Futbolda əsas məqsəd

Futbolda əsas məqsəd

Nəzəri Hissə (C məşqçilik kursları)

Bu yazımda sizlərə futbolda əsas məqsəddən danışmaq istəyirəm. Həyatımızda hər şeyin bir məqsədi olmalıdır ki , anlam kəsb etsin və maraqlı olsun daha dəqiq desək. Əgər məqsəd olmasa futbolda maraqsız olardı. Futbolda əsas məqsəd: “Verilən vaxt ərzində müdafiəni yaddan çıxarmamaq şərti ilə qol vurmaqdır”

Bunun nə demək oldugu barədə biraz açıqlama verim. Hər bir matçda bizə 2 hissədən ibarət müəyyən müddət verilir..

İndi U-15 ligasında bu iki hissədən ibarət 70 dəqiqəlik bir zaman edirsə , böyük futbolda bu 90 dəqiqəlik bir vaxtı əhatə edir. Ki həmişə də bu 90 dəqiqə olaraq qalmır.. Matça hakimin əlavə etdiyi dəqiqələr, extra vaxtlar və sair də əlavə ediləndə bu vaxt dəyişir. Ona görə də kankret olaraq qırmızı yazıda olduğu kimi “verilən vaxt” deyirik və  90 dəqiqə ərzində demirik ) Hamımız hər halda yaxşı bilirik ki, futbol “qol” olmadan çox maraqsız bir oyundur. Məqsəd bu oyunda qol vuraraq qələbə qazanmaqdır. Əslində kiçik yaşlı komandalarda bu məqsəd bir qədər fərqlidir. Kiçik yaşlılarda məşqçiyə əsas bir uşağın futbolçu kimi yetişməsi önəmlidir.  Amma nəysə, bu başqa bir mövzudur =)
Biz bu mövzuda böyük futbolu nəzərdə tutaq və belə deyək, əgər komandamız qol vurursa və müdafiəni unudursa, həmçinin qol buraxmış da olacaq ki, bu da sonda qələbədən bizi məhrum edəcək. Ona görə də futbolun əsas məqsədi, məhz “müdafiəni yaddan çıxarmamaq şərti” nəzərə alınaraq geyd edilir. 

Bu mövzuda düşünürəm ki çox ətraflı izahat verməyə ehtiyac yoxdur. Ona görədə yazdıgım qədər bəsdir =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir