloji basqı , təzyiq altında oynayır bu matçı..

Əslində Futboldakı təzyiqlər mövzusu haqqında danışsam , çox çox uzun bir yazı yazmaq olardı. Ancaq bu qədər izahat düşünürəm ki hələki yetərlidir. Əgər bu mövzuda hər hansı bir sual yaranarsa, şərh yazaraq sualınızı verə bilərsiniz.. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir